Daş bitik
Türk əsrinin daş
yuxuları
1.
Öncə söz varıydı Tanrıda
2.
Qop dedi Tanrı
3. və
söz qopdu
4.
adam oğluna gəldi
5. qob oldu, qobuz oldu
6. öncə yalvaclar, sonra qobzarlar doğuldu
7. qobuz çalıb, qıbız içib goplanan qobzarlar Qobi boylarından dünyanın bağrına söz qobzadılar.
8. ..........................................................
9. yürüklərlə yürüşlərdə yürüdülər
10. qobuya, Qobustana gəldilər
11. ov ovladılar, toy toyladılar
12. Acuna aşiq oldular, adam
oğluna işıq oldular
13. od oldular
odladılar, qut oldular qutladılar
14. qara əcəl
mələyinin biləyini
qatladılar
15. Tanrı təkər hərləyəndə, əcəl
gəlib faniləri dərləyəndə, ucalar
daşa döndülər
16. ...arı ruhlar uçdu getdi, tənləri yerə gömdülər
17. Daş kitaba cızılanlar ölümsüz
yazı oldular
18. Tanrı elində dünya durduqca durdular
19. onların səsini
daş bitiklərdən
qopardım mən
20. qardaşım qalxar-qopar igidlər oxusun, dursun və qurtulsun
21. Göy altında Tanrı elim, yer üstündə əbədi dur
***
1. Göylə yerin arasında Ay-Atam la Ay-Aba dan törədim
2. törük dedi Atam oğlu
(adına)
3. tur ol, durduqca dur dedi
(Tanrı)
4. ...qut verdi,
yol göstərən
qurd verdi
5. ana kahanı
verdi
6. qızıl almalı bağı verdi
7. ..........................................................
8 ...Avamı ilan aldatdı
9. qızıl almamızı çaldı,
qutumuzu aldı
10. O nun qəzəbinə gəldi
(Atam və Ava)
11. ölümünü gəzə-gəzə dur
- dedi
12. qapıları bağladı, bağları
qırdı
13. Get, tapanda dön - dedi
14. ..........................................................
15. ...getdilər. Uçmağı
itirdilər
16. Yer-Su nun elinə gəldilər
17. yaşadılar, törədilər... törələr
aldılar
18. qızıl almalarını axtardılar
19. dünya boyu
axtardılar, uyqularda axtardılar, axtardıqca savaşdılar
20. savaş alın
yazımızdır
21. Bil, Yazı pozulmaz
***
1. Səcdən yazılardadır
2. Yazı yaşadıqca sən də yaşayacaqsan
3. sən var
olduqca Yazı lar da var
olacaq.
4.
..........................................................
5. Yaza doğru gedən yaz budunu...
6. ...ürəyinin oduna yazdı
7. Duran səltənəti qur dedi
8. Türk ol, durduqca
dur dedi
9. Ölməzliyin nizamında,
nizamın Yazıdadı
10. Törə dedi adına
11. törəyib törənlə yaşa dedi.
12. Türk Törəlidir, Törə əbədi
13. bil, Yazı
pozulmaz
14. Göy çökməsə,
Yer batmasa
15 ...Quran
gələcək
16. qutunu tut, qur
və qurtul.
***
1. Ata, çin aş ijəsi
2. Yerin, Göyün yiyəsi
3. bir və
turan
4. yoxdan dirilik
quran
5. doğmayan doğulmayan
(Tanrı)
6. duamızı al, suçumuzu sil
7. odunda isit,
qutunda usla
8. arı bil
bizi, ermişlər yoluna yönəlt
9. Yalnız sənə güvənir, yalnız səndən umuruq
***
1. göy altında
Tanrı eli, yer üstündə əbədi yurd, qılavuzun masmavi Qurd
2. ...yoxdan var elədi
alan və
qaytaran Tanrı
3. törətdi və tur verdi
4. ...ora suç yuyulan yerdi
5. ..........................................................
6. tör ağacı
dövrəsində gənəş
qurdu turlar
7. Göydən ün aldılar, Yasa yazdılar
8. Yasa "Yazı"dandı,
"Yazı" Tanrıdan
9. ...Tur dağında aldı Yazıları
10. Onu od şəklində gördü
11. Yazılar gil lövhələrdəydi
12. Törə dedi adına
13. törə və
törənlə yaşa
dedi
14. ...turlar tör başına gənəşə
gəldi
15. (artıq) Türk
törəlidir Törə
əbədi - dedi
16. alqışlar oxudu doqquz Baqa
Tur
17. səkkiz min kainatda ən qara O dur
18. ...Türk uduq Sub-Yeri... dünya isti buğa qanıyla aydınlananda ertə dan gözündən
işıq tökülər
19. tör ağacı
dövrəsində
20. torların duaları
açar göyün
qapılarını
21. qanadlı qayıqlar
gələr
22. dağ boyda
məbədlərə axar
ün
23. ən perin
torun duasını göndərər tor ağacı
Tanrı dərgahına
24. Qorun oğlu gəlir uçan qayıqlarda
25. yer üzünü
isidənin oğlu odur
26. Asar is və İs torun oğlu
odur
27. gəlir duaların
çağırışına
28. yurd dara
düşəndə Qurd
kimi gəlir
29. öncə Qorun
qutu sonra Qor oğlu
***
1. Sevdik savaşın dadını qız kimi sevdik qımız
kimi sevdik
2. öldük və ölümə tamarzı qaldıq, qazandıqca qazandıq, heç yerdə toxdamadıq
3. sonsuzluğa kəmənd atdıq, zəfərlərdən qübbə
çatdıq yenə
dinclik bulamadıq
4. savaş var,
ölməz bir savaş var, dinclik uyqulardadır
5. yaddaşımızda yatır bu savaş,
qanımızda yatır
bu savaş, ruhumuzda yatır bu savaş
6. ölməz sevda kimi yatır
7. bu savaş
bitən yerdə hər şey bitəcək
8. bu savaş
bitən yerdə köləlik başlayacaq
9. biz gedirik, sonuncu
savaşımıza doğru
gedirik
10. yollar uzandıqca
gedirik, dünya durduqca gedirik
11. bu hərəkət
üstündə durur
dünya, bu nizam üstündə durur
12. hərəkətin nizamı var olduqca varlıq da var olacaq
13. Tanrı nizamıdır bu nizam
14. dan gözünün
allığında aydınlanan
Qızıl Alma sevdasıdır
bu nizam
15. göydən gələn göy yalmanlı atlar kimi ölməz sevdamıza doğru uçur ruhumuz
16. vəcdə gəldik bu sevdadan qan iyindən
duyğulanan kimi duyğulandıq.
17. əbədi bir çağırışla
bizi haraylayan yolların sonuna doğru getdik
18. kəsilmiş türk başları toxum kimi torpağa
töküldü
19. türk xatunlarının
göz yaşları suvardı torpağı
20. tümən-tümən ərənlərin
cansız bədənlərindən
hamilə (qalan) torpaq tarix doğdu
21. atlarımızın nal izləriylə yazdıq bu tarixi qayaların yaddaşına
22. göy altında
Tanrı elim Yer üstündə əbədi dur
23. ..........................................................
***
1. Yer yox ikən,
göy yox ikən birəm-birəm zərrələri
sapa düzüb nizam qoyan əbədi
Ruh
2. yol ver Tanrı, yön ver Tanrı aydınlığa
3. əmrə suvar
dalğaların dayanmayan
cəng yürüşü
üfüqlərin çuxasını
qızıl qana boyayır
4. göydən sallanan asma pilləkənlərlə
enən işıq ərənləri axınların
nənnisində sərin-sərin
qıyya çəkir
5. yanır yanğılı
sular
6. havanın işıqsız
sükutu yanır
7. yanğılardan yana yaratdığına yan vermədi Tanrı
8. nur zülmətin
batinində, zülmət
nurun gözündədir
9. hər günəşdə
bir dəniz var
10. hər dənizdən
atəş doğar
11. ..........................................................
12. Qor dedi adına qurduğuna qoruq qoydu
13. Qor qoruyur bu
qurumu, Qor qoruyur bu nizamı
14. od və
suyu öpüşdürür
15. od və
suyun öpüşündən
doğdu yaşam
16. Ay Atamdan və Ay Anamdan doğdu
17. savaş var,
ölməz bir savaş
18. dinclik Tanrı
dərgahındadır
19. ...yalnız Ona güvənir Ondan umuruq
***
1. Axın axın dalğa dalğa dağ kimi ərlər,
yatmış yolları
yeldən yüyürək
atlarının nallarıyla
şumladı
2. qılıncların qəzəbini yolumuza çıxanların təpəsinə
nalladıq
3. qəzəbimiz qan rəngində qəzəbimiz qıpqırmızı
4. almamızı axtarırıq görklü
qızıl almamızı
5. ..........................................................
6. uyqusunda Anam
Umaydan aldı almasını Elxan Bumın
7. qurd ol,
yurd qur dedi
8. diz
qoyana rəhmli ol, qoymayanı çökdür - dedi
9. qurdbaşlı mavi bayraqların kölgəsində yaşatdığın
sanı həmişə
xatırla
10. Tanrını tanı, törəni bil, bilməyənlər bizdən
deyil
11. Göy altında daimidir Əbədi El
12. Göy çökməsə
yer batmasa türk törəsi pozulmaz
13. Gündoğandan günbatana
fəthini bul, durma qəti
14. Türklər törəlidir,
Törə əbədi
15. ...türk budunu çakın çakdı
göy altında susqunluğa
16. qurbanlıq buğaların
al qanıyla aydınlandı
gündoğan
17. süngüləşmək
həvəsindən tuğ
durğuzan sün çalxandı
18. dəmir təpikli
atların dalğası
dəmir qurğuları
aşdı
19. Sarı əjdərhanın
əzəmətli orduları
qasqırların qarşısında
diz qoydular
20. Məngü (Əbədi) El törəsini
qayalara həkk elədi
21. Ay Atamın, Ay Avanın kahasında qutladılar
22. Aşinanın oğulları
göy altında el qurdular
23. türk bəylərin
bayraqları boy-boy artdı,
böyüdü
24. İranın şahları
taxt-tacsız oldu
25. Urum vuruşmadı, urvadsız oldu
26. Qobzarlar gəldilər qobuz çaldılar
27. Şölənlər verdilər,
soy soyladılar, boy boyladılar
28. Turan eli qurmaq üçün Quran gələcək
- dedi ulular
29. Göy altında Tanrı eli,
Yer üstündə əbədi dur.
Elxan Zal QARAXANLI
Ədəbiyyat qəzeti.- 2022.-
2 aprel.- S.21.