Xalq yazıçısı Kamal Abdulla
prezidentə təşəkkür məkubu
yazdı
Əziz və möhtərəm cənab
Prezident,
Zat-Aliləri!
Bu təşəkkür
məktubunu ürəyimdə Sizə dərin minnətdarlıq
hissi və böyük məhəbbətlə yazıram.
Siz, əziz
Prezidentimiz, Azərbaycan xalqına tarix boyu göstərilən
xidmətlərdən ən möhtəşəmini həyata
keçirdiniz. Millətimiz bunu heç bir zaman unutmayacaq və
Sizin ideallarınızı Vətən bayrağı kimi daim
uca tutacaqdır.
Siz Vətənin
işıqlı gələcəyə gedən yolunda bir cəsur
əskər və bir müzəffər sərkərdə,
bir sadə insan və bir ləyaqətli Prezident, bir vəfalı
oğul və bir qədirbilən ata kimi zəfərdən zəfərə
addımladınız. Siz bizi də məğrur,
başıdik, alnıaçıq insanlar kimi arxanızca
apardınız.
Sizinlə
birlikdə bu yolu getmək qürurlu və şərəflidir.
Sizinlə birlikdə bu yolu getmək Ulu Öndər unudulmaz
Heydər Əliyevin Azərbaycan üçün müəyyənləşdirdiyi
yolu getmək deməkdir.
Yolunuz
işıqlı olsun. Vətən torpağı daim
gül-çiçəklə dolu, səmamız aydın,
suyumuz təmiz olsun. Şəhidlərimiz qəlbimizdə və
qazilərimiz gözümüzün önündə daim
yaşasın. Bayrağımız, himnimiz, Vətən
torpağımız, Prezidentimiz daim var olsun.
Kiçik
yaradıcılığıma verdiyiniz yüksək qiymət
– məni «Şərəf» ordeni ilə təltif etməyiniz
bu son dərəcə məsuliyyətli və gərgin zamanda
nümayiş etdirdiyiniz diqqət, həqiqətən, çox
əziz və unudulmazdır. Səmimi təşəkkürlərimi
qəbul etmənizi xahiş edirəm.
Bizə də
o qalır ki, Sizin etimadınızı bundan sonra da
bütün gücümüzlə doğruldaq. Vətən
naminə əlimizdən gələni bundan sonra da etməyə
hazır olaq.
Zat-Aliləri!
Fürsətdən
istifadə edərək Yeni ildə Sizə və əzizlərinizə
möhkəm cansağlığı, könül
xoşluğu, zəfər dolu günlər arzulayıram.
Sizin və Mehriban xanımın rəhbərliyi ilə
xalqımızın, Vətənimizin yeni qələbələrə
doğru cəsarətli gedişinə inamla
Kamal Abdulla,
xalq yazıçısı, akademik
Ədəbiyyat qəzeti.- 2021.- 9
yanvar.- S.5.