Akademik Möhsün Nağısoylunun

“Kitabi Dədə Qorqud”un Günbəd

əlyazması” kitabı nəşr olunub

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun dünya folklorunun nadir  incisi, ana abidəmiz “ Kitabi-Dədə Qorqud”un yeni aşkarlanmış Günbəd əlyazmasının tekstoloji-filoloji təhlilinə həsr olunmuş  “Kitabi Dədə Qorqud” un Günbəd əlyazması” monoqrafiyası işıq üzü görüb.

Akademik Möhsün Nağısoylunun bu kitabı “Kitabi-Dədə Qorqud”un  2019-cu ilin əvvəllərində İranda aşkar edilmiş Günbəd əlyazmasından bəhs edən ilk monoqrafik araşdırmadır.

Akademik Möhsün NağısoylununKitabi-Dədə Qorqud”un Günbəd əlyazmasıkitabı şərti olaraq iki yerə bölünür: 1. əlyazmanın tekstoloji-filoloji araşdırmasını əhatə edən tədqiqat hissəsi; 2. əlyazmanın tənqidi mətni sözlüyü. İki fəsildən ibarət tədqiqatda müəllif öncəKitabi-Dədə Qorqud”un  yeni aşkarlanmış əlyazmasını tekstoloji tədqiqata cəlb edir. Müəllif burada yeni əlyazmanın adı, quruluşu, mövzusu, məzmun-ideya xüsusiyyətləri,  Kitabi-Dədə Qorqud”un Drezden əlyazması ilə səsləşmə məqamlarını, əlyazmanın mətnində yer alan təkrarlar üzərində dayanır bütün bu məsələlərə özünün müəllif münasibətlərini bildirir. Uzun illər orta əsrlər türk əlyazma mətnləri üzərində çalışmış mətnşünas-dilçi alimin kitabın bu fəslində qaldırdığı məsələlər qorqudşünaslıq üçün mühüm əhəmiyyət daşıyır.

Kitabın ikinci fəslində yeni aşkarlanmış əlyazmanın filoloji tədqiqi yer almışdır. Burada əlyazmanın səciyyəvi orfoqrafik-fonetik  xüsusiyyətləri başlıca leksik özəllikləri ortaya qoyulur. Müəəlif əlyazmanın leksik özəlliklərindən bəhs edərkən başlıca diqqəti mətndə işlənmiş türkmənşəli arkaik sözlərə yönəldir onları tarixi-müqayisəli şəkildə təhlil edir.

Kitabın şərti olaraq ikinci hissəsi kimi dəyərləndirilən bölməsində əlyazmanın tənqidi mətni sözlüyü yer almışdır. Əlyazmanın ilk dəfə hazırlanmış tənqidi mətniKitabi-Dədə Qorqud”un yeni mətninin müxtəlif adlarla təqdim olunan üç Türkiyə bir Bakı nəşri əsasında tərtib olunmuşdur.

Cəmi 31 vərəqdən ibarət olan əlyazma kitabı akademik Möhsün Nağısoylunun fikrincə, XVIII yüzlülüyün sonlarında Təbrizdə hazırlanmışdır. İstər əlyazmanın paleoqrafik göstəriciləri, istərsə dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Əlyazma kitabı oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir. Kitabın sonunda əlyazmanın faksimilesi verilmişdir.

Akademik Möhsün NağısoylununKitabi Dədə Qorqud” un Günbəd əlyazması  (tekstoloji-filoloji araşdırma, tənqidi mətn, sözlük) kitabının elmi redaktoru akademik Kamal Abdulla, məsul redaktorı dosent Qətibə Vaqifqızıdır.

Kitab “Elm təhsilnəşriyyatında çap olunub.

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.15.