“Çingiz Aytmatov: Mən
Manasın oğluyam”
kitabının
audiovariantı hazırlanıb
Qırğızıstandakı
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondunun (TDSDF) sifarişi ilə “Çingiz Aytmatov: Mən
Manasın oğluyam” kitabının audiovariantı
hazırlanıb.
Audiokitabı
yüksək dərəcəli diktor, qiraət ustası
Jıparqul Şabdanaliyeva səsləndirib. Audiokitabın səs
rejissoru Bektursun Kaldarovdur. Qeyd edək ki, audiokitab fondun
saytına yüklənib.
Xatırladırıq ki, böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında bu toplunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü ilə 2009-cu ildə Prezident mükafatçısı Südabə Sərvi tərtib edib və ənənəvi kitab kimi çap olunub. Sonra TDSDF-nin prezidenti Nüsrət Məmmədovun təşəbbüsü ilə kitab qırğız dilinə tərcümə edilərək, Bişkekdə işıq üzü görüb və pulsuz yayılıb.
Kitabda Çingiz Aytmatov haqqında qırğız, qazax, türk ədiblərinin, dünya yazarlarının, həmçinin Azərbaycanın Xalq yazıçısı Anarın, Xalq şairləri Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, şair, publisist Şahmar Əkbərzadənin, Xalq rəssamı Toğrul Nərimanbəyovun, tərcüməçi, ədəbiyyatşünas Vilayət Rüstəmzadənin, akademiklər Nizami Cəfərovun, Bəkir Nəbiyevin, şair Adil Cəmilin və başqalarının xatirələri və yazışmaları yer alıb.
Audiokitabı bu linkdən
-http://turktoday.info/az/audiokitep-2/ dinləmək
olar.
Ədəbiyyat qəzeti.- 2022.-
9 aprel.- S.10.