"Kurtuba camesi"
Məhəmməd İqbal məşhur
"Kurtuba camesi" qəsidəsini 1931-ci ildə, 1492-ci ildən
bəri xristianların kilsəyə çevirdiyi Əndəlusda
(indiki İspaniya) İslam memarlığının incisi
sayılan Kordova məscidini ziyarət edərkən yazıb. 400 ildən sonra bu
məbədin divarları arasında namaz
qılan ilk müsəlman
"zamanının Rumisi" Məhəmməd
İqbal oldu. Üləma
İqbalın bu möhtəşəm əsərini
ilk dəfə olaraq
oxucularımıza təqdim etmək şərəfi mənə
nəsib oldu. Yaxın günlərdə
İqbalın seçilmiş əsərləri
də oxucularımıza təqdim olunacaq.
Bu həm də Vətən
savaşında bizimlə omuz-omuza olan Pakistan xalqına minnətdarlığımızın
ifadəsidir.
Elxan Zal
Poema-qəsidə
Gecə-gündüz zinciri, hadisələr fəslidir,
Gecə-gündüz zinciri, həyat ilə ölümün əslidir.
Gecə-gündüz zinciri bir yumaqdır iki rəng,
İlahi əlbisəni bunlar hörərlər qəşəng.
Odur bizə çatdıran əzəl sazının naləli səsini,
Bunlardan yapır Allah zil və bəm pərdəsini.
Gecə-gündüz zinciri, cahanın sərrafıdır,
Həm səni, həm də məni, yönəltməsi kafidir.
Həm sənə, həm də mənə belə cızılıb əyar,
Həm sənin, həm də mənim fərmanımda ölüm var.
Bu gecəylə gündüzün əsli astarı nədir?
Bu zamanın axışı görən hansı yönədir?..
Hər şey fani, keçici, bilgilər də, sənət də,
Bir iz qalmayacaqdır bu binadan, bu kənddən.
Zahirin və batinin fanilik var zatında,
Yaradılan nə varsa, yox olur bircə
anda.
Yalnız Allah dostunun ölümsüzdür
əsəri,
Əbədiyyət evində hazırdır
onun yeri!
Onun hər bir işinin
eşq var mahiyətində,
Ölüm ona haramdır, çünki eşq var içində.
Önünə çıxanları dağıdıb keçir
zaman,
Amma eşqin selləri onu durdurar hər
an...
Eşqin
təqvimlərində zaman
ayrı cür axar,
Orda adı olmayan başqa məfhumlar da var!
Eşq Cəbrayıl nəfəsi,
eşq Mustafa qəlbidir,
Eşq Allahın kəlamı,
Allah Peyğəmbəridir!..
Topraqdan
olan insan eşq cəzbindən canlıdır,
Eşq öylə bir şərabdır, içəndə
zəm-zəm dadır!
Eşq Kəbənin fəqihi, ordular öndəridir,
Eşq hüluslu
canların sığınacaq
yeridir.
Eşq mizrabı çaldırır
bizim həyat sazını,
Canımız eşqdən alır atəş imtiyazını.
Ey Kurtuba Camesi, eşqdən yoğrulmusan
sən,
Sən tükənməz eşq kimi, əbədisən, baqisən!
Sənətin gözəlliyi nə
rəng, nə söz, nə səsdir,
Ciyər qanıdır edən onu hər şeydən
üstün.
Daş sütunlar könültək
asılıb asimandan,
Səs, yanğı,
nəşə, nəğmə
doğur ciyər qanından.
Ey Kurtuba!
Sən könüllər açansan,
mənim şeirim yandıran,
Sən könülə
huzursan, mən yanış və həyəcan.
Torpaqdan
yaranan da göyə bağlanır
bir az!
Köksündə iman olan səmadan
kiçik olmaz.
Nə olsun ki, mələklər səcdəyə dayanırlar?
Onların səcdəsində nə
yanış, nə yaxış var.
Mən hindli bir kafirəm,
eşqimə, cəzbimə
bax,
Səlat,
salama duran qəlbimə, dilimə bax!
Eşq mənim dilimdədir, eşq mənim neyimdədir,
"Allah hu" nəğməsi
qanımda, beynimdədir.
Kurtuba! Gözəlliyin, əzəmətin
misilsiz,
Səni inşa edənə əhsən söyləyirik
biz.
Əbədidir o memar, hesabsızdır
sütunlar,
Onların duruşunda palma əzəməti
var.
Sinanın nuru sayaq, bərq vurur qapı, qübbən,
Cəbrayılın təcəlli yeridirmi minarən?
Hər yana yayır
azan mübarək kəraməti,
Bununçün var olacaq hər
vaxt İslam ümməti.
Qədimlərdə İslamın gözəl günləri
vardı,
Onun mədəniyyəti günəş
kimi parlardı...
O köhnə devirlərə
köç əmrini
verdilər,
İrfan sahiblərindən nur aldı cahil bəşər.
Eşqin
cəng meydanında onlar süvarilərdi,
Şərabları tərtəmiz, qılıncları
hünərdi...
"La ilahə illallah" ərlərin zirehiydi,
Qılınclar kölgəsində tövhid
sığnaq yeriydi.
Kurtuba! Aşikarə çıxırdı
möminin sirri səndə,
Gündüz vəcdin anıydı,
yanğı gecə düşəndə!
Yüksəklik məqamının nəşə
imtiyazı var,
Sən göstərdin
bizlərə, eşqin
naz, niyazı var.
Allah dostunun əli, Allahın öz əlidir,
İş bacarıb, iş yapır,
həll edib qalib gəlir.
İlahi
sifətləri qurşayan
qul, mələkdir,
Hər iki cahanda da minnət
etməz, o ərkdir.
Çox
yüksəkdir qayəsi,
arzusu azdan da az,
Baxışı könül oxşayır,
tavırlırı sehri-naz.
Sözündə Haqq gəzmənin
qaynar həyəcanı
var,
Cəngdə də, söhbətdə də, iffətli bir canı var.
Həqqin
inikasını təcəlli
edər iman,
İman yoxsa, gerçəkdə görüntüdür bu
cahan.
Eşqdir
mömin könlündə
ağlın sığnacaq
yeri,
Eşq verir hərəkəti, eşq
verir atəşləri.
Ey Kurtuba! Sənət aşiqlərinin Kəbəsisən,
nurusan,
Əndəlüs torpağını göylərə
qaldırmısan!..
Əgər varsa dünyada sənin tayın, bənzərin,
Müsəlman möminlərin qəlbidir
həmin yerin.
Ah! O haqq yolcuları, İslamın öndərləri,
Doğruluğun, imanın uca əxlaq ərləri.
Ortaya qoymuşdular bir sadə həqiqəti,
Fəqr əhli dövlətiydi onların səltənəti.
Şərq də, Qərb də pay aldı onların işığından,
Qaranlıq çağlarında Avropaya
gəldi dan.
İspanlar öylə-böylə tutmadılar
dünyanı,
Axı damarlarında
axır möminlər
qanı.
Bu gün o məmləkətdə
çoxdur ahu gözlülər,
O gözlər atan oxdan vəcdə gəlir ürəklər!..
Əndəlüs havasında bir az Yəmən
rəngi var,
Onun mahnılarında Hicazın
ahəngi var!
Kurtuba! Göy qübbə sayağıdır ay-ulduzlu
zəminin,
Azan səsi yayılmır
daha çevrəndə
sənin.
İslamın eşq ordusu bir gün yenə
dönəcək,
Bu mənim inamımdı, eyləmirəm buna şəkk...
Almanlar tənzim etdi devrimlə dinlərini,
Papa xurafatını dəyişdirdi
bu yeni...
Günahsız zənn olunur xristian papası,
Guya ki, çox zərifdir onun fikir dünyası.
Fransada elədilər o müdhiş
inqilabı,
Yeni səhifə
açdı Avropanın
kitabı.
İtaliya qədəm basdı
intibahlar dövrünə,
Daha qaranlıq
çağı orda cücərməz yenə.
Müsəlmanın ruhunda inqilab deyir bir
səs,
Bu Allahın sirridir,
lisan izah edəmməz.
Görək bizim dəryada tufanlar qopacaqmı?
Müsəlman ümmətinin yalvarışı
nahaqmı?
Bədəxşan yaqutuna bəzənib
qürub tamam,
Görən hansı yanğıdır
onu alovlandıran.
Köylü qızın şərqisi,
yanğılı ürək
didir,
Gənclik, könül gəmisi üçün bir sel kimidir.
Önündən axıb gedir Kəbir çayı, Kurtuba,
Mən sahildə
dayanıb görürəm
bir intibah.
Müqəddərat pərdəsi gizləyib istiqbalı,
Mən pərdəsiz
görürəm gözlənilən
cəlalı.
Fikirlər üzərindən qaldıracam
pərdəni,
Avropa
mat qalacaq öncəgörməmə
mənim.
İnqilabı olmayan hayat ölüm deməkdir,
Millətə hayatını dəyişdirmək
gərəkdir.
Mənlikli millətlərin gecəsində
də nur var,
Qəza, qədər əlində kəskin bir qılınc olar.
Hər səhər dan yerini ciyər qanı nurladır,
Ciyər qanı olmadan şairlik boş sevdadır.
Məhəmməd İqbal
Ədəbiyyat qəzeti .- 2021.- 18 sentyabr. S.6-7.