Zəfər nəğməsi
Sayın Cümhur Başqanım
Poema
II bölüm
Qırx dörd gün davam edən Vətən müharibəsində
sevimli Azərbaycanımızın
qazandığı misilsiz
Zəfər, heç
şübhəsiz, şanlı
Ordumuzun, onun hər bir zabit
və əsgərinin
qəhrəmanlığı sayəsində reallığa
çevrildi. Şəhidlərimizin
məkanı cənnət
olsun, qazilərimiz tezliklə tam şəfa tapsın, ulu Tanrım!
Şükrlər olsun ki, bu ölüm-dirim savaşında Müzəffər
Ordumuza siyasi və hərbi baxımdan tam mükəmməl,
qeyri-adi iradəyə
malik, dəmir yumruqlu cəsur sərkərdəmiz - Ali Baş
Komandanımız, millətin
inandığı lideri,
möhtərəm İlham
Heydər oğlu Əliyev başçılıq
edirdi.
Bütün bunlarla bahəm,
danılmaz bir gerçəklik də mövcuddur ki, heç zaman unuda bilmərik, unutmağa mənəvi haqqımız da yoxdur! Bu müharibə
fəlsəfi, psixoloji,
təcrübi anlamda
"Bir millət, iki dövlət" dünyagörüşünü tamam-kamal bütün Turan ellərindəki toplumun zehninə pərçimlədi, şüuruna
oturuşdurdu, gündəlik
həyatında mənəvi
təbəddülat yaratdı.
Vətən müharibəsinin ilk anlarından başlayaraq hərtərəfli qardaş
dəstəyini bizdən
əsirgəməyən əzəmətli
türk xalqı da, onun dövlət
başçısı, bərkdən-boşdan
çıxıb mətinləşən,
dünyanın ağırçəkili
siyasətçilərindən sayılan, mərd insan, qorxmaz sərkərdə, Türkiyənin
Cümhur Başqanı,
çox dəyərli,
sayın Rəcəb Tayyib Ərdoğan da bizim tarixi
Qələbəmizin qazanılmasında
əvəzsiz rol oynadılar. Əminəm ki, bu haqda hələ çox qiymətli əsərlər yazılacaq,
araşdırmalar, təhlillər
aparılacaq. Mən
isə millətimizin taleyüklü Qarabağ düyününün çözülməsində
xalqı ilə birlikdə Can Azərbaycanımıza
və onun Ali Baş Komandanına arxa durduğuna görə bütün türk millətinə, eləcə də Sayın Cümhur Başqanımıza sonsuz
şükranlığımı, sayğılarımı, istəklərimi,
sevgilərimi xoş məramla, duyğularımın
qaynar çağında
qələmə aldığım
poetik dillə, qırx ildən artıq yaşayıb-yaratdığım
Moskva şəhərindən
ərməğan kimi
təqdim etməklə
təşnə könlümün
aram tapacağına ümid bəsləyirəm.
Uca Tanrım bütün bəşər
övladını qorosun,
doğru yola yönləndirsin, cümlə
Turan elləri də içində!
Arxasızlıq zillətdi,
Qaranlıq bir zülmətdi,
Deməmək qəbahətdi,
Əzab
çəkən millətdi,
Sayın
Cümhur Başqanım!
Bir qərinə təkləndik,
Doğma
yurdda teyləndik,
Yasdan yasa bələndik,
Asi düşüb
söyləndik,
Sayın
Cümhur Başqanım!
"Qara Yanvar" zamanı,
Görəmmədik hayanı,
Dərdimizi ananı,
Halımıza yananı,
Sayın
Cümhur Başqanım!
Haylar hücum çəkdilər,
Düz-dünyanı sökdülər,
Neçə qanlar tökdülər,
Bizə
torba tikdilər,
Sayın
Cümhur Başqanım!
Xocalıda soyqırım,
Səs çıxmadı hayqırım,
Güc çatmadı hay qırım,
Vurdu bizi ildırım,
Sayın
Cümhur Başqanım!
Qarabağ getdi əldən,
Millət
qırıldı beldən,
Qeyrət
də küsdü eldən,
Köçkün ev yapdı gildən,
Sayın
Cümhur Başqanım!
Bir milyon yurd-yuvasız,
Evlər
qaldı sobasız,
Didərginlər obasız,
Məmurlar da qafasız,
Sayın
Cümhur Başqanım!
Bir kimsə əl atmadı,
Çürük qoz uzatmadı,
Gecə-gündüz yatmadı,
Xalqım
itib-batmadı,
Sayın
Cümhur Başqanım!
Heydər
bəy gəldi rəhbər,
O günə min şükürlər!
Qayda yaratdı Öndər,
Millət
oldu səfərbər,
Sayın
Cümhur Başqanım!
Düşünüb, gör neylədi,
Düşmənləri əylədi,
O, "Atəşkəs" söylədi,
Yurdu xilas eylədi,
Sayın
Cümhur Başqanım!
Azərbaycan gücləndi,
Türk
xalqına güvəndi,
Qardaş
görüb sevindi,
Qəddi
düzəldi indi,
Sayın
Cümhur Başqanım!
Naxoş
dərman arayar,
Təbib
yara sarıyar,
Dara düşən zarıyar,
Qardaş
gəlsə yarıyar,
Sayın
Cümhur Başqanım!
"Bir millət,
iki dövlət!"-
Ulu Öndər, min rəhmət!
Əbədi, dərin hikmət!
Bizə,
Sizə, vəsiyyət,
Sayın
Cümhur Başqanım!
Türkiyəm birdən-birə
Yaratdı xoş mənzərə,
Döndü qalxan-sipərə,
Zireh oldu bizlərə,
Sayın
Cümhur Başqanım!
Qahmar çıxdın birbaşa,
İlham
kimi qardaşa!
Gözlər qərq oldu yaşa,
Var ol! Ucal! Yüz
yaşa!
Sayın
Cümhur Başqanım!
"Təmiz torpaq" -
Pakistan,
Baş naziri - İmran Xan,
Dəstəyinə can qurban!
Qanı
bizlə eyni qan,
Sayın
Cümhur Başqanım!
Haylar sayca çox azdır,
Di gəl, dünyaya pazdır,
Qafaları nasazdır,
İllacları qapazdır,
Sayın
Cümhur Başqanım!
Tarixləri ağ yalan,
Xislətdə əqrəb, ilan,
Yaltaq, hiylə, şər salan,
Bellərinə vur palan!
Sayın
Cümhur Başqanım!
Guya əcdadı Tiqran,
Qurub Böyük Hayastan,
Keçmişə atıb böhtan
-
Deyirlər, yoxmuş Turan.
Sayın
Cümhur Başqanım!
Miflərə qul olub xalq,
Yaşayır ruhu salxaq,
Diasporu qurumsaq,
Sayın
Cümhur Başqanım!
Başçıları züy tutan,
Şuşada şıllaq atan,
Ayarı
sıfır insan,
Rəzil
Nikol Paşinyan,
Sayın
Cümhur Başqanım!
Haylara
sahib duran,
Haqq işə hiylə quran,
Sülhə çox ziyan vuran,
Müsyö Makrondu bəzirgan,
Sayın
Cümhur Başqanım!
Amerika şeş atır,
Hamıya
malın satır,
Bəzən da ara
qatır,
Sonra imdada çatır,
Sayın
Cümhur Başqanım!
Cəhənnəm olsun haylar,
Daha dərin mətləb var,
Dünya
olub canavar,
Yırtmağa gəzir davar,
Sayın
Cümhur Başqanım!
Türkiyəm dada çatdı,
Çox
gözəl addım atdı,
Zamanında əl qatdı,
Düşmənin köpü yatdı,
Sayın
Cümhur Başqanım!
Komandanla
min yaşa,
Hulusi Akar Paşa!
Haray saldı dağ-daşa,
Yağılar çəkdi haşa,
Sayın
Cümhur Başqanım!
Çavuşoğlu bərk durur,
Gedişatı düz qurur,
Şər işlərə pəl
vurur,
Millətə verir qürur,
Sayın
Cümhur Başqanım!
Dövlət bəy qüdrətlidi,
Nitqində şiddətlidi,
Düşmənə hiddətlidi,
Haylar əcəb təntidi,
Sayın
Cümhur Başqanım!
Atatürk törəməsi -
Böyük Millət Məclisi,
Sənə verdi tüm səsi,
Sevindirdi
hər kəsi,
Sayın
Cümhur Başqanım!
Bay olsun hər bir nazir,
Cümlə əmrə müntəzir,
Vəkillər də tam hazır,
Qardaşlıq himni yazır,
Sayın
Cümhur Başqanım!
Dolub daşdı səbrimiz,
Hızlı vurdu nəbzimiz,
Zəfər oldu qəbzimiz,
Belə
yazdı Rəbbimiz!
Sayın
Cümhur Başqanım!
Müzəffər, şanlı Ordu,
Yağıya qan uddurdu,
Alp ərlər möhkəm durdu,
Dəmir
yumruq zor vurdu,
Sayın
Cümhur Başqanım!
Güclü, əzəmətlisən,
Dünyaca şöhrətlisən,
İmanda
qüvvətlisən,
Turanda qiymətlisən,
Sayın
Cümhur Başqanım!
Atatürkdən gələn dərs,
Türkçülükdən edir bəhs!
Turan ərzə salır səs,
Tutduğun yol müqəddəs,
Sayın
Cümhur Başqanım!
Bayatı
deyən Başqan,
Lərzəyə düşdü İran,
Güney
bir gövhər məkan,
Burda qırılır Turan...
Sayın
Cümhur Başqanım!
Ürəyimiz yaradı,
Bəxtimiz qapqaradı,
Azərbaycan paradı,
Bilək
vətən haradı,
Sayın
Cümhur Başqanım?!
Nə xeyri uzun gapın,
Rusiyayla
dil tapın,
Birlikdə dağlar çapın,
Gərəkli işlər yapın,
Sayın
Cümhur Başqanım!
Dəşti-Qıpçaq - çölümüz,
Türk-Slavyandı - elimiz,
Lap kökümüz, dilimiz,
Bir olubdu əslimiz,
Sayın
Cümhur Başqanım!
Oxşardı adətimiz,
Əhdə sədaqətimiz,
Yurda məhəbbətimiz,
Düşmənə nifrətimiz,
Sayın
Cümhur Başqanım!
Putinlə siz arkadaş,
Diz-dizə qurun bağdaş,
Anlat ki, canım qardaş,
Türkdü sizə tək yoldaş,
Sayın
Cümhur Başqanım!
Yazıya
pozu yoxdu...
Bərk durun, düşmən çoxdu.
Dostluq nizədi, oxdu,
Namərdi yerə soxdu,
Sayın
Cümhur Başqanım!
Siyasətin
zərgəri,
Bəlağətin pərgarı,
Hərb
işinin Sərdarı,
Türkçülük bayraqdarı,
Sayın
Cümhur Başqanım!
Uca boylu qəhrəman,
Qardaşlıqda mehriban,
Səmimi,
gözəl insan,
Rəcəb Tayyib Ərdoğan,
Sayın
Cümhur Başqanım!
Şəhid
olmadıq hədər,
Qalib çıxdıq bu səfər,
Sənə fəda Abuzər,
Ey Sərkərdəm,
Müzəffər
Sayın
Cümhur Başqanım!
Moskva,
05.01.2021
Abuzər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 23
yanvar.- S.12-13.