Əsgər balam Pərvizim
Balam
Alyaskadadı.
Gözümdə,
ürəyimdə,
Səsi,
gülüşü, dadı...
Balam
Alyaskadadı.
Yer
üzünü qoruyur.
Sizi, bizi
qoruyur,
Öz-özünü
qoruyur.
Yaşım
yaş həddin ötüb,
Ədam,
sərtliyim itib...
Balam
könlümə düşüb.
"Mən
ora getməliyəm"...
Balam
Alyaskadadır,
Nə
yeyib-içirəmsə,
Qarlı
Alyaska dadır.
Mən bu
dəli gedişdə
Özümü
ötməliyəm.
Qoy desinlər
"dəliyəm".
Həsrətdən
ölməliyəm?
Kim nə
deyirsə desin!
Deyənim
az deyil ki!
Ayrılıq
bizi yıxdı,
Bu da
"Araz deyil ki..."
Hər
yanım ayrılıqdı,
Sərhədlər,
sədlər, hədlər...
Çoxunun
yükü dərddi,
Ayrılıqdı,
həsrətdi...
Ayrı
dillər, avazlar.
Soyun!
Geyin! Otur, dur!
Yerdə,
göydə yol budur!
Sərnişin
ölməyincə,
Robot -
işçi ayılmır.
"Diplomat"
olmayanlar
Yolda adam
sayılmır.
Yox, yox! Bu
giley oldu.
Yolçusansa
- yol budur!
Şükür
olsun bu günə,
Gedirəm
Alyaskaya!
Nəvəm
Aya getsəydi,
Mən
getməliydim Aya!
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2021.- 9
yanvar.- S.15.