Şirindil Alışanlının “Sözün yaşamaq
haqqı” kitabı işıq üzü
görüb
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının
“Sözün yaşamaq
haqqı” kitabı işıq üzü görüb.
Kitabın redaktoru filologiya
elmləri doktoru, professor Qorxmaz Quliyevdir.
Nəşrə müəllifin son illər
apardığı tədqiqatların
yekunu olan, XX əsr Azərbaycan ədəbi gedişatının
ideya-estetik mahiyyətini
özündə ehtiva
edən əsərləri
toplanıb. Müxtəlif mətbuat orqanlarına
verilmiş müsahibələrdə
müasir tənqid və ədəbiyyatşünaslığın
nəzəri-metodoloji problemləri
dövriyyəyə gətirilir.
Vəsaitdə “Səməd Vurğun
sənəti müasir
ədəbi-ictimai reallıqlar
kontekstində”, “Cəfər
Cabbarlı sənəti
zamanın və sənətin sınağında”,
“XX əsr ədəbiyyatının
Mir Cəlal fenomeni”, “Nizami Gəncəvi poeziyası Mir Cəlalın
nəzəri şərhində”,
“Klassikləri oxumağın
Həmid Araslı dərsləri” və başqa tədqiqatlar yer alıb.
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.31.