RUSLAR ÖZ TANKINI NİYƏ VURDU

 

(hekayə)

 

Ukraynalı üç qız əllərində bayraq, ölümlə üz-üzə –yolun ortasında dayanmışdılar. Birdən qarşıda rusların "Tiqr” tankı göründü. Qızlar bir-birinə qısıldı. Tank gəlib lüləsini qızların başı üstə saxladı. Dörd tankçı yerə atıldı:

Kimsiniz, yolu niyə kəsmisiniz?! – Qışqırışdılar.

Biz Ukraynayıq!

Bizböyük Rusiyayıq!

–Niyə "böyük”?!

Çünki biz güclüyük!

–Deməli, güclü gücsüzə hücum eləməlidir?!

Biz hücum eləməmişik!

–Bəs burda neyləyirsiniz?!

Bəs siz?!

Bura bizim vətənimizdir!

Qorxmursunuz bizdən?!

–Biz heç bu günümüzdən, sabahımızdan qorxmuruq!

–Bu gün-sabah nədi?!

–Bu günhəyatdı, sabahölüm!

Qoçaq qızlara oxşayırsınız! Adınız nədi?

MənMariopolam!

Mənİzyumam!

Mən Ravno!

Qəribə adlarınız var. – Bir əsgər qaşlarını çatdı.

O biri isə:

Şəhər adlarıdı ki, bunlar!

Xeyr...

Mariopol, İzyum, Ravno... məgər şəhər adları deyil?!

Xeyr!

Bəs nədi?!

–Bu adların baş hərflərini yan-yana qoyun.

–MİR?! – Rus əsgərləri bərələ gözlərlə bir-birinə baxdı.

Bəli, "MİR”, yəni "Sülh”?! – Günəş, Torpaq, Hava, Su... – Qızlar hünərlə cavab verdi.

Əsgərlər sakitcə dilləndi:

–Biz isə "Müharibə”yik!

Deməli, sizə Günəş, Torpaq, Hava, Su lazım deyil!

Niyə lazım deyil?!

Axı siz "Müharibə”siniz!

olsun ki, "Müharibə”yik?!

Baxın, – qızlar yolun qırağında düşüb qalmış rus əsgərlərinin meyitlərini göstərdilər, –Bunlar da dünənə qədər "Müharibəidi. Artıq sükutdular. İndi Torpaq lazımdı bunlara, Günəş lazımdı, Hava, Su. Heç bunlar da sizin böyük Rusiyanıza lazım deyil!

Niyə lazım deyil?!

Lazım olsaydı burda atılıb qalmazdılar ki.

Rus əsgərləri bu dəfə fikirli-fikirli bir-birinə baxdılar...

Bilirsiniz, qədər meyitləriniz küçələrin ortasında, çöllərin düzündə qalıb?! – Qızlar sözlərinə davam elədi. – Sabah siz bunlardan biri olacaqsınız!

Niyə?!

Axı siz "Müharibə”siniz!

Rus əsgərləri birdən komanda verilmiş kimi, dönüb tanka sıçradılar. Bir əsgər cəld kitelini soyundu, əy­nin­dəki köynəyi çıxardıb, keçirtdi tankın lüləsinə:

–Biz Sülh istəyirik!

Qızlar fərəhlə qışqırdı:

Yaşasın Sülh!

Rus əsgərləri sevinclə qışqırdı:

Yaşasın Sülh!

Qızlar əllərindəki bayrağı bir az da yuxarı qaldırdılar:

Slava Ukraina!

Rus əsgərləri onlara qoşuldu:

Slava Ukraina!

Tank nəriltiylə geri çevrildi. Yüz addım getməmişdi ki, öz tankları ilə döş-döşə gəldi. Atəş açıldı. Qızlar baxdı ki, bayraq qaldıran rus tankı alışıb yanır.

 

18-22.03.2022

 

Qəşəm İSABƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.22.