Ankarada yazıçı Əlabbasın

kitabı işıq üzü görüb

 

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Əlabbas Bağırovun “Köhnə kişi və digər hekayələr” (“Eski adam və digər öykülər”) kitabı AnkaradaBengü” Nəşriyyatı tərəfindən çap olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən nəşrə hazırlanan kitabda müəllifin “Köhnə kişipovesti, eləcə də “Gözəl”, “Əclaf”, “Yolçu”, “Küçə”, “Tapdıq”, “Şəhər”, “Arvanada dəfn” hekayələri yer alıb.

Nəşrin baş redaktoru AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğludur.

Yazıçının geniş ədəbi fəaliyyətini əks etdirən tərcümeyi-halının da yer aldığı toplunu Anadolu türkcəsinə gənc yazıçı-tərcüməçi Əbdülqadir Özkan çevirib.

Qeyd edək ki, bu kitab Əlabbas Bağırovun türk oxucuları ilə ilk görüşü deyil. Əvvəlki illərdə onun ədəbi ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanan hekayələri Almaniya, Türkiyə və Şimali Kiprin müxtəlif dərgi, qəzet və saytları vasitəsilə oxuculara çatdırıb. Türkiyə universitetlərində onun hekayə və povestləri tədris və tədqiqata cəlb olunub, yaradıcılığını geniş şəkildə əks etdirən dissertasiya işi yazılıb.

Bundan başqa, İstanbulda nəşr olunanDörd dördlük” almanaxı Əlabbas Bağırovun “Mərənd ölüsü”, “Gözəl”, “Şəhər”, “Gəlin” hekayələrini türkdilli oxuculara təqdim edib, “Təmrin” ədəbiyyat dərgisi isə yazıçının həyat və yaradıcılığına həsr olunan xüsusi buraxılış hazırlayıb.

Xatırladaq ki, əsərləri müxtəlif zamanlarda qırğız, qazax, özbək, rus, ingilis, farsgürcü dillərinə tərcümə olunan Əlabbas Bağırovun yaradıcılığına son zamanlar Orta Asiya ölkələrində də maraq artıb. Tanınmış nasirlər Aydarbek Sarmanbetovun, Abdımomun Kalbayevin, şair-tərcüməçi və ədəbiyyatşünas Akif Azalpın sayəsində özbək, qırğız və qazax oxucuları yazıçımızın hekayələri ilə doğma dillərində tanış olmaq imkanı əldə ediblər.

Hazırda Akif Azalp yazıçının “Köhnə kişipovestini özbək, Əbdülqadir Özkan isə irihəcmli “Qiyamçı” romanını Anadolu türkcəsinə tərcümə edirlər.

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 yanvar.- S.19.