İftixar Piriyevin Elçin teatrı: Absurd dram

“Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində”

kitabının təqdimat mərasimində

  

Aprelin 28-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin müəllifi olduğuElçin teatrı: Absurd dramQeyri-səlis məntiqnəzəriyyəsi kontekstində” kitabının təqdimatı keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Bildirib ki, bu gün Milli Kitabxanada Azərbaycan ədəbiyyatşünaslığında çox nadir mövzuda yazılan bir əsərin, eləcə həmin əsərin həsr olunduğu görkəmli şəxsiyyətinXalq yazıçısı Elçin Əfəndiyevin işığına toplaşmışıq: “Elçin müəllim Azərbaycan mədəniyyətinin, ədəbiyyatşünaslığının inkişafında mühüm xidmətləri olan şəxsiyyətdir. Əgər XX əsr Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyevin əsərləri əsas rol oynayırdısa, bu gün həmin ənənəni çox uğurla Elçin müəllim davam etdirir. Bu da heç təsadüfi deyil, çünki hər iki ədəbiyyat korifeyinin əsərlərinin mövzusu birbaşa Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı olub, bilavasitə real həyatı təsvir edir. Məhz bu səbəbdən həmin əsərlər xalqımız tərəfindən sevilir.

Təqdim edilən araşdırma əsəri barədə məlumat verən direktor bildirib ki, kitabda böyük alim Lütfi ZadəninQeyri-səlis məntiqnəzəriyyəsi işığında Xalq yazıçısı Elçin dramaturgiyasının süjet situasiyalarınınqrammatikasıaçıqlanır. Absurd pyeslərinin paradoksal məntiqi müəyyən edilir. İnanıram ki, bu monoqrafiya ədəbiyyatşünas, eləcə teatrşünas, sənətşünas alimlərin stolüstü kitabına çevriləcək.

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin professoru Rüstəm Kamal çıxış edərək bildirib ki, Azərbaycan teatrının poetikası özü böyük mövzudur. Hər bir xalqın həyatında teatrın yaranıb inkişaf etməsi maraqlı hadisədir. Teatr poetik fundamental araşdırmalar tələb edən bir sahədir. R.Kamal qeyd edib ki, daha çox texnoloji proseslərə tətbiq olunanQeyri-səlis məntiqnəzəriyyəsinin ədəbiyyata tətbiqi bu işin əsas uğuru sayıla bilər. O vurğulayıb ki, absurdluq özü fəlsəfi bir mövzudur biz bunu Mirzə Cəlilin, Üzeyir bəyin əsərlərində əsas görə bilərik. Müasir dövrümüzdə isə bu ənənəni Elçin müəllim çox mükəmməl şəkildə inkişaf etdirərək öz əsərlərinə tətbiq edib.

İftixar Piriyevi belə maraqlı bir mövzuda əsər yazması münasibətilə təbrik edən R.Kamal ona yaradıcılıq uğurları arzulayıb.

Zadə irsi süni intellektAssosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərəkQeyri-səlis məntiqnəzəriyyəsinin yaranma tarixindən, əsas müddəalarından danışıb. Qeyd edib ki, “Qeyri-səlis məntiqnəzəriyyəsinin əsas qayəsi sərhədlərin pozulmasıdır.

Təqdim olunan kitab haqqında çıxış edən Rafiq Əliyev vurğulayıb ki, kitabı maraqlı edən əsas cəhət odur ki, konkret predmetə əsaslanır, akademik dildə yazılması da onu qiymətli edən digər bir faktordur.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, “Qeyri-səlis məntiqnəzəriyyəsi haqqında ilk dəfə Xudu Məmmədovun kitablarında, sonra isə məhz Lütfi Zadənin əsərlərində tanış olub. Lütfi Zadə ilə tanışlığından danışan Qənirə xanım bildirib ki, bu görüşün keçirilməsində Rafiq Əliyevin rolu böyükdür. Məhz Lütfi Zadə ilə görüşdən sonraQeyri-səlis məntiqnəzəriyyəsinə yeni pəncərədən baxmaq imkanı əldə etdiyini vurğulayan komitə sədri söyləyib ki, böyük şəxsiyyətlər haqqında əsər yazmaq çox çətin məsuliyyətli işdir. Lütfi Zadə Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında əsərin yazılmasında yaxından kömək edən Rafiq Əliyevə minnətdarlığını bildirib.

Q.Paşayeva vurğulayıb ki, Elçin müəllimin Azərbaycan teatrının inkişafında xüsusi yeri vardır. O, Elçin müəlliminQatil”, “Teleskop”, “Poçt şöbəsində xəyalkimi əsərlərinə qoyulmuş tamaşaları dəfələrlə izlədiyini qeyd edib. Sonda İftixar Piriyevə belə bir mövzuya toxunduğu üçün öz təşəkkürünü bildirib bu əsərin xarici dillərə tərcümə olunması məsələsinin vacibliyini qeyd edib.

Tədbirin davamında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, teatr rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti"nin baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Azər Turan, tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev, Xalq artisti Firudin Məhərrəmov digərləri çıxış edərək təqdim olunan monoqrafiya haqqında fikirlərini bölüşüblər.

Sonda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək bu işdə əməyi keçən hər bir kəsə, xüsusilə müəllif İftixar Piriyevə öz təşəkkürünü bildirib. Qeyd edib ki, İftixar Piriyev həm görkəmli rejissor, aktyor, həm teatrşünasdır. Həmçinin çıxışı zamanı Elçin müəllim absurd teatrıonun nəzəriyyəsi haqqında da məlumat verib. Vurğulayıb ki, bu gün teatrımızın əsl teatrşünaslara ehtiyacı var.

Sonda qonaqlar Elçin Əfəndiyevin həyat yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.

 

Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.7.