Dünyanın hər üzünü
görən,
qalib çıxan dostum
Ədəbiyyatımıza, mədəniyyətimizə, mənəvi
dəyərlərimizə vicdanla
xidmət edən ziyalılarımızdan söz
düşəndə yada
ilk gələnlərdən biri də Ayaz
Vəfalı olur.
Ayaz Vəfalı Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən kimi "Ədəbiyyat və incəsənət" qəzetində
işə başlayıb
və burada baş redaktor vəzifəsinə qədər
yüksəlib. Altmış ildən çox hər sayını intizarla gözlədiyimiz
"Ədəbiyyat qəzeti"ndə
işləyib.
Şair-alim, Əməkdar incəsənət
xadimi, mətbuatımızın
klassiklərindən biri
Ayaz Vəfalı səssiz-küysüz vəzifə
borcunu yerinə yetirən, ömrünü
"Ədəbiyyat qəzeti"nə
həsr edən, qəzetin arzuolunan səviyyədə çıxmasında
şəksiz xidmətləri
olan, mənəviyyatca
saf insan kimi yaddaşıma həkk olunub.
Mən Ayaz Vəfalı qədər dəyanətli,
səbirli, dözümlü
az adam
tanıyıram.
İkinci Dünya müharibəsində
atası almanlara əsir düşmüş
və sonralar Türkiyəyə mühacirət
etmişdir. Ayaz müəllim buna
görə çox sıxıntı keçirirdi,
üçqat ehtiyatlı
davranırdı. Onun ədəbiyyatımıza
vicdanla xidmət etməsi xeyirxah adamların diqqətindən
yayınmamışdır. Ayaz müəllimin həyatında gözlənilməz
hadisə baş verdi. Mərkəzi Komitənin şöbə
müdiri Teymur Əliyevin (Teymur Elçin - Q.P.) məsləhəti
və zəhməti ilə Ayaz Cəfərovu
Partiyaya götürmüşdülər.
Göründüyü kimi, dünya heç vaxt yaxşı kişilərdən
xali olmur.
Ayaz müəllim
halal adamdır. Sevimli şairimiz Qabilin sözləri heç vaxt yadımdan çıxmır: "Ayaz
Vəfalı qələmlə
külüng çalır".
Bilənlər bilir ki, Ayaz
müəllim sözünə
düz, əqidəsinə
sadiq, dostluqda vəfalıdır.
Gənclik illərindən Ayaz Cəfərovun "Vəfalı"
təxəllüsünü götürməsi ötəri
hissin deyil, çox mətləblərdən
söz açan möhkəm əqidənin
məhsulu olub. Ayaz Vəfalı
çoxsahəli yaradıcılığı
ilə - istər şair, istər ədəbiyyatşünas, istər
tərcüməçi kimi
"Vəfalı" təxəllüsünü
60 ildən çoxdur
ki, saxlamış və doğrultmuşdur.
İndi onun təxəllüs və ya soyadı
olduğunu seçmək
olmur.
Ayaz Vəfalı
həyatı vicdanla, ləyaqətlə yaşayan
adamlardandır. Ömrünü mətbuatda, ədəbiyyatşünaslıq
elmimizə, folklora, poeziyaya həsr edib. O, folklorşünaslıq
elmimizə yenilik gətirən tədqiqatçılardandır.
Alimin
"Füzuli və folklor" namizədlik dissertasiyası ona Azərbaycanda və İraqda şan-şöhrət
gətirdi. Onun "Füzuli
öyrədir" və
"Füzuli xəlqiliyi"
çoxlarının stolüstü
kitabına çevrildi.
Ayaz Vəfalının
tərcüməçi kimi
fəaliyyəti orijinala
sədaqəti, elmi-bədii
çəkisi ilə
seçilir. Əlişir Nəvaidən etdiyi
tərcümələr, xüsusən
də şairin "Leyli və Məcnun"
poemasının tərcüməsi
mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir.
Şair Taras Şevçenkonun
"Kor qadın" poemasını, Aleksandr Çakovskinin "Qələbə"
romanını (I kitab),
Lesla Ukrainka, Konstantin
Simonov və başqalarının
əsərlərini dilimizə
çevirmişdir.
Uzun illərin
dostu Ayaz Vəfalı hazırda çoxdan arzuladığımız
xatirələr kitabını
yazır.
Aprelin 1-i dostum
Ayaz Vəfalının
85 yaşı tamam oldu. Arzu edirəm, bundan
sonra da büdrəmədən irəliləsin.
Biz də ondan
nümunə götürərək
arxasınca gələk.
Qəzənfər
PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.11.