Həzz təcrübəsi

 

Yeni Ukrayna şeiri

 

Yelena Dorofiyevskaya (1982) Kiyevdə anadan olub. 2012-ci ildən Vişqorodda yaşayır.  “Dnepr”, “Saksağan”, “Periskop”, “Cığırlar”, “Vitrajlar b. toplularda şeirləri dərc edilib. Yaradıcı laboratoriyalar” petryage.com.ua müsabiqəsini başqa ədəbi yarışmaların təşkilatçısıdır.

 

Sabahın kəhrəbasına dalmaq,

qanadlarınla, kökünlə,

hərəkətsizliyə öyrəşmək,

nəfəs dərməmək-

bu həzz təcrübəsidir.

 

Otaqda səliqəsiz yataq ağalıq edir,

dünya da hələki burdan ora qədərdir,

heç kim sərhədləri dəqiq tanımır

heç kim onları pozmağı da bacarmır,

ayrılığa mane olmağı da.

 

Bütün gecəni yatmadıq, yata bilmədik.

Səhər tramvay, cırcırama səsiylə uğurldayırdı,

burda hava da qəribəydi- sanki itmiş mezozoydu,

şüşənin dərisi parıldayırdı;

səma pəncərəmiz ağzındaydı,

donmuşdu.

 

Artıq söhbət bizdən getmir,

yalnız olanlar olacaqlar var;

otaq dərin bir boşluğa, uçuruma yuvarlanır,

soyuqluğa, gözləntiyə- gedən kim olacaq?

bu iyul kəhrəbasının qızılı qınını kim qıracaq,

kim yandırıb sındıracaq hər şeyi?

Bəlkə mən?

Ya sən bəlkə?

 

Tərcümə Allahverdi Şahbazov, Elxan Zal, Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.24.