Şükür, qalib gəlir
söz savaşında
Bu gün şeirimizin Vətən tərəfi.
Tərəfi
Tərəflər tərəfsiz qalsa,
dünyanın -
Nə sən tərəfi var, nə mən tərəfi.
Ruha söykənməsə yıxılacaqdır
İnsanın içindən bədən
tərəfi.
Ocaq savaşında, köz savaşında,
Əllərin yansa da döz,
savaşında.
Şükür, qalib gəlir söz savaşında
Bu gün şeirimizin
Vətən tərəfi.
Elnur, həqiqətlər pərdədə
qalmaz,
Sözün kütlər üçün
bir iti almaz.
Gün görməz, kölgədə
kölgə də salmaz
Ağacın mamırlar bitən tərəfi.
Biz
Haqqa haqlı qalxanıq, nahaqqa kəskin qılınc,
Öc almamış
durmarıq çıxdıqsa
qınımızdan.
Vətən varsa biz varıq,
bu inancla yaşarıq,
Yurdu uca tutarıq hər zaman canımızdan.
Qarabağ savaşında hər
birimiz bir nida,
O yolda qoymadıq ki, nöqtə eyləsin əda.
Bir ölüb, min dirilən bizlər Vətənə
fəda,
Sabahın azadlığı cücərər
qanımızdan.
Eşqə təkcə yol
keçir qəlb adlı küçəmizdən,
Çətin, Vətəndən özgə
bir sevgi keçə bizdən.
Ay eşq nədir anlayar südrəngli gecəmizdən,
Günəş sevgi öyrənər hər səhər danımızdan.
Tanrıya inancımız, bir
ümid bəsimizdi,
Elnur, kökünə
boylan, gör kimlər əslimizdi?
Bizi ayaqda tutan Vətənə
sevgimizdi,
Biz ölərik, dönmərik
Od Ər
bəy Qanımızdan!
Azərbaycan əsgəri
Vətənə eşqin ilə
silahını al ələ,
Keşikçi gözlərinə qəlbində
qaz səngəri!
Çıxdığın haqq savaşı
qoy dərs olsun düşmənə,
Zəfər sənindir, sənin,
Azərbaycan əsgəri!
Neçə illər Qarabağ
qara bağladı başa,
Son pərdə qələbəydi,
sonlandı bu tamaşa.
Addım
səslərin gəlsə
düşmən düşər
təlaşa,
Zəfər sənindir, sənin,
Azərbaycan əsgəri!
Hər arzun canlı sipər, ümid Vətən daşıdı,
Bu daşlar altda
başlar, qəlbdə
Vətən daşıdı.
Hər əsgər pak yurdumun ən pak vətəndaşıdı,
Zəfər sənindir, sənin,
Azərbaycan əsgəri!
Şax dur, dik tutsun
Vətən başını
duruşunda,
Şəhid qanı təzədir yurdun hər qarışında.
Bu Vətən savaşında,
bu tale vuruşunda
Zəfər sənindir, sənin,
Azərbaycan əsgəri!
Bayrağım
Qırmızına baş qoyum,
Yaşılına bükülüm,
Göyünədək ucalım!
Orda Aya əl edim,
Ulduzlara səs salım.
Gündən günlər borc alım.
Səni
geyinmək üçün
Səmasını soyunub,
Şuşa, Laçın, Xocalım!
Səmasında dalğalan
Eşq adlı
göy dənizin.
Sən ey çoşqun dalğalım!
Qırmızın qanımızdır,
Göyün kimliyimizdir,
Yaşıl Tanrı dualım!
Qırmızına baş qoyum,
Yaşılına bükülüm,
Göyünədək ucalım!
Şəhadət
Eşq yoludu şəhadət,
Bu yol uzundur, uzun.
Kəfəni bayraq olan,
Cismə ölüm uduzur.
İsmi
gəzir ürəkdə,
O Vətən bədənlərin.
Kök salır sabahlara
Mənlərdə o mən dərin!
Boyuna
boy verməyən,
Bu Vətən məzarların.
Hər qarışı müqəddəs,
Hər daşı bir gülzarım!
Şəhid
Büküldüyün bayraq ən ali
kəfən,
Qanın qüsuludur müqəddəsliyin.
Qəbrindən başlayır azadlıq
yolu,
Qanınla yazılır Vətən
dərsliyi.
Məzarın üstündə ucalan
daşın,
Məhəbbət yazılı daş kitabəsi.
Qoynuna sığdığın ana
torpağın,
Üstündə dikələn Vətən
türbəsi.
Tarixin gələcək səhifəsində,
Ey böyük
xalqımın and yeri
məzar.
Vətəni yaşadır öz
keçmişində,
Altı da, üstü də bu diri
məzar.
Qara başdaşında üzü
ağ Vətən,
Gülür xoş sabaha, Şəhidim mənim!
Bir kərə yüksəldi
sənin qanınla,
Ta enməz Bayrağım, Şəhidim mənim!
Yer altın göyədək
ucalda bilən,
Bu məzar taleyin
bahar fəslidir.
Sabaha sabahı yaşada bilən,
Bu məzar sabahın Vətən dərsidir!
Aşiqlik
Aşiqlik səhrada susuz quyudan
Su çəkmək kimidi.
Aşiqlik
Eşq əhlinin
gözləmək vərdişidi.
Aşiq,
İndi
vaxt
Qasırğada üzən gəmini xatırladır sənə.
Ləpələr gedir, qayıtmır ləpədöyənə.
Aşqlik
Yolçusu olmaqdır keçilməz
cığırların,
Necə
ki, aşiqlər Şuşaya yol açdılar,
Bağrın yara-yara qayalıqların.
Aşiqlik öləcəyini bilə-bilə
getməkdi
Aşiqlik müharibəyə sülh
elan etməkdi.
Qələbə olandan sonra yazılır
sülh.
Bəzən əsmərbənizli doğulur
sübh.
Aşiq,
Bu Vətən müharibəsində
Ən gözəl eşq şeiri Vətən mövzusundadır,
Onu da əsgər güllələri
yazır.
Aşiq,
Gözlə sonuncu güllə
lüləsindən çıxan
alovu
Ondadır sənin eşqinin ovu.
Aşiqlik gözləməkdir
Aşiqlik, dözülməyənlərə dözə bilməkdir.
Döz
Eşqin ağacı gec gətirir bəhərini.
Eşqin Günəşi öpəcək
dan yerini.
Mütləq qovuşacaq Şuşan sənə,
Qarabağın pəncərələri açılacaq
Təmiz hava axacaq Laçın
dəhlizinə.
Orda başrı çatlayır
məşuqun da
Aşiqlik budur elə
Yanmadınsa eşq odunda
Kündə olsan da, bişməyəcəksən,
Eşq nədir bilməyəcəksən
ölənəcən,
Aşiqlik səfərbərlikdir içindən-çölünəcən.
Azan səslənəcək
Harda
azan səslənirsə
Orda muradına
çatır yer də, göy də.
Azan çəkən səs
Bir ipdir
Yerdən göyə.
O səsdən tutub qalxa bilərsən
İstədiyin mərtəbəyə.
Vəzifə demirəm ha
Mərtəbə deyirəm.
Azan çağrıdır
Qardaşlığa, sirdaşlığa
Barışa.
Azan çəkiləndə
Səhra
ürəklər də
Qərq olur yağışa.
O, nə ərəbin, nə farsın,
O, insanlığın səsidir.
Nə qədər ki, insanlıq var
Azan çəkiləsidir.
Diqqət, diqqət
Diqqət,
diqqət!
Növbəti qatar Xankəndinə yola düşür.
Qatarda yol yoldaşınızdır,
Duyğuların sevgi səsi,
Ümidlərin dönüşü.
Biletləri kassadan əldə edin.
O günü görəcəyim
gün
Çox uzaqda deyil.
Gözəl qız,
Mənə bir yox, iki bilet, qadan
alım!
Çoxdankı arzumu da aparacağam
özümlə.
İstəmirəm
Bakıdan Xankəndinədək danlaqda
qalım.
Mümkünsə, mənə
İki bilet hazır elə.
Orda
Neçə illik həsrətimlə qol-boyun olacağam.
Bilmək
olmaz, bəlkə də,
gedib-qayıtmayacağam.
Kitablardan
oxuduğum,
Şəkillərdən gördüyüm bu şəhərə.
Sən bilsən
məni necə çəkir arzularım.
Bu arzumu çin elədin,
Sənə özüm boyda
Minnətdaram, Tanrım!
Elnur UĞUR
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.19.