XX əsrin yəhudi şeiri
Qürur
Hətta
qayalar da parçalanır - deyim biləsən
Və bu, zamanla bağlı deyil.
Uzun illər soyuq və istinin təsirindən
Bu qədər uzun illər ərzində
Yorğunluq öz sözünü
deyir...
Qayalar öz yerlərindən uzun illər tərpənmir
Çatlar görünməsin deyə,
Bəlkə də qürurla
bağlıdı bu da...
Uzun illərin xəyalından
dolanıb gəlir -
Qayaları bir gün məhv edən gələcək
Hələ uzaqdadı...
Sonra ilk
çatlar görünəcək
və yosunlar bitəcək
Dəniz
çəkilib öz
yerini tutacaq...
Sükunəti qayalara sürtünmək
üçün gələn
Suiti pozacaq bir sübh
çağında...
Beləcə gedib-gələcək o suiti,
Qayaları yaralayıb gedəcək,
Bir andaca qayaları uçuracaq,
Gözlənilmədən...
Düşün:
"Gör insalar necə olur?!".
Mənim evim
Evimin dəhlizi çox gözəldi,
Ancaq otağımdakı bitki quruyub
Yarıyacan...
Və yarpaqları pilləkən
boyunca tökülüb
Yüngül və incə bir görüntü var -
Gəzmək istəmirəm yarpaqların
üstündə...
Uzun müddət gözlədikdən
sonra
Saatın
əqrəbləri xoşbəxtliklə
dolanır
Rəqəmlərin başına...
Bütün gecəni işıq
yanır
Eyvandan baxıram
Evə sirli adamlar gəlib-gedir,
Çöldə hər şey yavaş-yavaş dağılır
sanki
Gözümün önündə yox
olur hər şey...
Hər şey başqa bir zamana,
Başqa
bir dövrana aiddir sanki...
Bura Dikkensin evi deyil
axı,
Bura mənim evimdi...
Mərkəzi Qala
Şimal
ilə Cənub arasında,
Şərq ilə Qərb arasında,
Bir qala var -
Sakinlərin tək ümidi...
O qalada həyat səltənəti var -
Ruhların dolaşdığı
Ruhların yaşadığı
Ölümü tanımayanların yeri
olan
Bir qala var...
Ruhlar ölmür, bilirik,
Hamısı burada - Orta qaladadı,
Atamın
ruhu da burdadı...
Günəşin doğulmasına baxan
çiçək kimi
Günəşin batmasını seyr
edən bir çiçək kimi...
Həmin
qalada dua edin,
Həyat
səltənətində ona
həmd edin...
Bütün ruhumuz qaladadı,
Ölü deyil, diridilər...
Atamın
ruhu da ordadı,
O gülür,
Gülüşləri kainata
Yayılır beləcə...
Axın
Gedən
əbədi olaraq getdi,
Nə dərdimiz var, vay onun halına!
Kül halına gələn kəs üçün yaxşıdır, bəlkə
də,
Çünki mən özümə qayıtdım.
Və getdiyi yerdə,
Əgər xoşbəxt deyilsə?!
Bütün ömrü boyu
axtardığı
Yer də belədirsə...
Hər şey belə idi və təkrar
davam elədi,
Hər şey yaxşı olacaq ümid ilə yaşadıq.
Müdriklər seçdiyi yolun
pulunu ödəyəcəklər:
"Ümidsizlik onların
müdrikliyinin mahiyyətidir".
Yolda bir adam
dayanmışdı
Bir adam gecə
yolda dayanmışdı,
Atam kimi dayanmışdı o yolda.
Onun durduğu yerə getməliyəm,
Çünki mən onun böyük
qızıyam.
Və gecə-gündüz orada tək dayanır,
Və aşağı
enib onun yanına getməliyəm.
Ondan nə qədər borcum olacağını soruşmaq istəyirəm,
Və əvvəlcədən bilirəm
ki, borcumu deməyəcək...
Durduğu yer indi təhlükəlidir,
yolda gedərkən və qəzaya düşərkən olduğu
kimi...
Onu tanıdım və işarələr verməyə
başladım:
"O adam bir vaxtlar
mənim atam idi".
Mənə heç bir
"sevgi" sözü
demir,
Bir vaxtlar atam olsa
da,
Və mən onun böyük
qızı idim,
Amma mənə
bir "sevgi" sözü deyə bilməz.
Daliya RAVİKOVİÇ
Tərcümə: Tural Cəfərli
Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.28.