“Ulduz” jurnalının
aprel nömrəsində
“Ulduz” jurnalının
aprel nömrəsi dərc edilib.
"Ədəbiyyat və
incəsənət" portalı
ilə birgə hazırlanmış dərginin
bu nömrəsi məşhur italyan psixoterapevt Rafael Morellinin məsləhət və nəsihətləri ilə
açılır. "Üzbəüz" rubrikasında
gənc şair İntiqam Yaşarın
AYB-nin sədr müavini, şair Rəşad Məcidlə
müsahibəsi yer alıb. Yazıçı Varisin "Adajio,
Adajio, birdən Alleqro" essesi fəsillərin etüdlərindən
ibarətdir. Rüfət
Rzayevin tərcüməsində
"Ayın enişi"
(Moonfall) filmi ilə gündəm qazanan dünyaca məşhur rejissor Ronald Emmerixin müsahibəsi və sensasion "Networking" kitabından bəhs edən yazı təqdim edilir. Tarixin ən yaxşı filmləri "IMDB"nin versiyası üzrə tərtib edilib. "Teatr" rubrikasında Bahəddin Salmanın təqdimatında
Əməkdar artist Sənubər
İsgəndərlinin, "Musiqi" rubrikasında isə Aysel Kərimin təqdimatında
Əməkdar artist, Prezident
mükafatçısı Fərqanə
Qasımovanın müsahibəsi
yer alıb. Bahəddin Salmanın digər müsahibəsində isə
gənc impressionist rəssam
Nazilə Fərzullayeva
söhbətə çəkilir.
"Kitab rəfi"
rubrikasında dünyada
ən çox oxunan kitabların reytinqinə nəzər salınır. 260 IQ göstəricisinə malik
dünyanın ən ağıllı insanı
Uilyam Saydişin faciəli taleyini dərginin "Talelər"
rubrikasında oxuya biləcəksiniz.
Nərgiz Cabbarlının "Tənhalıq
cəhənnəminin qurbanları"
başlıqlı yazısı
Yaponiya yazıçısı
Rünoske Akutaqavanın
həyat və yaradıcılığından bəhs edir. Sevgidə uğur qazanmağın yolları Əlibala Məhərrəmzadənin
"Sevgidə uğur qazanmaq
üçün nə etməli?” motivasiya yazısında geniş
təhlil edilib. "Nəsr"
rubrikasında Habil Yaşarın "Qaranlığı
yazanın gecəsi" adlı hekayəsi ilə, "Poeziya" rubrikasında isə İqbal Nəhmətin şeirləri ilə
tanış olacaqsınız. Polşa
şairəsi Halina Posviatovskanın
şeirlərini gənc şair Ümid Nəccari dilimizə çevirib.
Mahirə Hüseynovanın "Həqiqət
pıçıltılarının poeziyası" sərlövhəli
yazısında Hidayət Orucov
yaradıcılığının mühüm
istiqamət və çalarları diqqətə
çatdırılır. Mediator və
yazıçı Zamiq Abdullayevin
yazısı özündə mediasiya ilə
bağlı mühüm bilgiləri ehtiva edir. Nəhayət
"Dərgidə sərgi" rubrikasını gənc rəssam
Ofelya Hüseynzadənin rəsmləri bəzəyir.
Ədəbiyyat qəzeti.- 2022.- 30
aprel.- S.32.