Akademik Nizami Cəfərovun “Sözümüzün

Ali Baş Komandanı” kitabı nəşr olunub

 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Sözümüzün Ali Baş Komandanı” adlı yeni seçilmiş məqalələr kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəfis şəkildə nəşr olunub.

Kitabda alimin müasir ictimai-siyasi məzmunlu “Ümummilli lider və ümumtürük mədəni irsi”,  “Azərbaycan Prezidentinin xalqa müraciətlərində ana dilinin Vətən müharibəsi”, “Sözümüzün Ali Baş Komandanı, “ADA-nın töhfəsi, yaxud Amerika araşdırıcısının kitabı Azərbaycan dilində”, “Leyla Əliyevanın şeirləri yeni tərcümədə” məqalələri, habelə, türkologiya, dilçilik, ədəbiyyatşünaslıq, ədəbi-tənqid mövzusunda son illərdə yazmış olduğu bir sıra əsərləri toplanıb.

Nəşrin redaktoru Dəyanət Osmanlıdır.

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 yanvar.- S.19.