“Dnepropetrovsk yolundakı balaca kəpənəyim

 

Yeni Ukrayna şeiri

 

Vano Krüger (1986). Şair. Filosof. PEN-klubun üzvü. Siyasi elmlər üzrə magistr.İliçin vida öpüşü”, “Ziqqi Freyd & Ktulxu”, “Dibsiz badyaşeir, “ “Mədəniyyətsözünü eşidəndə”, “Didik-didik çiçəkədəbiyyatşünaslıq esse kitablarının müəllifidir. Oles Qonçar Ukrayna-alman Beynəlxalq Mükafatının laureatıdır.

 

          Şavarskayaya

 

Dnepropetrovsk yolundakı balaca kəpənəyim,

Zülmət qaranlıqda, sübhdən əvvəl,

sənin kimi günəşin deyil, ayın,

göydəki yerdəki ulduzların,

Kiyev-Dnepr yolçuluğundakı maşın işıqlarının

solğun parıltısı düşən çiçəklərdən-kişilərdən

 bal toplamaq üçün 

 qatı dumanın soyuğunda

 uçursan.

 

Dnepropetrovsk yolundakı balaca kəpənəyim,

sən bir arısan... Hanı sənin pətəyin?

Sənin acı balın hanı?

Sənə , çiçəklərinə gün düşmür,

yalnız ayın,

göydəki yerdəki ulduzların,

lənətlənmiş qatı dumanda

Kiyev-Dnepr yolçuluğundakı maşın işıqlarının

solğun parıltısı düşür.

 

Bu gecə

sənin məğrur burnun ovulacaq,

bu göydəki yerdəki parıltılar

işə yarayacaq,

gün düşməyən çiçəklərdən

az olsa bal toplanacaq.

 

Sabaha lap az qalıb.

Haqq-hesab vaxtına da.

Saçlarına toxunmayacam.

Dodaqlarına dəyməyəcəm...

Amma dayan, de,

səhərləri yuxuda görürsən

ey mənim,

Dnepropetrovsk yolundakı

balaca arım, kəpənəyim?

 

Xurmayı yuxular

 

Ayaqlar altında

                   Günəşin

                               boş

                                    şüşə qabları

 

Tərcümələr Allahverdi Şahbazov, Elxan Zal, Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.25.