Qanlı Yanvar
Min doqquz yüz doxsan, iyirmi Yanvar,
İl qədər
ağırdır hər
ötən saat.
Millət
meydandadı, bir təlatüm var,
Üz-üzə dayanıb ölümlə,
həyat.
Bakı
yırğalanır bir
dərya kimi,
Sanki məcrasından çıxaraq bu gün.
İçində kükrəyən qəzəbi,
kini
Zülmün sarayını yıxacaq bu gün.
Azadlıq meydanı alıb
qoynuna
Azadlıq yolunda and içənləri.
Gəlib
alqışlayır neçə
qız, ana
Sinəsin süngüyə söykəyənləri.
Sıxılmış yumruqlar havanı yarır,
Baxanda duyulur əzəmət, vüqar.
Bir insan dənizi hey dalğalanır,
İmperya içində bir vahimə var.
Birləşib, yumruğa dönüb
bir millət,
Canlı sipər çəkib ölümə, qana.
Azğın imperiya, xain hökumət
Min bir hiylə qurub Azərbaycana.
Deyirlər ki, qoşun Bakıya gəlir,
Gəzir xalq arası belə bir xəbər.
Hər yandan "qana-qan" səsi yüksəlir,
Daha da sıxlaşır duran cərgələr.
Azadlıq, ədalət qışqırır
onlar,
Haqqın dərgahına açılır
əllər.
Həyatda hansı bir güclü qüvvə var
Torpağa bəslənən məhəbbət
qədər?
Əgər olmasaydı yurd
məhəbbəti,
Ölümə getməzdi Babək bir zaman.
Əgər olmasaydı vətən
həsrəti
Şamtək əriməzdi Füzuli babam.
Gör necə oğullar bu məhəbbətlə
Düşdü doğma yurddan diyarbadiyar.
Ömrü yaşamazdı qəmlə,
möhnətlə,
Şair Əhməd Cavad, ustad Şəhriyar.
Tarix təkrarlanır, deyildir yalan
Bir tarix yaşadıq bir Şənbə günü.
Şəhidlər köksündən tökülən
bu qan,
Dağıtdı bu gecə zülmün
evini.
Durublar,
gözlərdə qəzəb,
kin, nifrət,
Elin qeyrətini
qoruyan ərlər.
Heç
kəs inanmır ki, edə xəyanət
Mənsəbə, şöhrətə boyun
əyənlər.
"Ordu, öz ordumuz
düşünür" gənclər,
Ona çörək
verib Odlar yurdumuz.
Xalqın
arasında hey söyləyirlər
-
"Özümüzü kəsməz, öz qılıncımız".
İgidlər veriblər kürək-kürəyə,
Şaxta
da doğrayıb, qılınctək kəsir,
Hər yandan
"Azadlıq, Qarabağ!" - deyə,
Böyük bir izdiham ora
tələsir.
Silahsız bir millət köməksiz qalıb,
Bəs harda gizlənib "Xalqım"
- deyənlər?
Milli qeyrətini kimlərə satıb
Yüksək kürsülərdən nitq
söyləyənlər?
Xalq üçün özünü
oda yaxanlar
Qorxunu o gecə
başından atdı.
Tanklarla
üzbəüz hərbə
çıxanlar
Əl-ələ tutuşub cəbhə yaratdı.
Müdhiş hücum əmri
verir, nəhayət,
Böyük imperiyanın o qatilləri.
Ətrafı bürüyür qatı
bir zülmət,
İçində gizlədir qanlı əlləri.
Tanklar guruldayır, toplar od saçır,
Yağıştək ələnir göydən
güllələr.
Bakı
qan içində səhəri açır,
Dünyanı mat qoyur xalqdakı
hünər.
Sanki təbiət də tökür qanlı yaş,
Açılan səhərin gözü də qandı.
Əhali
içində vahimə,
təlaş,
Allah, bu nə qırğın, necə talandı?
Küçələr, səkilər cəsədlə dolub,
Baxırsan, birini tanımaq olmur.
Qar üstə bir gəncin kəsilmiş qolu -
Muzdlu qatillərə
meydan oxuyur.
Məktəbli çantası bulaşıb
qana,
Axı bu körpənin günahı
nədir?
Torpaq da bu dərdin
ağırlığına -
Tab gətirə bilmir, hey inildəyir.
Əynində ağ xalat
bir cavan oğlan,
Sürünə-sürünə köməyə gəlir.
İnsan
cəlladından təlimat
alan,
Həkimi də qana qəltan
eyləyir.
Açdığı atəşdən
özü diksinir,
Görən, oyandımı yatmış
vicdanı?
Şəhid zirvəsinə qalxıb,
yüksəlir
Bu gəncin torpağa
axdıqca qanı.
Xalqın
qəzəbindən qorxan
qatillər
Harasa, nə isə yaman tələsir.
Günahsız qanına bulaşan
əllər
Cinayətin izin yumaq istəyir.
Bir xalqın nifrətin, ya istəyini,
Manqurdlar anlayıb, duya bilərmi?
Bu qanlı ordunun cinayətini
Dəryalar bağlansa yuya bilərmi?
İnsanın insana etdiyi zülmü
Görəndə göylərdə günəş
də söndü.
Mənim
millətimin əzmi, dözümü
O gün bir pillə
də artıb, böyüdü.
Bir çox sınaqlardan çıxdıq həyatda,
Bu cəsarət, hünər
canımızdadı.
Belə
dar ayaqda, çətin saatda
Dönüb vətən olmaq qanımızdadı.
Yeni bir inam var,
xalqın səsində,
Vulkantək püskürür Odlar ölkəsi.
Bu gün oğulların hər kəlməsindən
Ucalır xalqımın tunc iradəsi.
Tarix təkrarlanır, deyildir yalan,
Bir tarix yaşadıq bu Şənbə günü.
Şəhidlər köksündən tökülən
bu qan
Dağıtdı bu gecə zülmün
evini.
10.II.1992
Yurda çatıram
Fransanın Strasburq şəhərində
20 Yanvar şəhidləri yad edildi.
Mən də iştirak
elədim
Kürəyimdə ağır şələ
Əynimdə odlu köynək
-
Asta-asta,
gah da yeyin,
yüyrək
Yol gedirəm.
Nə şələdən, nə
köynəkdən
Baş aça
bilirəm.
Kim tutub bu şələni,
Kim tikib bu köynəyi?
Bu şələ dərddən
tutulub,
Bu köynək oddan tikilib,
İlmələri bərk çəkilib,
Yanıram Kərəm kimi,
aça bilmirəm,
Nə qoyub qaça bilmirəm.
Dədə-babam kimi elə hey göynəyirəm,
Amma, başladığım yolu
Yenə
gedirəm...
Yerə
atsam bu şələni kim
götürəcək?
Kim yiyə duracaq,
bilmirəm.
Yenə
alıram öz kürəyimə,
Sarılıram odlu köynəyimə:
"Ay şələ tutan,
Ay köynək tikən"
deyə-deyə,
Ayağımda dəmir çarıq,
Əlimdə dəmir əsa,
Özüm kimi, özü-özündən
Qorlanan torpağı
Dözümdə donan torpağı
Döyə-döyə, yoruluram,
Yük altında yatıram,
Yuxuda yurda çatıram.
Fransa, Strasburq
Şövkət Zərin Horovlu
Ədəbiyyat qəzeti.- 2021.-
23 yanvar.- S.23.