Alpay Azərin ilk romanı çapdan çıxdı
Alpay Azərin
"Həyat epikrizi” romanı "Qanun” nəşriyyatında çapdan
çıxıb.
Sosial mövzulu
əsərin əsas obrazı Murad iki yerdə işləyir, qazancı komforta yaxın həyat sürməyə
imkan verir, amma eyni zamanda
özündən qat-qat
varlı dostundan pul umur və
buna görə əzab çəkir.
Sonra Murad elə bir ağır vəziyyətə düşür ki, əlindəki pul onun dadına çatmır, dostuna ağız açası olur. Səfil həyat sürənQarabağ qazisi ilə tanış olan Murad ona maddi, pul yardımı etsə də, bir müddət sonra yaxşılıq etməkdən bezir. İnsanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edən "Həyat epikrizi” müəllifin ilk romanıdır. Alpay Azərin buna qədər hekayələrdən ibarət 2 nəsr kitabı ("Şax yeriyənlər” və "Yazıçı və arvadı” çapdan çıxıb.
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.32.