Dostluq və qardaşlıq himni

 

Azərbaycan çoxmillətli ölkədir onlarca xalqın birgə yaşadığı bu ölkədə etnik-milli münasibətlərin tənzimlənməsi ayrı-ayrı xalqların milli mentalitetinə həssas münasibət, psixologiyasına dərin bələdlik   mədəni ənənələrinə diqqətli yanaşma tələb edir. Ona görə sovet rejimi zamanı ölkədaxili siyasətin əsas istiqamətlərindən biri xalqlar arasındakı münasibətlərdə zahirən olsa, ayrı-seçkiliyə yol verməmək idi. Amma xalqlar dostluğu probleminin bolşevik həlli üsulu onun daha çox ört-basdır edilməsinə yönəldilmişdi odur ki, rejim yıxılan kimi bu problemin bütün gücü ilə üzə çıxması qanunauyğun idi.

Xalqlar dostluğu probleminin uğurlu həlli hazırda məsələyə saxta nəzakət mehribanlıq pərdəsi altında gizlədilən riyakarlıqdan uzaq münasibət tələb edir. Dövlətimizin apardığı demokratik prinsiplərə söykənən daxili siyasət nəticəsində Azərbaycan hər cür dini milli ayrı-seçkilikdən uzaq, dünyanın ən tolerant ölkələrindən birinə çevrilib. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində belə deyirdi: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar...".  O, Azərbaycanın gələcək rifah müqəddəratını bərabərhüquqlu xalqların dinc yanaşı yaşamasına əsaslanan azərbaycançılıq ideologiyasında görərək əlavə edirdi: "Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşümdür...".

Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycanı multikulturalizmin vətəninə çevirməsi onun siyasi, iqtisadi mədəni sahələrdə olduğu kimi, milli azlıqlar məsələsində Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərir. Təsadüfi deyil ki, 15 iyun 2014-cü ildə Respublika Prezidentinin Sərəncamı ilə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, 11 yanvar 2016-cı ildə verilən Sərəncamla isə 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilmişdir. Prezident İlham Əliyev özünün çoxsaylı çıxış müsahibələrində  tolerantlıq multikulturalizmi haqlı olaraq Azərbaycanda dövlət siyasəti həyat tərzi kimi xarakterizə edir. Bu gün respublikamızda xalqlar arasındakı münasibətlərin azadlıq, bərabərlik qardaşlıq kimi ali dəyərlər əsasında tənzimlənməsi cənab Prezidentimizin milli azlıqlar məsələsinə humanist, həssas diqqətli yanaşmasının göstəricisidir. 

Amma keçid dövrünü təzə başa vurmuş, müharibədən çıxmış bir ölkədə xalqlar arasındakı münasibətlərin uğurla tənzimlənməsi təkcə dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının borcudur. Bu baxımdan ziyalılarımızın, xüsusilə şair yazıçılarımızın üzərinə xüsusi məsuliyyət düşür. Məşhur şair, rus vətəndaşlıq poeziyasının bayraqdarı Nekrasovun öz qələm dostlarına xitabən dediyi kimi, sən şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan.

Hər bir ziyalının vətən xalq qarşısındakı borcunu dərk etməsi hazırkı beynəlxalq münasibətlər şəraitində xüsusilə böyük əhəmiyyət daşıyır. Xoşdur ki, xalq ölkə qarşısında borcunu dərindən dərk edən bu müqəddəs duyğudan ilhamlanaraq gözəl əsərlər yazan şairlərimiz  var onlardan biri istedadına güvəndiyim, vətənpərvərliyindən duyğulandığım Vəli Qaraçaylıdır.

Mən sizə Vəli Qaraçaylının Azərbaycanda yaşayan xalqların  mənəvi birliyi mövzusunda yazılmış "Dəmir yumruq" şeirindən danışmaq istəyirəm. Bu mövzudan sovet dövründə , indi yazan şairlərimiz az deyil. Mən bu məsələdə niyə məhz Vəli Qaraçaylı imzası üzərində dayanıram? Bilavasitə işimlə bağlı olaraq müvafiq mövzuda yazılan əsərlərə bələd bir şəxs kimi deyə bilərəm ki, Vəlinin "Dəmir yumruq" şeirinin eyni mövzuya həsr olunmuş digər şeirlərdən bir vacib fərqi mən deyərdim ki, üstünlüyü var. İndiyə qədərki müəlliflər Azərbaycanda yaşayan bu ya digər xalqın adət-ənənəsi, qəhrəmanlığı, tarixini təsvir tərənnüm ediblər. Vəli Qaraçaylının şeirindən isə poeziyamız tarixində ilk dəfə olaraq bir şeir daxilində Azərbaycanda yaşayan iyirmi  xalqın adı keçir: türk, talış, kürd, ləzgi, rus, gürcü, yəhudi, udin, avar, saxur, ingiloy, malakan, tat, cek, haput,  assur, rutull, qaraçı, əlik, buduk, yergüc. S.Vurğunun məşhur "Ananın öyüdü" şeirində faşizmə qarşı mübarizəyə çağırış ideyası səsləndiyi kimi, "Dəmir yumruq" şeirində   xalqlarımızın vətən torpağına göz dikən erməni faşizminə qarşı mübarizədə dərmir yumruq kimi birləşməsi ideyası ön plana çıxarılır.

Dostluq qardaşlıq haqqında himn olan bu şeiri şərti olaraq üç hissəyə bölmək olar. "Yaranandan daima dərd-sərimiz bir olub" deyən şair öz şeirinə  ölkə ərazisində yaşayan xalqların tarixi taleyi müqəddəratının birliyinə dair fikirlə başlayır. Bunu şeirin nəzəri girişi adlandırmaq olar. Şeirin həcmcə ən böyük yer tutan ikinci hissəsində Vəli Qaraçaylı adıkeçən xalqların tarixi qəhrəmanlığı zəfərlə başa vurduğumuz Qarabağ savaşındakı sarsılmaz birliyindən danışır. Nəhayət, şeirin üçüncü hissəsi xalqlarımızın əbədi birliyi qardaşlığına dair yüksək vətənpərvərlik notları üzərində köklənmiş alqış-duasından ibarətdir:

 

Bu tolerant ölkəmə,

Ulu Tanrım yar olsun!

Azərbaycan adlanan

Vətənimiz var olsun!

 

Ədəbiyyatın, şeirin əsas gücü onun xalqın həyatı ilə nəfəs alması, zamanın qarşıya çıxardığı aktual suallara ümummilli taleyüklü mövqedən vaxtında sərrast cavab verməsidir. İstedadlı vətənpərvər şair Vəli Qaraçaylının "Dəmir yumruq" şeiri öz müəllifinin zaman qarşısındakı borcunu yerinə yetirmək cəhdinin diqqətəlayiq nümunəsidir. Məncə, bəstəkarlarımız bu şeirə musiqi bəstələməli, o, bir nəğmə kimi dillərdə-ağızlarda dolaşmalı, gənc nəslin dostluq qardaşlıq ruhunda tərbiyəsi işinə öz töhfəsini verməlidir. Bu şeir haqqında xüsusi bir yazı ilə "Ədəbiyyat qəzeti" redaksiyası qəzetin çoxmilyonlu oxucularına müraciətimin əsas səbəbi məhz onun qeyd etdiyim məziyyətləridir. İstedadlı qələm dostumuz Vəli Qaraçaylıya  yeni yaradıcılıq uğurları, xalqlarımıza maddi mənəvi rifah işində keçən həyat, zamanın qarşıya çıxardığı problemlər qarşısında bu gün olduğu kimi gələcəkdə dəmir yumruq kimi birləşməyi arzu edirəm.

Dərin hörmətlə...

 

12.02.2022

 

Əhməde HƏPO

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.15.