Ey pasxa payızı

 

Yeni Ukrayna şeiri

 

Svetlana Koronenko (1960) yazıçı jurnalistdir.  Ukrayna ədəbiyyatı “80-cilər” ədəbi nəslinin parlaq nümayəndəsidir.Çillərin bürcü” (1982), “Yağışın səsi” (1988), “Uçan itlərin işığında” (2009), “Qədim manuskriptdən” (2014), “Payızdan şeirlər” (2017), “Misteriyalar”(2019) b. şeir kitablarının müəllifidir. D.Nitçenko, V.Svidzinski, İ.Franko,  Q.Skovoroda adına ədəbi ödüllərin,  N.Qoqol adınaTriumf”, V.Sösür adınaQızıl Şirmükafatlarının sahibidir. Bir müddət Ukrayna radiosunda çalışıb. Yaroslavov Val” nəşriyyatının direktorudur.

 

Ey pasxa payızı,  bu qara, bu dikbaş hirsə görə görə məni bağışla,

Tənhalıqdan, bu dəlisov halımdan qurtara bilərdimsə özümü, nədənsə istəmədim.

 

Ey pasxa payızı,  bu bayramlıq olmayan, adi yaxasını nişan üzüyü olmayan əlimlə

düymələdiyim donumdakı  diyircəkli qələmin mürəkkəb izinə görə məni bağışla.

 

Ey pasxa payızı, bağışla, heç kim bu mürəkkəbin, bu ağır təkliyin

gecəki göz yaşlarının əridə bilmədiyi  qara izlərinin səbəbini bilmir.

 

Ey pasxa payızı, muncuq kimi düzülən bu sözlərə görə bağışla,

bilirsən onları bu sayaq adətən vağzalda ilişib qalan səyyah qadınlar edərlər.

Ey pasxa payızı, bağışla bu ətir nəmişlik qoxuyan

qızılı perqamentin üzünə mürəkkəbin mavisi.

 

Ey pasxa payızı, bağışla. Qələm köhnə masadan yerə düşdü.

Bu vəhşi qəlb soyusun deyə daha hansı dərdə dözməlidir?

 

Ey pasxa payızı, bağışla. Nəm lələklər ağır mürəkkəblər

yandırılmış məktubların gümüşü şahlığında artıq öz rejissorlarını gözləmirlər.

 

Ey pasxa payızı, bağışla  məni, payız xəzanı kimiyəm.

Ucalıqdan yıxılmaq ağrıdırmı?  Bunu yoluna daş döşənmişlər bilməlidir.

 

Ey pasxa payızı,  bu qara, bu dikbaş hirsə görə görə məni bağışla,

Tənhalıqdan, bu dəlisov halımdan qurtara bilərdimsə özümü, nədənsə istəmədim.

 

Ey pasxa payızı, bağışla...

 

Tərcümə Allahverdi Şahbazov, Elxan Zal, Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.24.