“Zəfər duyğuları” kitabı nəşr olunub

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi iləTürk Dünyası İnfo  İB tərəfindən həyata keçirilənZəfər duyğularının ədəbiyyatda nəşrlərdə təzahürüadlı layihəsi əsasındaZəfər duyğularıpoeziya antologiyası nəşr olunub. Kitab 2022-ci ilŞuşa İlinə həsr edilib.

Layihənin rəhbəri kitabın tərtibçisiTürk Dünyası İnfoİctimai Birliyinnin sədri Dəyanət Osmanlı  bildirib ki, tariximiz, cəmiyyətimiz üçün daimi gündəmdə olan ümdə məsələlərdən biri ədəbiyyat vasitəsilə qələbmizin ruhunda dayanan ictimai əhəmiyyətli faktların, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliğinin gücləndirilməsidir. Layihəmizin adından da bəlli olduğu kimi, Zəfər tariximizin təbliğinə yönəlik əsərlərin, kitabların yazılmasına böyük ehtiyac vardır. Ona görə layihənin məqsədinə uyğun olaraq ölkəmizdə, Türkiyədə, Gürcüstanda digər bölgələrdə Vətən Müharibəsindəki Zəfər tariximizi vəsf edən poetik əsərləri  toplayıb dəyərləndirərək antologiya halında çap etmişik.

Kitabın əsas leytmotivi odur ki, ədəbiyyatımızda torpaqlarımızın müdafiəsi uğrunda xalqımızın dövlətimizin birliyini, əzmini, sevgisini nümayiş etdirən Azərbaycan insanının obrazı Vətən müharibəsinin qələbə müjdəli ilk günlərindən yaranaraq mətbuatda göründü. Azad Qarabağ  salnaməsinin yeni səhifələri tariximizin bu həlledici zamanından etibarən ədəbi-mədəni, ictimai sahələrdə müəyyənləşməyə başladı. 44 günlük haqq savaşında əzəli əbədi torpağımız Qarabağın kənd-kənd, rayon-rayon, şəhər-şəhər 30 illik erməni işğalından azad olunması hər bir Azərbaycan insanının həyatına yeni bir möhtəşəm qürur qatmışdır. Vətən Müharibəsinin ədəbi-bədii, mədəni, tarixi-ictimai düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, həm yeni tarix yazılır. Bu amil yeni nəslin keçmişə, bugünə gələcəyə baxışlarının optimallaşmasında mühümdür. Eyni zamanda, milli, ədəbi-mədəni düşüncəmizin yeni mərhələyə, üfüqlərə keçməsi şərtlərini məsuliyyətini şərtləndirir. Antologiyanı tərtib edərkən nəzərə almışıq ki, Vətən Müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcədə müasir dünyada yaşayan bütün azərbaycanlıların bugünkü həyatının, gələcəyinin ən aktual stimulverici qüvvəsidir bu işin təbliğində ədəbiyyatın müstəsna rolu vardır.

Antologiyada ümumilikdə 46 tanınmış müəllifin əsərləri yer almışdır. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, millət vəkili Nizami Cəfərov, ön sözün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.

Kitab kitabxanalara, elmi-mədəni qurumlara, ziyalılara, yeni nəsil yazarlara gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanıılması nəzərdə tutulub.

 

Ədəbiyyat qəzeti.- 2022.- 30 aprel.- S.32.