Yazın ilk “Ulduz"u

 

Dərginin sözügedən nömrəsi Şamil Ənvəroğlunun özüylə söhbəti esseləri ilə açılır. "Şeir vaxtı"nda Allahşükür Ağa, Aysel Xanlarqızı Səfərli, Aysel Fikrət kimi yazarların şeirləri, "Nəsr"də isə Günel Natiq, Məmməd Məmmədli, Furqan, Zəhra Namazlı Tağı Türkün hekayələri təqdim edilir.

Filologiya elmləri doktoru Cəlal Məmmədovun tərtib tərcümə etdiyiQısa fikirlər xəzinəsi”ni bu dəfə Jül Renar, Bertran Rassel, Rey Bredberi, Ali İzzətbeqoviç Karlos Kastanedanın kəlamları bəzəyir.

Zahid Avşarın uşaq şeirləri jurnalınBöyükdən uşağabölümündə yer alıb.

"Tərcümə saatı"nda Fərid Hüseynin tərcüməsində serbiyalı Nina Simiç Paniçin, Əkbər Qoşalının uyğunlaşdırmasında Özbəkistan şairi Qeyrət Məcidin şeirləri, eləcə Kamran Nəzirlinin tərcüməsində Pakistan yazıçısı Məhəmməd Zahid Rifatın "Zahid" hekayəsi yer alıb. "Yazı masası"nın budəfəki qonağı şair Qəşəm Nəcəfzadədir. Namiq Hacıheydərlinin "Turanın başkəndi-Ötükən" başlıqlı araşdırma yazısı Hun İmperiyasının Göytürk dövlətinin paytaxtı olmuş eyniadlı tarixi şəhərdən bəhs edir.

Bundan əlavə, oxucular "Debüt" rubrikasında gənc yazarlar Fatehin Fuad Novruzlunun şeirləri ilə, eləcə Maya İmranın "Dəli" hekayəsi ilə tanış olacaqlar. Tənqidçi Vaqif Yusiflinin "Qayıdış" başlıqlı yazısı şairə Nübar Eldarqızının yaradıcılığına işıq tutur. Tural Cəfərlinin "Esse" rubrikasında yer almış yazısında isə şair Elçin İsgəndərzadənin yaradıcılığına nəzər salınır. Dramaturq Əli Əmirli ənənəvi "Ustad dərsləri"nin VI mövzusunu belə adlandırıb: "Yaxşı pyes, yaxşı dialoqlardan ibarətdir". Nadir Yalçının "Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliğinə mühüm töhfə" başlıqlı yazısı Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin böyük ədibə həsr edilmiş "Əbədiyyət yolçusu" adlı kitabının təqdimat mərasimindən bəhs edir.

"Dərgidə kitab" rubrikasında Seyfəddin Hüseynlinin esseləri, "Dərgidə sərgi" rubrikasında isə gənc rəssam Tünzalə Sadıq qızının rəsmləri yer alıb.

 

 Ədəbiyyat qəzeti.- 2022.- 2 aprel.- S.32