Elçinin Türkiyədə yeni kitabı

 

Xalq yazıçısı Elçin yaradıcılığı Türkiyədə ən çox nəşr edilən müasir yazıçılardan biridir. Onun "Mahmud və Məryəm", " dəvə", "Ölüm hökmü" kimi romanları, povest və hekayələri qardaş ölkədə dəfələrlə nəşr edilib.

Yazıçının pyesləri Ankara, İstanbul, Konya, Ərzurum teatrlarında tamaşaya qoyulubuğur qazanıb. Onun ssenarisi əsasında çəkilmiş "Mahmud və Məryəm" filmiteleviziya serialı yalnız Türkiyə və Azərbaycanda deyil, bir çox xarici ölkələrdə də maraqla izlənilib.

Bu günlərdə Türkiyənin çox nüfuzlu "İş Bankası Kültür Yayınları" nəşriyyatı Elçinin "Çingiz xanın daşları" adlı yeni kitabını nəşr edib.

Nəşriyyat müəllif hıqqındakı məlumatında Elçinin "ədəbiyyat tədqiqatçılarının "canlı klassik" olaraq müəyyənləşdirdiyini" yazır və onun əsərlərinin bir çox dillərə tərcümə edildiyini bildirir. Kitaba ədibin son illərdə yazdığı "Ağadadaşın kişi sözü", "Bu da bir cür həyatdır", "Lift" ("Çingiz xanın daşları"), "Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı", "Missiya", "İntihar" və digər hekayələri toplanıb. Hekayələri türkcəyə Azad Ağaoğlu çevirib. Qeyd etmək lazımdır ki, "İş Bankası Kültür Yayınları" bir müddət əvvəl Elçinin "Baş" romanını nəşr edib. Bu, həmin nəşriyyatın Azərbaycan ədəbiyyatına ilk müraciəti olub.

 

Ədəbiyyat qəzeti.- 2022.- 9 aprel.- S.10.