Atəş!
Atəş!
İllərcə yetər gözlədik,
atəş!
Biz səbr elədik,
haqq dedik, haqq istədik, atəş!
Bildik ki, sonunda, haqqın
dili atəş,
Zalım
bu nahaqq dünyada
bir dil bilir - atəş!
Atəş!
İllərcə, əsrlərcə yığılmış,
bir millətin atəş deyə
ruhunda sıxılmış
nifrət və qəzəbdən!
Atəş - ölümün, sürgünün,
talanın,
tarixin qusduğu min bir yalanın
doğduğu min türlü
səbəbdən.
Atəş - bəlalardan, çilələrdən,
kədərin, həsrətin
inlətdiyi
qəlblərdə qalan xatirələrdən!
Atəş - əlli milyon sinədə
"İntiqam" deyə
çarpan tək ürəkdən.
Atəş - keçmişdən,
bu gündən,
gələcəkdən!
Atəş - İHA-lardan,
Atəş - SİHA-lardan,
toplardan, tanklardan,
ən modern, ən qorxunc silahlardan,
bətnində cəhənnəm
daşıyan
dev füzələrdən.
Atəş!
Atəş ki, min il
çıxmayacaq hafizələrdən,
Atəş, durmadan atəş!
Heç
bir şeyə aldırmadan,
heç kimsələrə
sormadan atəş!
Atəş, insanlığa can bəxş
eləyən nur
atəşdən doğur,
atəş!
Qalibiyyət və uğur
atəşdən doğur,
atəş!
Atəş - çırpınmada yer-göy,
Atəş - hayqırmada tarix!
Bir millətə haqqın nuru
doğmuş da görünmüş
Fikri, xəyalı, varlığı
bir mərmiyə dönmüş,
Atəş deyir, atəş!
Tarix-detonator
tutuşur
nifrət odundan
Qopmuş
zaman və məkan,
püskürür insan
hüdudundan,
Atəş deyir, atəş!
Bir ruh ki, sevdasına
daşmış həyəcandan,
Çırpınır sonsuzluğa,
çıxsın da bu candan,
Atəş deyir, atəş!
Bir an ki, donub
hökmünə
durmuş əbədiyyət,
Tarix o anın bətninə
dolmuş və nəhayət,
Atəş deyir, atəş!
Bir sərkərdə ki, hər niyyəti,
hər addımı haqdan,
"Ey qanlı faşist
ordusu,
rədd ol Qarabağdan!
Atəş!" - deyir, atəş!
Hər kəlməsi, hər cümləsi
yaylım açılan
bir
İlham
dolu, idrak dolu
məna selidir:
Atəş deyir, atəş!
Nitqində açıq, dumduru
tarix və həqiqət,
Dinlərkən onu haqqa
tapınmış bəşəriyyət
Atəş deyir, atəş!
Dünyanı salıb heyrətə
bir qəhrəman ordu,
Sədlər dağıdır, dev güclərə
meydan oxuyur,
Atəş deyir, atəş!
Sinəsindən vurulan ər
yıxılır, bir
də durur,
Bir də vurur, Allah,
bu nə sevda, nə qürur?
Atəş deyir, atəş!
Qarışır bir-birinə
torpaq, səma, dağ-daş,
Uçuşurkən havada
gövdə, ayaq, baş
Atəş deyir, atəş!
Əllərdəki Quran,
dillərdəki Turan
Atəş deyir, atəş!
"Ya Rəbb, bizi
qaytar
yenidən dünyaya göndər" -
Çırpınır, intiqam deyə
cənnətdə şəhidlər,
Atəş deyir, atəş!
Gör bir nə alov
dilləri
qalxır bu diyardan
Həsrətlə yanan hər şəhidin
nəşi məzardan
Atəş deyir, atəş!
Tarix unudarmı?
Yox, unudulmaz kimsə,
Ağzında kəsik döş
bir körpə məsumca gülümsər,
Atəş deyir, atəş!
Qorx, qorx demişdi yer-göy
sənə məzlumun
ahından,
Yanmış sinələrdən qopan
üsyan
"Noldu,
Paşinyan?"
Atəş deyir, atəş!
Sancılır zirvəyə üçrəngli
alov cilvəli bayraq,
Çırpınır, nurunu cənnətdən
alıb parlayaraq
Atəş deyir, atəş!
Bürünürkən zəfərin nuruna
yurdlar-yuvalar,
Ucalır
göylərə qəlblərdəki
alqış-dualar:
Atəş deyir, atəş!
Tanrım,
sonunda gerçəyə
dönmüş bu xəyal,
Qoşa
bayraqda yanır,
güzgülənir nazlı
hilal,
Atəş deyir, atəş!
Bir yanda Nadir və Qacar
fəxr ilə durmuş,
Türk
oğlu yenə damğasını
tarixə vurmuş,
Atəş deyir, atəş!
Bir yanda da Fateh,
Atatürk
müjdəni bəklər,
Türkün gözünü dikdiyi
uzaq, doğma üfüqlər
Atəş deyir, atəş
Ər oğlu ərin - Ərdoğanın
heykəlidir bu -
Türkün o böyük ruhuna
bəxş etdiyi duyğu
Atəş deyir, atəş!
Bu zəfər, bu oğul
şah əsərindir,
Ulu Öndər,
Məzarın üstdəki qan
qırmızı
al rəngli çiçəklər
Atəş deyir, atəş!
Yerlərə, göylərə hakim
paşa "Bayraqdar"ımız,
İki qardaş, iki dost
qoşa
bayraqdarımız
Atəş deyir, atəş!
Açılır bir yeni dünya,
ey şanlı Komandan,
Tarixlərə çarpan
o dərin əks-sədandan:
Atəş deyir, atəş!
Barışa, dostluğa, qardaşlığa
yoldur bu Zəfər,
Atəşsiz açılsın deyə
al rəngli səhərlər,
Atəş deyir, atəş!
Arzu ƏSƏD
Ədəbiyyat qəzeti.- 2022.-
23 aprel.- S.23.