Limanlı Don Kixot

 

Yeni Ukrayna şeiri

 

Dmitro Kremin (1953-2019) - məşhur Ukrayna şairi, tərcüməçisi, publisisti. 30-dan çox poetik məcmuə müəllifidir. Taras Şevçenko adına Ukrayna Dövlət Mükafatının, Nikolay Qoqol digər ünlü ədiblərin adını daşıyan ədəbi mükafatları alıb. Uzun müddətSobornaya küçəsijurnalının baş redaktoru işləyib. Şeirləri bir çox dünya dillərinə tərcümə edilib.

 

 Ukraynada çox şeyə baxıb bezib,

Ah çəkib deyəsən “get cəhənnəmə”.

Nuh nəbidən qalma maşına minib,

Şossedə dəlitək çapasan yenə.

At olsa - kitab olaydı, sən

O boş fəsilləri vərəqləyəydin,

Şərəfsiz tarixə baxaraq gendən

Mənasız yerlərə baş yelləyəydin.

Ruhuna dədər yadlar giriblər!

Hərəsi içində bir kin gətirib.

Bu qaratorpaqda ya qan töküblər,

Ya da səs salıbdır, dəmir, cingilti.

İndi Don Kixot Lorka yurdunda

Muzdur ukraynalı ömür keçirir.

Panlarsa yığılıb yenə paytaxta

Vətəni heç cürə bölüşdürəmmir.

Bir vaxt İspaniyada cəngavər vardı,

Küləyin köksünə nizə sancardı.

 

Yabanı bal

 

Otuz-qırx ildən sonra, ya da ki, əlli,

Bir səs geri dönüb verir təsəlli.

Bizdə yabanı bal qızılı, parlaq,

Payız işığında sən dadına bax.

Artiq yay bitibsə , payız da deyil

Hörümçək torları qırılır sim-sim.

İlahi, hər tərəf mövsümə uydu,

Bardaqlar şərabla, balla doluydu.

 

Tərcümə Allahverdi Şahbazov, Elxan Zal, Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.24.