Kamal Abdullanın “Unutmağa
kimsə
yox” romanı Təbrizdə çap olunub
Xalq yazıçısı
Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Təbrizdə çap olunub. Bu haqda kitabı
əski əlifbaya uyğunlaşdıran güneyli
soydaşımız, yazıçı-tərcüməçi
Elyar Polad məlumat
verib. O bildirib ki, roman “Həkim Nizami” nəşr evi tərəfindən oxuculara təqdim olunub.
Elyar Polad qeyd edib ki,
2014-cü ildə Kamal
Abdullanın “Sehrbazlar
dərəsi”, 2018-ci ildə
“Yarımçıq əlyazma”
romanları daTəbrizdə
işıq üzü
görüb.
Qeyd edək
ki, “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman “È íåêîãî çàáûòü…” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada “Õóäîæåñòâåííàÿ ëèòåðàòóðà” nəşriyyatında
“Ïîä ñåíüþ Êàðàãà÷à” kitabında
çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur “Bengü” nəşriyyatında işıq
üzü görüb.
Kolumb Hindistanı
axtarıb Amerikanı
kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin,
padşahların, sərkərdələrin
taleyini yox, bir sevgi məktubunu
deşifrə edir.
Paralel dünyalar,
möhtəşəm ahəng,
hadisələrin üfüqi,
Çiçəkli yazı…
bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.
Bu roman çap olunduqdan
sonra Azərbaycan ədəbi mühitində
geniş müzakirələrə
səbəb olub. Roman haqqında müxtəlif qəzet və internet saytlarda müzakirələr
aparılıb. Roman əsasında müəllifin
eyniadlı pyesi görkəmli rejissor Vaqif İbrahimoğlu tərəfindən Gənc
Tamaşaçılar Teatrında
səhnələşdirilib.
Ədəbiyyat qəzeti.- 2022.-
9 aprel.- S.10.