Çağdaş
Moldova şeiri
Qeydlərini birbaşa
tarix dərsliklərinə edirlər…
Nikolay Spetaru (1961) - yeni moldov-rumın ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, şair, tərcüməçi və publisistdir. "Tanrıların dönüşü",
("Hiperion", 1992), "Pyedestalların şöhrət tapdığı
gecə" ("Junimea", 1998), "Rilkenin kədəri"
("Augusta", 2000) və başqa şeir kitablarının
müəllifidir.
Son illər daha çox prozaik
yaradıcılığa üstünlük verən Nikolay
Spetaru, eyni zamanda Moldova və Rumıniyanın
tanınmış uşaq müəlliflərindəndir.
Əsərləri onlarca dilə, o cümlədən Azərbaycan
dilinə çevrilib. O, Rumıniya və Moldova
Yazıçılar ittifaqları Pen klublarının
üzvüdür, Moldova Milli Kitab Salonunun (1993), Rumıniya Mədəniyyət
Fondunun mükafatlarını alıb; Moldova
Yazıçılar İttifaqının katibidir.
O, Kişinyov Beynəlxalq Kitab
Yarmarkasının "Debüt" mükafatına (1993),
Rumıniya və Moldova Yazıçılar
ittifaqlarının, habelə Rumıniya Ədəbiyyat
Fondunun mükafatlarına (1998) layiq görülüb.
Nikolay Spetaru, eyni zamanda Azərbaycan ədəbiyyatının
rumındilli ədəbi mühitdə təbliği məsələləri
ilə ardıcıl məşğul olur.
Tanınmış rumın şairəsi
və ədəbiyyatşünası Mariya Pilkin onun
haqqında belə deyir: "Ədəbiyyat üçün
ilk tələb olunan şey istedaddır və Nikolay da
çox istedadlı şair və nasirdir. Onun imzası ilə
işıq üzü görən hər bir şeir və nəsr
kitabı bir çox və təəssüf ki, artıq
dünyasını dəyişmiş yazarların
yazdığı saysız-sonsuz mətnlərdən fərqli
olaraq rumın ədəbiyyatında olduqca dəyərli yerə
sahibdir...".
Yuxulu
Günaha
batmamış bir dünyada olduğunu gördün yuxuda,
hələ
su basmamışdı dünyanı,
göy
üzündə mələklər dolaşırdı,
ilk
gündə olduğu kimi arzulayırdın
Rəbbin
gözü qarşısında,
Süd
yolu ilə şam edirdin,
sən
canavarları quduzlaşdırmaq istəyirdin
onlar isə
o saat ölürdülər,
hər
ehtimala qarşı
İuda
obrazını düzəltməyə
çalışırdın
amma alətlər
əlindən qopub düşürdü,
kimsə
məlum on qadağanı, qaydanı
söyləmək
istəsəydi
onun bu hərəkətini
açıq-aşkar həyasızlıq sayardılar,
elə
yeri gəlmişkən,
sənin
bu ecazkar dəhşəti buraxıb
yuxudan
oyanmaq arzunu da həmçinin.
Əsas məşq
Trolleybus
haqqında şeirim
ilk dəfə
trolleybusda gəzdik,
bəxtimiz
gətirmədi,
əvvəl
qaynar saatlara düşdük,
dayanacağa
yaxınlaşan maşını
adamlar təşvişlə
və
hücumla işğal etdilər -
adamlar və
əşyalar,
sanki bu
trolleybus
ömürlərinin
son nəqliyyatı idi,
sanki məhşər
günü
arxalarınca
düşmüşdü
və bu
adamlar da, əşyalar da
yer üzərindən
son nişanələr idi,
xilas etmək,
başqa
planetə daşımaq lazım gələcəkdi.
İnsan
selinə qoşulan şeirim də, mən də
onların
arasında idik.
Qapılar
bağlandı
və
maşın konserv görkəmi aldı.
Şeirim
təşviş keçirirdi:
dünya
və trolleybus haqqında bilikləri
reallığa
uyğun deyildi.
Qoltuğunun
altı tərləmişdi də -
mən
bunu maşın kəskin dönüş edəndə hiss
etdim,
qarşıdakı
dik sinəli sarışının üzərinə
yıxılmasın deyə,
yuxarı
tutacaqdan yapışmaq üçün
əlini
qaldıranda.
Yol
sonsuzdu, sanki
bir az
boşluq yaranan kimi
qərara
aldıq ki, çıxaq.
Bir
yığın deşilmiş biletin simmetrik
və eybəcər
dəlmədeşik bürclərinin
təbəssümü arasından
güclə
sivişib çıxdıq,
öz
işıqlı, çox işıqlı keçmişimizi
xatırladıq...
Bir az da qocalmaq
Şair
Bakoviya bu gecənin,
məhşərdən
sonrakı bu gecənin
hüznünü
çətin başa düşərdi.
Sükut.
Şəhər
yolayrıcında dayanıb.
Parkdakı
heykəllər tamam əldən düşüblər.
Yaş və
boş küçə daha dərinə işləyib
şəhərin
bədənində, -
sanki
köpəyin boyunundakı
qaba,
emalsız dərindən hazırlanmış xaltadır.
Məzar
daşlarının yanında
xəncərli-bıçaqlı
quldurlar ağlaşırlar,
minilliyin
kənarıyla səyahət edən biri kimi
səkilərlə
tək-tənha gəzirəm,
soyuqdan
gömgöy olmuşam,
yetim
qalmış afişa salamlayır məni
düymələri
atacaq bir azdan.
Dostlar,
bu kədərli
gecədə
biz bir az
da qocalmalıyıq,
təşəkkür
edirəm.
Sən hələ çoxlu səngər
qazmalısan...
Yəqin,
çox şey dəyişib...
Öz-özünə
danışıb inadkarlıqla
Birinci
Dünya savaşı üçün
səngər
qazmağa davam edirsən.
Dərin
qazırsan, hədsiz dərin,
atların
ayaq səslərinin sıza biləcəyi dərinlikdə,
əlindəki
bellə bircan olanda
savaş
da bitəcək, belə hesab edirsən
və
sevgilin kürəyindəki pas ləkələrini yuya bilər
artıq,
görünür
ki, silahın izləridir.
Sən
bir dəfə də olsun atəş açmadın, amma,
çünki
savaş davam edir
və sən
hələ çoxlu səngər qazmalısan...
Çəmənin yaşıl
bayrağı altında
Atlar və
atlılar qayıtmağa başladılar
yüzillik
müharibədən
çəmənin
yaşıl bayrağı altında.
Döyüş
meydanında əsas şey
kəklikotulu
çay üçün
qəndin
miqdarını müəyyənləşdirməkdi -
bunu vacib
görkəm alan kapitan deyir
və
deyir ki,
savaşı
ciddiyə alanlara
ölümlə
müalicə kursu keçmək
tövsiyə
edilir vaxtaşırı.
Atlar və
atlılar qayıtmağa başladılar
ən
uzun savaşdan sonra,
bu hadisəylə
bağlı akreditə olunmuş
çoxlu
jurnalist
(onlar
savaşın yüz il uzanacağını söyləyir)
qeydlərini
birbaşa
tarix dərsliklərinə
edirlər.
Otuz gümüş sikkə
Olduqca
xoşagəlməz səhnəyə şahidlik elədim:
çıxıb
gedərkən ikinci minilliklə çox əzazilcəsinə
davrandılar,
dünyanın
ən alçaq fırıldaqçısı kimi
ciblərini
axtardılar...
Diqqətli
olun! - ağlını itirmiş kütlə
bağırırdı,
- O
özü ilə heç nə aparmamalıdır,
yaxşı axtarın üst-başını,
əməllicə
silkələyin! Hər şey bizimdir,
növbəti
minilliyin sakinlərinin,
biz buna
layiqik!
Bu nə alçaqlıqdır!
İkinci
minilliyin ciblərini çəkib çıxardılar qəddarca,
hər
şeyi aldılar əlindən:
sevgini/nifrəti/inqilabları
(hər cürəsini)/
savaşları/epidemiyaları/
satqınlığı
və
otuz gümüş sikkəni -
birinci
minilliyin ən vacib mirasını da...
Nikolay Spetaru
Tərcümələr Səlim
Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.15.