Bülbüllər oxuyar Kür
sahilində,
Bülbüllər oxuyar gecə
sübhəcən…
Şuşaya təyinat
Nolaydı,
bir ömür gec doğulaydım,
Yanaydım
yaşaya-yaşaya, Allah!..
Təzə
bitirəydim ali məktəbi,
Təyinat
alaydım Şuşaya, Allah!..
Odunla
qızınan bir dağ məktəbi,
Qəlbimin odunu verərdim ona.
Gedib dərs deyərdim yalın at minən
Bir dəstə
dəlisov türk yavrusuna.
Doğrayıb tökərdim kədəri,
qəmi,
Qənim kəsilərdim amana, aha.
Şeir
toplayardım Cıdır
düzündən,
Təqdim eləyərdim Molla Pənaha.
Minnətçi düşməzdim Qara
keşişə,
Əsilsiz Əsliyə uymazdım heç vaxt.
Bir dəfə çöllərdə
Məcnun olmuşam,
Bu dəfə dağlarda
olardım Fərhad.
Adlayıb quş kimi Qırxpilləkəndən,
Daşlarından öpən nəsim olardım.
Sellərə birinci qucaq açmağa
Sonuncu pilləkən
özüm olardım.
Xan qızı bulağı açıb deyərdi
Hansı xandan gəlir onun xan soyu.
Hansı
xəzinədən süzülüb
gəlir
Büllur bulaqların brilyant suyu.
Düşmənin bağrını qana
döndərən
Bağrıqan dağından atla keçərdim.
Qırxqız yaylağında düşüb
tilsimə
Qırx qızdan birini sevib seçərdim.
Ən uca zirvəyə qonardı könlüm,
Gedib qartallara
qardaş olardım.
İsa bulağından bircə piyalə
Doldurub, içməmiş
sərxoş olardım.
Qızıl qönçələrin dan söküləndə
Qızıl kirpiyində yaşa dönərdim.
Daşaltı çayına daş
atmaq nədir,
Durub sahilində
daşa dönərdim.
Sitayiş edərdim xarıbülbülə,
Tarixə düşərdi bu təzə ayin.
Tolstoysayağı dəli olardım,
Durub yaradardım tərtəzə
bir din.
Xarıbülbülpərəst!..
Müqəddəs
şəhər!..
Mənim
azad Şuşam!.. Daha nə
dərdim,
Başımda Cabbarın "Mənsuriyyə"si
Qalxıb alov-alov ləpələnərdim.
Nolaydı, bir ömür
gec doğulaydım,
Yanaydım yaşaya-yaşaya, Allah!..
Təzə bitirəydim ali məktəbi,
Təyinat alaydım Şuşaya,
Allah!..
Sehrli çıraq
Nəğmə ona deyərəm
ki,
Məni uzaqdan çağıra.
Dodaqdan qəlbə girməmiş
Qəlbi dodaqdan çağıra.
Tutub ruhun biləyindən,
Deyə keçmə belə gündən.
Qönçəni öz bələyindən,
Gülü budaqdan çağıra.
Könül nələr umar
ondan,
Ayılmaram xumarından.
Suyu daşın damarından,
Odu ocaqdan çağıra.
Bu od "Gülüstani-İrəm",
Bir girmişəm,
bir də girəm.
Ürək soldadır, bilirəm,
Çaşdırıb sağdan çağıra.
Səsini
zildən eləyə,
Yolçunu yoldan eləyə,
Məcnunu çöldən eləyə,
Fərhadı dağdan çağıra.
Eşqinə batım, bayılım,
Nə yatım,
nə də ayılım.
İşvəni nazdan ayırıb,
Teli buxaqdan çağıra.
Düşəm könüllü tilsimə,
Deyə
bilməyəm heç
kimə:
- Göz yaşı düşüb bəxtimə...
Yaşı yanaqdan çağıra.
Bu bəxtin keçəm üstündən,
Bu oddan içəm üstündən,
Pərvanəni şəm üstündən
Bülbülü bağdan çağıra.
Bu sevdaya bir də
dönsəm,
Deyə, aşiq, yenə sənsən?
Sən də köhnə Ələddinsən,
Sehri çıraqdan çağıran...
Harda qurursa məclisi,
Əlindədir piyaləsi, -
Axtarıb Zabil Pərvizi
Kefdən-damaqdan çağıra!..
Sel
Bu sel göydən gələn seldir,
Göyləri adlayıb gəlir.
Göylə gedən fələklərin
Dizini qatlayıb
gəlir.
Çox
naşılar istədi
ki,
Kəsə bunun qabağını,
-
İndi
hamısı axtarır
Öz başını, papağını...
Ləpələri itilənib
Zirvələrdə qılınc kimi.
Çox
qayanı oynadıbdır
Yatağından balınc kimi.
Lovğalanan kötükləri
Kökündən yıxıb, düzləyib,
Yer mənimdir deyənləri
Yerin təkində
gizləyib.
Bu axının qabağında
Sən də bir saman çöpüsən.
Köçərisən, keçərisən,
Ötəri zaman çöpüsən.
Günü günə sata-sata
Elə bilirsən
kefdəsən.
Aç
gözünü, Zabil
Pərviz,
Uduzmusan, hədəfdəsən.
Bu sel əzəl dağdan gəlir,
Gedir əbəd
yaylağına.
İstəyirsən sağ qalasan,
Dolaşma əl-ayağına.
İstəyirsən bəri başdan
"Əlfatəhə"n oxunmasın,
Çaşanlardan ibrət götür,
İz qoy, sənə toxunmasın.
Bu sel dirilik suyudur,
Bircə
qurtum içsən əgər,
Ölməzlərin kölgəsində
Bəlkə sənə də
yer düşər...
Yazılmamış nəğmə
Yay günü yandırar məni bir ocaq,
Qış günü dondurar
bir sazaq məni, -
İlahi,
bəs məni kim oxuyacaq,
Kim qələm götürüb
yazacaq məni?
Qoşulub sərsəri, dəli
yellərə
Çöllərə düşürəm hər
gün, hər axşam.
Kim açıb deyəcək
bu könüllərə
Məni yazmayıblar, səssiz qalmışam?
Gecə
ulduzlara qoşuluram mən,
Gündüz çiçəklərə... Görmürlər məni.
Nə vaxt tapılacaq məni dindirən,
Niyə könüllərə hörmürlər
məni?
Mən də bəstələnmək
istərəm, Allah,
Belə bir bəxt ilə
barışım niyə?
Lap elə yabanı çöl çiçəyiyəm,
Kollara-koslara qarışım niyə?
Məni
pıçıldayır ləpədöyənlər,
Qulaq asanım
yox, eşidənim yox.
İlahidən dolu bir piyaləyəm,
Saqisinə şükür!..
Nuş edənim yox.
Bütün fəsilləri görüb
gəlmişəm,
Könlünü könlümə verən
olmayıb.
Açılan güllərin, solan
güllərin
Gözünün yaşıyam, görən
olmayıb.
Baharda həsrətlə gözləmişəm
mən
Köçəri quşların gəlmələrini.
Qış günü bəxtəvər
çöl qazlarının
Üşümək bilməyən nəğmələrini.
Nolaydı, bir yaşıl
qələm əlində
Mən də bir nəğməyə, sözə dönəydim.
Bir ipək tellinin, qələm qaşlının
Qönçə dodağında ləpələnəydim...
Mənim
də yazanım olaydı, Allah,
Eşidələr məni, bilələr varam.
Bütün könüllərə onun adını
Qızılla yazaram, zərlə yazaram.
Duymadı, yazmadı naşılar
məni,
Zəri
zərgərə ver...
Gedək, əzizim, -
Hələ o qapını payız
döyməyib,
Döyək qapısını Zabil
Pərvizin...
Bülbüllər oxuyar...
Bülbüllər oxuyar Kür sahilində,
Bülbüllər oxuyar gecə sübhəcən.
Xuraman ləpələr, xumar ləpələr
Nəğmə yağışından keçər
sübhəcən.
Nəğmələr işıqlı,
nəğmələr sərin,
Dünyadan bixəbər, bəxtəvər
kimi.
Bülbüllər oxuyar
qız söyüdlərin
Zülfünə bağlanan könüllər
kimi.
Bülbüllər oxuyar Kür sahilində,
Yaşıl tellərini sayar söyüdlər.
Gümüş nəğmələrin gümüş selində
Gümüş qamətini yuyar söyüdlər.
Saxlayıb bir anlıq səyahətini
Dolanar başına
divanə yellər.
Çinarlar heyrətdən çəkər
içini,
Sərvlər göz yumub başını yellər...
Ulduzlar titrəyər yeddinci qatda,
Göylər yana-yana baxar görərsən.
Bu gümüş tilsimə
dözməyib hətta
Bir ulduz əriyər, axar görərsən.
Bülbüllər oxuyar Kür sahilində,
Düşər qayalara əks-sədası.
Səsinə səs verər
ləpədöyənlər,
Danışar, səsində bülbül
ədası.
Qopar dodağından sehrli səslər,
Bu yurdun torpağı,
daşı oxuyar.
Ömründə oxuya bilməyənlər
də
Oxuyar, bir azca naşı oxuyar.
Oxuyar hardasa yeraltı çaylar,
Hələ sel olmayan sellər
oxuyar.
Qönçə dodaqlılar uyusalar
da,
Qönçələr bətnində güllər
oxuyar.
Susub dinləyərəm...
Görərəm
birdən
Qızıl səs qarışdı
gümüş nəğməyə,
-
Mənim
ürəyimdir o səsi
gələn:
- Bülbüllər oxuyar Kür sahilində,
Bülbüllər oxuyar gecə sübhəcən...
Zabil PƏRVİZ
Ədəbiyyat qəzeti.- 2021.- 9
yanvar.- S.29.