"Qaranlığın fotosu" haqqında...  

 

"Ağılın itiliyi heç vaxt ahəngdar şəraitdə doğulmur" (H.Murakami). Bu prizmadan kiminsə poeziyasının mənşəyinə baxsaq, Ümid Nəccari onun ən görkəmli nümayəndəsi olardı. Ədəbi təsviri nəqli onun yüksək intellektual sənət baxımından incə bir şair olduğunu təsdiqləyir. Onun poeziyası uzaq ya yad deyil, amma heç bir əvəzedicisi yoxdur. Onun kövrək yazı üslubu, qüvvətli bir yaradıcılıq gücü var bu, "Qaranlığın fotosu" toplusundakı şeirlərin verdiyi təəssüratdır.

Həyat ədəbi təcrübəni birləşdirməklə Nəccari oxucularına toxunulmaz dərinlik hissi oyadan şeirlər yazır. Bəzən mənasız nəcib təsvirlərin mahiyyətini ortaya qoyur bizə elə gəlir ki, mənasızdan dərin mənalıya, abstraksiyadan hadisələrin həqiqi mənasına keçirik həqiqiliyi ilə oxucusunu daha çox araşdırmağa onlara yenidən qayıtmağa sövq edir. Özünəməxsus üsluba malik şair keçmişi bugünü iki fərqli sahə kimi bölmür, əksinə, onları eyni dərəcədə dominant olaraq qəbul edir həyatda eyni intensivliklə təmsil edir.

Həyatda hər şey dərin boşluğu tənhalığı ifadə edir aralarında heç bir əlaqə yoxdur. "Sənsizlikdir güzgüdə görünən hər varsa..." ("Bir çətirlik vətən" şeiri) şeirində çoxlu müxtəlif əlaqələr mövcuddur - ölçüyəgəlməz eşqdən, ölçüyəgəlməz nostaljiyə qədər.

Onun şeirinin mövzusu olaraq, həsrət çarəsizlikdən başqa "İnanmadığımız anda darıxmaq kölgəsi düşər içimizə... Gülümsəmək ağlamağın son nəfəsidir..." ("Darıxmağın kölgəsi"). Şair öz təsvirlərində faciə işarələrini çəkir, "yazıqdır məzarlardakı qara daşlar" ("Ağacın kölgəsi") bəzən hətta apokaliptik tonlara malikdir.

Gecə ağrıyır...

Axı

qaranlığı qanadından vurdular...

Ona görə uça bilmirik. ("Ümidsizlik, kədər əzabın müxtəlifliyi, ümidsizlik içində qıvrılmış bir addım")

Çarmıxda bir atəş yığını.

Üsyankar, dayanılmaz atəş narahatlığı əbədi hərəkətin ziddiyyətlərlə dolu bir aləmin, işıq qaranlığın əks qüvvələrinin daimi mübarizəsinin səhnəsidir. (Heraklit)

Nəccarinin şeirlərində işıq ümidin əksidir gecəyə tez-tez qayıtmaq bizə işgəncəverici həqiqəti, qaranlığın müxtəlif tərəflərini əsrlərin pis taleyini görə bilirik.

Onun şeirləri dünyanın taleyi, qaranlıq üzərindən nəsillərin qalası olmaqdan sızıldayır. "Ayrılığın simfoniyası" şeirində unudulmuş vəziyyətdə bir xilas yolu tapmağa çalışır. Seçim azadlığı şüuru yaşamaq ehtiyacı anlayışından keçən güclü çatışmazlıq.

"Absurd" adlı şeirində qədim filosof Zərdüştdən bəhs edərək işıqla qaranlığın, yaxşılıqla pisliyin davamlı mübarizəsi ilə təmsil olunan varlığımızın mahiyyəti haqqında fikirlərini vurğulayır.

Şeirin qeyri-bərabər misraları açıq ritmi Mayakovskinin yazılarını xatırladır. Hətta eyni şeirdə Mayakovskini yad edir; "Sayın poeziya, bədənimin Mayakovski tərəfi ağrıyır!" deməklə intihar hissinin lirik yaradıcılığını ölümün yaxınlığını vurğulayır.

Şair hər şeydən əvvəl müxtəlif münasibətlərdə varlığımızın mahiyyətində duran ən vacib motivasiyaedici düşüncəni sevdirir. "Qollarını , küləkdən qoru məni, gözlərim qurumadan qoru məni!" ("Hamısı bəhanədir"). Bu, Ümid Nəccarinin fərdi qeyri-adi poeziyasının mümkün şərhlərindən yalnız biridir.

 

Serbiya - Belqrad 2021

 

Andreana DVORNİÇ

 

Tərcümə etdi: Vüsalə Əsədova

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.7.