“Bekket”
Qərb ölkələrinin tarixində
kilsə və dövlətin münasibətləri
xüsusi rol oynamışdır. Keşişlər dövlət başçılarını
inandıraraq orduları
xaç yürüşlərində
iştirak etdirmişdilər.
İngilis rejissoru Peter Qlinvilli
tarixi şəxsiyyət,
İngiltərənin baş
naziri və arxiyepiskopu olmuş Tomas Bekket haqqında çəkdiyi "Bekket"
filmi bu tarixə güzgü tutan ekran əsərlərindəndir.
Tomas Bekketin haqqında
anonim müəllifər
tərəfindən bir
neçə tərcümeyi-halı
yazılmışdır. Tomas Bekket haqqında müsəlman şahzadəsi
olmaq iddiası isə öz təsdiqini tapmamışdır.
1066-cı
ildə Normandiyanın
İngiltərə tərəfindən
işğalından təxminən
yüz il
sonra kral II Henri (Peter
O Toole) zülümlə bu
torpaqları idarə edir. Normand əsilli Tomas Bekket (Riçard Burton) isə onunla çox yaxın dost olur. Lakin aralarındakı münaqişə onları
bir-birinə qarşı
qoyur. Film flaş-bekle başlayır.
Kral Henri
Bekketin məzarına
gələrək onunla
xəyali söhbət
eləməyə başlayraq
ötən illəri yadına salır. Hadisələr kralın təhkiyəsi
ilə başlayır.
Həyatda tənha qalan
kral Henri üçün
Bekket dövlətin də idarə olunmasında mühüm rol oynayır. Kilsə xadimlərinin hegemonluğuna
qarşı "Dövlətin
ədaləti kraldadır"
deyərək baş nazirliyi Bekketə təqdim edir. Fransayla müharibəyə hazırlaşan
kral keşişlərdən
savaş üçün
pul istəyir. Kral Henri fəth zamanları keşişlərin canfəşanlığından
danışaraq onları
ifşa edir. Onların döyüşlər zamanı
alınan qənimət
hesabına varlandıqlarını
söyləyir. Tarixdə məhkəmələri
kilsənin tabeliyindən
çıxartmaq üçün
mübarizədə məğlub
olan dövlət başçısının bu
portreti epizodik işlənmişdir.
Kral Henri Bekketə
Fransada icad olunan çəngəllərdən
danışaraq özü
və əyanları üçün onu sifariş elətdirdiyini deyir. Bununla kral müharibəyə
hazır olmağın
mesajını çatdırır.
FILM STILLS
BECKET 1964 RICHARD BURTON CHARACTER Editorial Stock Photo - Stock Image | Shutterstock
Bekket daim özünün şərəfi
barədə düşünür. Qulluq etdiyi İngiltərə dövlətinin şərəfinin
yalnız məqsədlərinə
çatmaq olduğunu
dərk edən Bekket normand
əsilli qızın
sarayda "biz məğlub
olmuş millətik"
sözüylə katarsis
keçirməyə başlayır.
Özünün mənsub olduğu
xalqın işğala
məruz qalmasını
bir daha dərk edir. Həyatı
boyu başı kef məclislərinə qarışan
Bekket həyatın mənası barədə
düşünməyə başlayır.
Özünü milli cəhətdən təhqir edilmiş hesab edən gənc keşiş Con
(David Veston) Bekketə
hücum edir. Lakin Bekketin
onu azad etdirməsi qorxmazlığıyla
yanaşı, milli təəssübkeşliyini də
ortaya qoyur. On səkkiz yaşlı
dəliqanlı Conun hərəkəti də Bekketə təsir edir. Con sarayda Bekketə təsir edən normand
qızının fikirlərini
özündə daşıyır.
Baş yepiskopun
ölümü Henrinin
arzusunu gerçəkdirməsinə
səbəb olur. Dostu Bekketə
güvənərək din işlərini
ona həvalə edir. Bu təklifi
qəbul etmək istəməyən Bekket
Henri tərəfindən vadar
edilir. Henri bununla dövlətin din üzərində nəzarətini
gücləndirmək istəyir.
O düşünür ki,
dostu Bekket yalnız onun əmrlərini yerinə yetirən şəxs olacaq.
Bekketin bu vəzifəyə təyinindən
sonra "İncil"i
özünə rəhbər
tutaraq kasıblara yardım etməyi qarşısına məqsəd
qoyması kilsə xadimlərinin təəccübünə
səbəb olur. Burada dövrün qaranlıq Avropasının din xadimlərinin
obrazını görürük.
Bununla yanaşı, onlar Bekketin timsalında kasıbları öz tərəfinə çəkən
bir şəxsi qarşılarında görəcəklərindən
qorxurlar. Keşişlərin soyğunçu tərəfi
bu epizodda da aydın görünür.
Tarixdə baş nazirlikdən istefa verərək dövlətlə yepiskopluq arasında uçurum yaradan Bekket kilsənin səlahiyyətlərini artırmaq istəmişdi. Bu filmdə isə Bekketin bu cəhəti onun idealizmi kimi göstərilmişdi. Artıq Bekket bir şəxsiyyət kimi ömrünü Allahın şərəfini qorumağa həsr edir. Daxilən təmizlənmiş, Allaha səmimi dua edən Bekketi onu qəbul etməyən Con da bağışlayır.
Anasının və həyat yoldaşının sevgisindən məhrum olan Kral Henri Bekketlə dostluğundan fəxarət duyur. Lakin Bekketin kilsə məsələsində prinsipiallıq göstərməsi Henri üçün gözlənilməz zərbə olur. Uşaqlar sarayda qılınc oynadarkən Con keşişin öldürülməsinə görə Bekketin məktubunu ona çatırır. Bekket Henridən bu işə görə Lord Qibertin cəzalanmasını istəyir. Bu mesajın qılıncoynatma oyunundan sonra çatdırılması Bekketlə kralın savaşının simvolizəsi kimi görünür.
Bekketi öz fikrindən daşındırmaq üçün Henri Kenterberiyə gəlir. Öz daxilində Henri Bekketi kukla bir yepiskop kimi görür. Onun etirazları krala təəccüblü gəlir. Lakin Bekketin özünün prinsiplərini qurban verməməsi onun baş nazirlikdən istefasıyla nəticələnir. Aslanlar üzüyünü krala təqdim etməklə o, yolların aralandığını bəyan edir. Bu epizodla iki köhnə dostun yolları ayrılmış olur. Həm də Bekketin dövlətlə din işini bir-birindən ayırması maarrifçilik ideyasının ekran təzahürü kimi də görünür.
Bu məsələyə görə məhkəməyə çıxarılan Bekket orda olan zaman kral Henrinin daxili faciəsi aydın olur. Həyatda ana şəfqətindən məhrum olan kral onu ittiham edir. Onu həyata gətirən qadının daim rəsmi tədbirlərdə olub övladına nəvaziş göstərməməsi Henrinin tənhalığına səbəb olmuşdur.
İngiltərədəki təzyiqlərə
görə Fransaya qaçan
Bekket Fransa kralı
VII Luisə (Con Qilqud)
sığınır. Fransız kralı üçün
İngiltərəni iki yerə bölən
Bekket sərfəli şəxs olur. İngiltərədən gələn
nümayəndələrə Bekketi təslim
etmir. Lakin Bekket özü ölkəsinə
qayıtmaq qərarı verir. Kral Henriylə savaşmağı, əslində,
Allahın bir təqdiri olaraq
qəbul edir. Bekket burada da Tanrının
şərəfini qorumaq barədə düşünür. Həyatda iddiaları olan şəxs filmdə öz
mübarizəsini yaradan uğrunda
aparan bir praqmatik rahib kimi aparır.
Altı illik ayrılıqdan sonra Henriylə Bekket nəhayət, görüşürlər. Tanrıyla kralın şərəfinin birləşdirilməsinin uzun vaxt alacağını bilən Bekket İsa peyğəmbərin təbiriylə qoyunlarını qoruyacağını bildirir. O, tamamilə ömrünü ruhaniyətə həsr edəcəyini bəyan edir. Kral Henri üçün Bekketlə dostluq münasibətləri vacib olduğundan, bundan sonra ümidini tamam itirir. Onun qarşısında artıq özünün tamamilə ideallarına həsr edən Bekket dayanmış olur.
Ziyafət salonunda ailəsini və əyanlarını toplayan Henri özünün daxili faciəsini açıq göstərmiş olur. Öz varisi olan oğlunu anasının və həyat yoldaşının ortasında əyləşdirərək onu təqdim edir. Bu epizod tarixi faktla üst-üstə düşür. Kral Henri həqiqətən 1170-ci ildə öz oğlunu varis kimi təqdim etmişdir. Anasından və həyat yoldaşından mərhəmət görməyən Henri oğlunun da onlar kimi olcağına əmin olur. Anasının Bekketə olan sevgisini ürəyindən atmalı olduğunu söyləyir. Özünün sıradan bir kəndli qadını tərəfindən böyüdülməsi arzusunu bildirəndən sonra həyat yoldaşı onun krallığına şübhə edir. Henri üçün mənfi mənada anası ilə həyat yoldaşı tamamilə birləşmiş olur. Bundan qəzəblənən Henri ziyafəti dağıdır. Peter O Toole bu səhnəni özünəməxsus teatral tərzdə ifa edir. Qədim sarayın ziyafət salonunda ürəyinin dayanmasını istəyərkən oyun tərzini klassik tərzdə canlandırır.
İngiltərəyə qayıtdıqdan sonra Bekket öz vəzifəsini davam etdirir. Cona "gümüş xaçımı ver" deyərkən, onun "çox ağırdır" deməsi Tanrının şərəfini daşımağın çətin olması fikrini ifadə edir. Henrinin gizli göstərişiylə əsgərlər kilsəyə daxil olur. Onlar Bekketi öldürməmişdən qabaq on səkkiz yaşlı Conu qətlə yetirirlər. Bekket öldürülərkən "Tanrının şərəfini daşımaq çətinmiş" deyərək tarixdə adının qalacağı mesajını çatdırır.
Kral Henri özünü Bekketin məzarı önündə şallaqlatdırır. Bununla o həm özünü cəzalandırır, həm də Tanrının şərəfinin qorunmasını həyata keçirir. Henri bununla bir qədər təsəlli tapmış olur. Henrinin bu hərəkətində içində olan dostluq sevgisinin təzahürü görünür.
Ən yaxşı kinossenariyə görə nominasiya qazanan film 2007-ci ildə yenidən kinoteatrlarda nümayiş olunmuşdur.
Ceyhun MİRZƏLİ
Ədəbiyyat qəzeti.- 2021.- 9
yanvar.- S.32.