Allen Ginzberq (1926-1997) - Amerika Beat ədəbi
hərəkatının tanınmış nümayəndəsi,
şair, esseist.
A.Ginzberq olduqca fırtınalı, dəyişkən
bir həyat yaşayıb. Kolumbiya Universitetində təhsilini
tamamlamaq üçün vağzallarda, limanlarda hamballıq
etmək məcburiyyətində qalıb. 1945-1956-cı illər
arasında müxtəlif qəzetlərdə müxbir kimi
çalışıb. 1954-cü ildə San-Fransiskoya
daşınıb. Vyetnam müharibəsinə etiraz etdiyi
üçün bir neçə dəfə həbs edilir.
1971-ci ildə Banqladeşin müstəqillik mücadiləsinə
dəstək verir. Bəziləri onu 90-cı illərdə
yayğınlaşan rep musiqisinin atası hesab edirlər. Onu
çox zaman Bodrum klublarının şeir oxuma seanslarında
görmək olurdu. Giznberq sadə bir həyat yaşayıb. Həyatı
boyu geyimlərini ikinci əl geyim mağazalarından
alırmış. Binaların zirzəmi qatında
yaşayırmış. Beat (andeqraund) ədəbi nəslinin
ən məşhur şairlərindəndir.
1997-ci ildə şəkər və
qaraciyər xərçəngi səbəbindən
dünyasını dəyişib.
Ölmüş
atanın hüznlü cazı
Hey,
ölmüş ata, mən evə uçuram,
Hey
zavallı adam, yapyalnızsan,
Hey,
yaşlı atacığım, bilirəm hara getdiyimi.
Ölmüş
ata, artıq ağlama,
Ana da
orada, torpağın altında,
Ölmüş
qardaşım, dükan sənə əmanət.
Ölmüş
qoca bibim, saxlama sümüklərini,
Ölmüş
qoca əmim, eşidirəm iniltilərini,
Ah, nə
qədər dadlıdır bacımın iç çəkişləri
Ah, o məsum,
ölmüş uşaqlar nəfəs alır sizin nəfəsinizdən,
Asanlaşdıracaq
köksünüzdəki hıçqırıqlar
ölümünüzü,
Ağrılar
bizi tərk edər, göz yaşlarıdır geriyə qalan.
Ölmüsünüz
artıq, sizin işiniz tamamlandı,
Sevgili
ölülər, vücudlarınız ayrıldı,
Ölmüş
ata, evə qayıdıram.
Ölü
mürşid, sənin sözlərin doğrudur,
Ölü
müəllim, sənə təşəkkür
düşmür,
Bu
hüznlü caz musiqisini söylərkən
Mənə
verdiyin ilham üçün.
Ölü
Budda, mən səninlə oyanıram,
Ölü
Dharma, zehniniz təzə,
Ölü
sangha, çalışacağıq dincəlmədən
Acı
çəkmək deməkdir doğuluş deyilən şey,
kimsəsiz
buraxdığından məni cəhalət,
həqarət
edə bilmirəm gözü yaşlı gerçəklərə
Nəfəsim
ata, bir daha əlvida,
Xəstəlikdən
başqa bir şey deyildi verdiyiniz ölüm,
Zamanı
gələndə anladacaq, indisə ürəyim dayanır,
ürəyim...
Bu ikisi
O ağac
dedi ki,
Xoşum
gəlmir bu altımdakı ağ maşınlardan,
Benzin
qoxuyur onlar.
Yanında
duran ağac dedi ki,
Ah! Sən
hər dəfə şikayət edən
Bir
nevrozsan,
Onları
ancaq aşağı baxanda görə bilirsən.
Səhərin 5-i
Oksigen
qaldırdı məni buludların üstünə,
Kosmosa,
zamansızlığa, əbədiyyətə
Çevrildi
nəfəsim sözlərə,
Sonra yenidən
sözlər çevrildi nəfəsə.
İki
yüz il içində
Safonun
hardasa ölümsüz nəfəsi,
Saatlar,
imperatorluqlar, arabalar zamanın ötəsində,
Atlı
savaş arabaları, raket gəmiləri, göydələnlər,
Qala
divarları, cilalı mərmər, zehnin İnka sənət əsəri,
Amma hardan
gəlir bunlar?
İlham
pərisinin nəfəsi? Allah?
Yox,
inanmıram, cənnət və cəhənnəmin
qarışığında
Günahdan
doğulan güc, bütün gecə sürətlə
döyünər qəlbiniz,
Boşluqdan
axan zehin seli,
alovlanır gələcəyin
şəhərləri, meqapolis şəhərlər
Və ya
Zevsin doğulduğu mağara,
Lassiti
ovaları, Otsego bölgəsi,
Fermalar,
Kanzasın eyvanları?
Budda adi
adamlara vəd etməz nirvananı,
Qəhvə,
alkoqol, kokain, göbələk, əsrar?
Yox, mavi
göy üçün bu beyin liftləri çox ağır
olar,
Bir may
gününün şəfəqlərində quşlar nəğmələrinə
başladığında
Şərq
12 küçəsində,
Hardan gəlir
bu ilahi vəhylər,
Sonsuzluğa
qədər hara gedirlər?..
Kimsəsizlik
Bərraqdır
indi ağlın,
Buludsuz
göy üzü kimi
İndi
tam zamanıdır
Səhranın
ortasında bir ev tikməyin.
Mən
neylədim ki?
Gözlərimlə
dolaşdımmı ağaclarda?
Yəni
ailəmi yenidən quracağam,
Axtaracağam
qonşuları.
Ya da mən
həlak olacağam
Yalnızlıqdan,
Yeməyə
bir şey axtarmaqdan.
İldırımlardan
və ayılardan da qorunmaq gərək.
Hələ
maralı ev heyvanına çevirmək,
Pal-paltar
ehtiyacı da var.
Bəlkə
də bir rəsm çəkmək lazım olacaq,
Anlatsın
köçkünlüyümü.
Kiçik
bir rəsm,
Yol kənarında
bir türbə kimi,
Nişan
versin yolçulara
Didərginliyimi.
Vəhşi
sayıqlıq içində
Bu evi yurd
bildiyimi.
Tərcümə etdi: Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 1
aprel.- S.8.