I Uşaq
Kitab Festivalı
- bir möcüzələr adası
Ədəbiyyatın vacib sahələrindən
biri olan uşaq ədəbiyyatı
daim yazıçı
və şairlərin
diqqətində olmuş,
bu sahəyə olan maraq, həvəs
onları bir-birindən
dəyərli əsərlər
yaratmağa sövq etmişdir. Bu, sevindirici
haldır. Çünki uşaqların ədəbiyyatı
elə böyüklərin
ədəbiyyatı deməkdir.
İnsanın bir şəxsiyyət kimi yetişməsi, cəmiyyət
və sosial mühit içində fərd olaraq öz sözünü deməyə müvəffəq
olmasının təməli elə uşaqlıqdan qoyulur. Təbii ki, bütün bu deyilənlərin mükəməl olması
üçün təlim,
tərbiyə işinin
təşkili ilə yanaşı mütaliə
də mühüm rol oynayır.
Uşaqları hələ kiçik yaşlarından kitaba həvəsləndirmək, onları
oxumağa alışdırmaq
labüd məsələdir.
Hələ 1658-ci ildə çex
maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün
fərqli və rəngarəng rəsmlərin
yer aldığı bir kitab nəşr
edir. Bu dövrdə Qrimm
qardaşlarına məxsus
nağıllar kitabının
nəşri də maraqlı hadisələrdən
biridir. Hətta XVIII əsrdə uşaqlara öz zövqlərinə görə
kitab seçmək imkanı yaranmağa başlayır. 1719-cu ildə
D.Defo və C.Sviftin böyüklər
üçün yazdıqları
"Robinzon Kruzo" və "Qulliverin səhayəti" romanları
uşaqların maraqla
mütailə etdiyi əsərlərdəndir. Maraqlı rəsmlərlə
birlikdə uşaq ədəbiyyatı yazmaqda
müəlliflərin məqsədi
uşaqların intellektual
inkişafında kitabların
rolunu artırmaq, kitaba sevgi aşılamaq,
kitab mədəniyyətinə
diqqət yaratmaq idi. Məhz buna görə çoxları XIX əsri
uşaq kitabının
"Qızıl dövrü" hesab
edirdilər.
Əsrin
əvvəllərində görkəmli
Firidun bəy Köçərli, Mirzə
Ələkbər Sabir,
Üzeyir bəy Hacıbəyli, Soltan Məcid Qənizadə,
Abdulla Şaiq, Cəlil
Məmmədquluzadə və
başqa maarifpərvər
ziyalılarımız yaradıcılıqlarında
uşaq ədəbiyyatına
yer ayırmış,
nağıllar, şeirlər,
təmsillər yazmışlar.
Təkcə şeir, nağıl
deyil, hesab, həndəsə, təbiət,
təbabət və başqa kitablar da yazaraq dərs
vəsaitləri tərtib
etmişlər. Millətin
tərəqqisinin uşaqların
bilikli və savadlı, elmli, dünyagörüşlü olmasından
başladığını, bunun da yalnız kitablar vasitəsilə mümkün olduğunu bilən ziyalılar təkrarolunmazdır. Görkəmli ziyalılar uşaq ədəbiyyatı ilə
özfəaliyyət formasında
məşğul olmamış,
xalqımızın tarixini,
soy-kökünü, dəyər
və ənənələrini
nəzərə alaraq
gələcək nəsillər
üçün ədəbiyyat
yaratmışlar.
İnformasiya dövründə yaşadığımızdan
çağdaş dövrdə
uşaqlar daha çox kompüterlə maraqlanır, sosial şəbəkələr vasitəsilə
müxtəlif informasiyanı
mənimsəyirlər. Video oyunlar, televiziya - bir sözlə bütün bunlarla əhatə olunan uşaqları artıq küçədə dostlarıyla
oynayan görmək, əlində kitab oxuyan bir uşaqla
qarşılaşmaq bizə
təəccüblü gəlir. Məhz bu səbəblərdən
uşaqları kitab oxumağa cəlb etmək üçün bəzi tədbirlər həyata keçirmək vacib amildir.
Danimarkalı uşaq yazarı Hans Xristian Andersenin (1805-1875) doğum günü 2 aprelə təsadüf edir. Bu münasibətlə
1967-ci ildə Beynəlxalq
Uşaq Kitabları Şurası tərəfindən
təsis edilən Uşaq Kitabı Günü bütün dünyada uşaqların kitab bayramı kimi qeyd olunur.
Bu zaman fərqli
viktorinalar keçirilir,
məşhur nağıl
qəhrəmanları (Qulliver,
Çirkin ördək
balası, Çəkməli
pişik, Zoluşka və s.) uşaqlara baş çəkməyə
gəlir, onlara nağıl kitabları verirlər. Bu cür maarifləndirici işlərdə nəşriyyatlar
xüsusi fəallığı
ilə seçilirlər.
Ötən həftə, yəni Aprel ayının
2-3-ündə ölkəmizdə Azərbaycan Nəşriyyatları
Assosasiyası İctimai
Birliyinin təşkilatçılığı
ilə I Uşaq Kitab Festivalı keçirildi. Sanki əsl möcüzələr
adasına düşmüşdük.
Sərgidə xeyli sayda nəşriyyatların kitabları
yer alırdı.
"TEAS Press" nəşriyyat evi nəzdində "Üç alma" uşaq
bölməsi, "Tutu" nəşriyyatı, "Hədəf",
"Xan", "Altun",
"Qələm", "Ağıllı bala",
"Mimta", "Libra" və "Qədim Qala", "Simurq",
"Çinar", "Dəyər,
"Güvən" və
s. uşaq kitablarının
və dərsliklərinin
çapı ilə məşğul olan təqribən iyirmiyə yaxın nəşriyyat öz kitablarını nümayiş etdirmək naminə müxtəlif yerlərdə stendlər qoymuş, bu nəşriyyat nümayəndələri
həm qiymətdə
endirimlər etməklə,
həm də yüksək səviyyədə
təqdimetmə vasitəsilə
uşaqlarda, valideyinlərdə
kitablara maraq oyatmağa çalışmışdılar.
Bundan başqa, uşaqlar üçün ayrılmış
guşədə qoyulmuş
boyalar onların fərqli heykəlləri rəngləməsi üçün
nəzərdə tutulmuşdu.
Bu, uşaqların rəsm
bacarıqlarının inkişaf
etdirilməsi ilə yanaşı onlarda estetik zövqün formalaşdırılmasına yardımçı
ola biləcək
bir amildir.
Tədbirin giriş qapısında uşaqların sevimlisi olan klounlar onları
qarşılayırdı. Qələbəlik
olan bu sərgidə
hər şey uşaqlar üçün
düşünülmüşdü: kitabların düzülüşü,
səhnə tərtibatı,
uşaqlar üçün
hazırlanmış içki
və qida məhsulları və s.
Valideynlər və uşaqlar böyük şövq və həvəslə kitabları nəzərdən
keçirir, onlara maraqlı olanları seçərək alırdılar.
Tədbirdə uşaqlarla yazıçıların
canlı təmasının
qurulması da düşünülmüşdü. Zahid Xəlil, Şəmil Sadiq, Rafiq Yusifoğlu,
Rəfiqə Qasımova,
Şəhla Qəmbərova,
Səlim Babullaoğlu,
İlqar Fəhmi və başqaları həm açılış
günü, həm də növbəti gün tədbirdə iştirak etmiş, balacalarla səmimi ünsiyyət qurmuş, onlarla yaxından təmasda olmuşlar. Bu addım uşaqlar
üçün çox
faydalıdır. Belə ki,
onlar kitablarını
oxuduqları müəllifi
həm canlı şəkildə görür,
tanıyır, həm
də onların imzalı kitablarını
əldə edirlər.
Kitab sərgisində
marağımızı çəkən
mühüm məqamlardan
biri də bölgələrdə yaşayan
uşaq yazarlarının
bu təşəbbüsə
biganə qalmaması,
festivala ruh yükəsəkliyi ilə
qatılmasıdır. Naxçıvanda
yaşayan şair Kamil Araz "Göydən üç alma düşdü",
"Xəzinə", "Tapmacalar", "Göy qurşağı" və
s. bir-birindən
maraqlı kitablar ilə kiçikyaşlı
oxucularının görüşünə
gəlmişdi.
Sərgi çərçivəsində, həmçinin, Təhsil
Nazirliyinin təşkil
etdiyi "Düşünən
oxucu" müsabiqəsinin
mükafatlandırma mərasimi
də gerçəkləşdi. Bundan başqa, tədbirdə müxtəlif panellər,
nağıl, tamaşa
saatları təşkil
olunmuş, tanınmış
uşaq yazıçıları,
eləcə də incəsənətin müxtəlif
sahələrini təmsil
edən mütəxəssislərlə
görüş keçirildi.
Ümumiyyətlə, son dövrlərdə apardığımız
müşahidələr göstərir
ki, azərbaycanlı uşaqlar digər xalqların uşaqlarına
nisbətən kitaba daha çox maraq göstərir və onlara ciddi yanaşırlar. Bununla belə,
tədbirdə çıxış
edən psixoloqlar və mütəxəssislər
həm valideynlərin,
həm də uşaq ədəbiyyatı
mütəxəssislərinin uşaqların maraqlarına
bu qədər ciddi yanaşmamasından təəssüfləndiklərini bildirdilər. Onlar qeyd
edirdi ki, bunun nəticəsində Nəticədə uşaqlar
kitabdan kənarda qalırlar. Sərgiyə gələn uşaqlar
kitabların maraqlı
dizayn olunmasına görə valideynlərinin
demək olar ki, hər kitabı
almasını istəyirdilər.
Festival çərçivəsində
Təhsil Nazirliyinin təşkil etdiyi "Düşünən oxucu"
müsabiqəsinin mükafatlandırılma
mərasiminə Bakı
şəhər məktəbliləri
ilə yanaşı bölgələrdən məktəblilər
də cəlb olunmuşdu. Festivala Kürdəmir Regional Mədəniyyət
İdarəsinin (RMİ) tabeliyində
fəaliyyət göstərən
Füzuli şəhər
2 nömrəli Uşaq
incəsənət məktəbi
və Ağcabədi
RMİ Ağdam şəhər
Xan Şuşinski adına Uşaq
muğam musiqi məktəbi şagirdləri
də qatılmışdı.
Festival çərçivəsində
keçirələn ustad
dərslərində uşaqlar
gildən saxsı qablar düzəldir, torbaları boyayır və müxtəlif əl işləri hazırlayırdılar.
Əlbəttə, uşaqların kitaba
marağını artırmaq
məqsədi daşıyan
belə tədbirlərin kütləvi
maarifləndirici miqyası
geniş olsa və bölgələrimizdə
keçirilsə, təbii
ki, uşaqlarımız
bu tədbirlərdə
çox şey öyrənəcək, maraqları
artacaq. Xüsusən də uşaq
naşirləri və
müəllifləri, rəssamlar
belə tədbirlərdə
uşaqlarla əlaqə
saxlayar, onlardan istədiklərini öyrənər,
işlərini bu istiqamətdə qurarlar.
Ölkəmizdə son illər uşaq ədəbiyyatının inkişafı,
keyfiyyətli nəşrlər
sahəsində ciddi uğurlar əldə olunub. Bunu sərgilənən yaxşı tərtibatlı,
rəngarəng kitablarda
görmək olar.
Ağıllı, savadlı gələcəyimizin
olmasını istəyiriksə,
uşaq ədəbiyyatının
inkişafına diqqəti
artırmalıyıq. Əgər bu sahənin inkişafı kölgədə
qalsa, gələcəyimiz
zərər görəcək.
Vaxt və imkan olanda
uşaq ədəbiyyatının
inkişafına, tərcümə
ədəbiyyatının yüksək
keyfiyyətli nəşrinə
daha çox çalışmaq lazımdır.
Məşhur filosof Seneka demişdir ki, kitabsız yaşamaq; kor, kar, dilsiz
yaşamaqdır. Övladlarımızın bu məhrumiyyətlərə
məruz qalmasına qarşı daim mübarizə aparmaq borcumuzdur.
Gülnar QƏMBƏROVA
Ədəbiyyat qəzeti.- 2022.-
9 aprel.- S.11.