Belədir həyat
Yaxşılar doymadı yaxşılığından,
Yamanın əməli tükənmədi
heç.
Paxıllıq içində yaşayan
insan
Özünə bir ev
də tikəmmədi
heç.
Saflıqdan yoğrulan sadə
insanın
Üzündə işığı sərvəti
oldu.
Nəyi
olmasa da nurlu adamın
İmanı, insafı, mürvəti oldu.
Yalançı təriflər tər
tökdürəndə
Yumduq gözümüzü
bu məddahlığa.
Adam var tələsir adam sancmağa,
Adam var tələsir
xeyirxahlığa.
Belədir, əzəldən belədir
həyat,
İblis də, mələk də qoşadır, qardaş.
Yaxşı ki, gecənin sonu səhərdir,
Dünyanı mələklər yaşadır,
qardaş.
7 dekabr 2021
Yaralı qəlbimə bir
çarəmi var
Nakam Orxanımı düşündükcə
Adın
çağrılanda dönüb
baxıram,
Yoxluğun yadımdan çıxır
bir anlıq.
Yanıb
kül oluram, sönüb baxıram,
Qaralan gözümə
dolur qaranlıq.
Bu "uzaq səfərə" gedəndən sonra
Bir gün dönəcəksən hələ
sanıram.
Nə deyim, ay oğul, mən səndən sonra
Qalıb
yaşamağa çox
utanıram...
Yaralı
qəlbimə bir çarəmi var,
Dərdin ümmanında batan neyləsin?
Dünyada mənimtək biçarəmi
var,
Axı mən atayam - atan neyləsin?
Bəzən çağrılmamış qonaqtək gəlir,
Bəzən çağırsan da ölüm gəlməyir.
Əkdiyin ağaclar meyvə
gətirir,
Onu da dərməyə əlim gəlməyir.
Keçmiş söyləyimmi keçən
zamana?
Qalıb qulağımda şaqraq səsindən.
Haçandır zəng çatmır
telefonuna -
Uzaqsan əhatə dairəsindən...
25 dekabr 2021
Demə ki, sondur
Hər kəsə getməyə bir yol verilib,
Bugünün dünəndən izlənməyi
var.
Gördüyün var isə, görünməz də var,
Nəyinsə hardasa gizlənməyi var.
Fələk dediyinlə kim aşinadır?
Verdiyi mükafat
göz yaşınadır.
Sevinc qəm önündə təkbaşınadır,
Dərdin qoşun kimi düzlənməyi var.
Demə
ki, bu sondur,
yoxdur əlacım,
Demə
çarəsizəm, kimə
əl açım...
Qışda yarpağını tökən
ağacın
Yazın nəfəsiylə süslənməyi
var.
Doğulan günü yox boğulan səsin,
Şükr elə Tanrıya gəlir nəfəsin.
İnsana
insanca yovuşan kəsin
Haqqın kölgəsində bəslənməyi
var.
Ay Adil, nə düz
var, nə yanlış qalmış,
Yaxşı ki, bir-iki dost-tanış qalmış.
Uçrumdan uçmağa bir
qarış qalmış
"Dur!" deyən
ümidin səslənməyi
var.
13 mart 2022
Qara qutu
Qəzadan sonra oxunan
alın yazısı,
yarımçıq yolun yazısı.
...Vurulanda vertalyot
təzəcə başlamışdı
Qarabağın davası.
Unutmayın Laçını,
xatırlayın Texası.
Qara qutu -
fəryadın fonotekası.
Qara qutu -
səs arxivində
həyatın süqutu,
gərəksiz yerə
nəyinsə sübutu...
Qara qutu -
Vaxtsız ölümlərin nekroloqu,
sonun proloqu.
15 mart 2022
Həyatın acıyıq
Hərdən gözümdə
kiçilir dünya
olur bir damla boyda -
Oğlumun son nəfəsdə
Kipriyində donub qalmış
bir damla göz yaşı kimi.
Hərdən gözümdə
böyüyür dünya
nəvələrimin işıqlı
gözündəki
sonsuz üfüqlərin
yaddaşı kimi.
Ax, bu dünya, bu dünya,
yaşamağa qoymasa da
ölməyə də qoymur.
Həyatın acıyıq -
ac qalmaqdan insan doymur...
18 fevral 2022
Qardaş savaşı
Rusiya-Ukrayna müharibəsini
izləyərkən
Bu savaşda qalib yoxdur,
bu savaş qardaş savaşı.
Bütün dünya yalvarsa
da
"Qardaş, dayan, bir yavaşı"
xeyri yoxdur...
Beyin çönüb,
həyat sönüb
bu yerlərdə.
Eyni qanlı bir millətin
qanı axır,
dünya baxır...
İnanmıram nəfsin gücü
Ruha qalib gələ bilsin.
İnanmıram bir millətin
yurd sevgisi ölə bilsin.
Ölən böyük şəhərlərdir,
Ölən qara səhərlərdir.
Ümid-viran ev ki deyil,
Güllələnən - sevgi deyil.
Bu xalqın ruhu döyüşür,
Məğlub olur nəfsin gücü -
Öz başını kəsməkdədir
İndi
nəfsin öz ülgücü...
15 mart 2022
Nə çəkirəm
Zalım
dünya, qəm qoxuyan
Nəşən bilər nə çəkirəm.
Nə dərdlilər xəbər
tutar,
Nə şən
bilər nə çəkirəm.
Fələk daim öz ovunda,
Qəm saçımın
qırovunda.
Ayrılığın alovunda
Bişən bilər nə çəkirəm.
Adil Cəmil, qalxma zilə
Nə qalıb
ki, son mənzilə.
Tərəqqidən tənəzzülə
Düşən bilər nə çəkirəm.
17 mart 2022
Gəlib, keçib
Səndən ayrılandan, ay ulu
dağlar,
Demə ki, günlərim xoş gəlib, keçib.
Sanki bir qərinə yaşamamışam,
Aylarım, illərim boş gəlib, keçib.
Ayağım dəyməyib yal-yamacına,
Uzaqdan baxmışam
bəyaz tacına.
Gör necə bənzəyir saçım "saçına"
-
Mənim də üstümdən qış gəlib, keçib.
Həsrətdən yanmışdım odsuz-ocaqsız,
Nə yaxşı salamat, nə yaxşı sağsız!
Adili çox çətin tanıyacaqsız -
Siz görən
deyiləm, yaş gəlib, keçib.
28 mart 2022
Hər alında bir yazı
Fərqanə Mehdiyevanın
ruhuna ehtiramla
Yumruq boyda ürəyə
Sığışmayırdı sözün.
Ağrılara ağ olan
Hardan idi bu dözüm?!
Hər alında bir yazı,
Hər ömrün
bir sahili.
Sənsiz
quruyur Xəzər,
Su tapmır Kür
sahili.
Sən gələn hər bəlaya
Sipər etdim ruhunu.
Yat, bacım, doyunca yat
Cənnətdəki yuxunu...
Misra-misra
közərib
Yaşayırsan, biləsən.
Səni
xatırlayanlar
Ölməyib ki, öləsən...
2 mart 2021
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.13.