Mustafa Çokayın "Yeni
Qafqasya"dakı bir
məqaləsi haqqında
Qazaxıstanda fəaliyyət göstərən
Beynəlxalq Türk Akademiyasında aprelin 8-də
Mustafa Çokayın həyat
və fəaliyyətinə
həsr olunmuş Beynəlxaq elmi konfrans keçirilmişdir. Konrfansda fil.e.d.
Abid Tahirli "Mustafa Çokayın
"Yeni Qafqasya"dakı
bir məqaləsi haqqında" adlı məruzə ilə çıxış etmişdir.
Çıxışı ixtisarla dərc
edirik.
Bolşevik rejimi və kommunist ideologiyasına qarşı amansız mücadilə aparan istiqlal aşiqi Mustafa Çokayın həyat və fəaliyyətinə
həsr olunmuş tədbirin təşkilatçılarını
və iştirakçılarını
salamlayır və çox aktual problemə həsr olunmuş konfransa uğurlar arzulayıram. Türkiyə Dəyanət Vəqfinin
"İslam Ensiklopediyası"nda
Mustafa Çokay haqqında
müfəssəl məqalə
verilmişdir. İstanbulda,
Almatıda, Parisdə,
Nyu-Yorkda, Düsseldorfda,
Moskvada əsərlərdə bu
böyük mücahidin
həyat və fəaliyyəti geniş işıqlandırılmışdır. Professor Darxan Xıdırəli
"Mustafa Çokayın həyatı,
yaradıcılığı və dünyagörüşü"
adlı dissertasiya yazmışdır. Bizim fədakar
tədqiqatçı Əli
Şamil Mustafa Çokay
haqqında dəyərli
əsər qələmə
almışdır. Bununla belə
hesab edirəm ki, istiqlal aşiqi
vətən və millət sevdalısı
Mustafa Çokayın həm
Vətəndəki, həm
də qürbətdəki
fəaliyyəti daha dərindən, dolğun və əhatəli araşdırılmalı və
dəyərləndirilməlidir.
Bolşevik rejiminin və kommunist ideologiyasının
qatı əleyhdarı
olan Mustafa Çokay Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılmasını dəstəkləyirdi
və onun yaxın dostu idi. Azərbaycan
Xalq Cümhuriyyəti
süquta uğradıqdan
sonra onun liderləri ilə sıx əlaqə saxlayan Mustafa Çokay XX əsrin 20-ci
illərinin əvvəllərində
İstanbulda nəşrə
başlayan Azərbaycan mühacir mətbu orqanları ilə yaxından əməkdaşlıq edir, Parisdə antisovet "Prometey" təşkilatının
yaradılmasında və
onun orqanı "Prometey" jurnalının
nəşrində fəal
iştirak edir. Özü mühacirət mətbuatının
parlaq nümunələrindən
birini yaradır.
Mustafa Çokayın irsi ideya, mövzu
və forma baxımından
diqqətəlayiq publisistika
örnəkləridir. Onun əsərlərinin
əsas ideyası, qayəsi Sovet rejiminin antibəşəri
mahiyyətini, kommunist
ideologiyasının çürüklüyünü
ifşa etmək, eyni zamanda türk
xalqlarının birliyinə
nail olmaqdır. Mustafa Çokayın publisistikası
zəngin faktlara, tarixi həqiqətlərə,
dərin təhlilə,
dəmir məntiqə
əsaslanır, inandırıcı
və düşündürücüdür.
Bu baxımdan onun
1923-cü il sentyabrın
26-da M.Ə.Rəsulzadənin rəhbərliyi
ilə İstanbulda
"Ədəbi, ictimai,
siyasi məcmuə"
kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə nəşrə başlayan,
5-il sonra - 1927-ci il oktyabrın 15-də sonuncu
- 95-ci nömrəsi buraxılan
Azərbaycan mətbuat
tarixinin ən şərəfli, döyüşkən
nümunələrindən "Yeni Qafqasya"nın 18 mart 1927-ci il
tarixli 11-12-ci nömrəsində
dərc etdirdiyi "Erməni məsələsində
rus siyasəti" adlı məqaləsi diqqəti çəkir.
Məqalə haqqında danışmazdan
əvvəl mühacirətdə
də ermənilərin
təbiətlərinə xas
fitnəkar, pozucu
və xəyanətkar
fəaliyyəti barədə
kiçik haşiyəyə
çıxmaq istərdim.
Qafqaz respublikalarının bolşeviklər
tərəfindən işğalından
sonra yaranan tarixi şərait Qafqaz mühacirlərini bir cəbhədə birləşməyə, bolşevizmə
qarşı müştərək
mübarizə aparmağa
sövq edirdi: ilk addım 1921-ci ildə atıldı: Parisdə Azərbaycan, Gürcüstan,
Ermənistan, Şimali
Qafqaz mühacirləri
birgə sənəd imzaladılar. 1928-ci ildə onlar Qafqaz İstiqlal Komitəsi (QİK) yaratdılar.
1934-cü ilin 14 iyulunda isə QİK-in Brüssel Konfransında iştirakçılar Qafqaz
Konfederasiyası Paktını
imzaladılar. Paktda
nəzərdə tutulan
məqsədə müvafiq
olaraq, 1935-ci il
fevralın 14-dən 25-dək davam edən konfransda Qafqaz Konfederasiyası Şurası
yaradıldı. Şura Qafqazın
gələcək taleyi
ilə bağlı vəzifələri müəyyənləşdirdi.
Şura Azərbaycan, Gürcüstan
və Şimali Qafqazın Milli təşkilatlarının nümayəndələrini
təmsil edirdi. Ermənistan mühacirləri növbəti
dəfə Qafqaz birliyi ideyasına xəyanət etdilər və şuraya qoşulmadılar. Qafqaz birliyi
bu diyarda yaşayan bütün xalqların həyati mənafeyinə uyğundur.
Lakin ermənilər Rusiyanın
və bölgədə
öz nüfuzunu saxlamaq istəyən digər dövlətlərin
yardımına, vədlərinə
uyaraq, bu birliyə aparan körpülərin demək
olar ki, hamısını yandırdılar.
Mustafa Çokayın yuxarıda
adını çəkdiyimiz
məqaləsində də erməniləri
tarix boyu şirin vədlərlə
aldadan və onların xislətlərinə
xas mənfur xüsusiyyətlərindən məharətlə
istifadə edən dövlətlərin, xüsusilə
Rusiyanın Qafqazda yeritdiyi çirkin siyasət konkret faktlarla hərtərəfli
təhlil olunur, ifşa edilir. Müəllif diplomatların yazışmalarına,
erməni emissarlarının
fəaliyyəti ilə
bağlı sənədlərə
istinad edərək həm Rusiyanın məkrli siyasətini bütün çılpaqlığı
ilə açıb göstərir, həm də xəstə təfəkkürlə özlərinə
saxta və uydurma tarix yaradan
ermənilərin xain,
hiyləgər və vəhşi təbiətə
malik olduqlarını
vurğulayır. Mustafa Çokay çar Rusiyası tərəfindən
muxtariyyət vədi ilə dəfələrlə
aldadılan və
"Türkiyəyə qarşı
üsyana sövq edilən" ermənilərin
ünvanına onlara layiq cümlə işlədir "...onların
nə qədər muzır, ziyanlı bir ünsür olduqları "damarlarında
dolaşan fitnəkar qan"lardan sezilir".
Məqalə maraqlı sonluqla, ritorik sualla bitir: "Erməniləri
"vəhşi və
fitnəkar qanları"
həqiqətdir, fəqət,
rus köylüsünü
məskunlaşdırmaq üçün
istila edilən yeni vilayətlərin alınması uğrunda axıdılmalıdırmı?".
Mustafa Çokayın bu gün də
aktuallığını zərrə
qədər itirməyən
məqalələri çoxdur
və onların bir qismini yuxarıda
qeyd etdiyimiz kimi, vaxtilə Azərbaycan mühacirət
mətbuatı orqanları
dərc etmişdir. Mustafa Çokayın və onun silahdaşlarının
irsinin dərin araşdırılması və
dəyərləndirilməsi mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan Türk Akademiyasının təşkil
etdiyi bu konfransı təqdir edirəm. Sağ olun!
Abid TAHİRLİ
Ədəbiyyat qəzeti.- 2022.-
9 aprel.- S.22.