Azərbaycan bayrağı
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə,
igid əsgər, dalğalanan bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
"Balam" deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt,
şax dur, şəhid anası,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Qırmızı, Vətən oğlu,
şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan
bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Tanrıdan səda gələ,
yazdığın haqqa
yaza,
Mələklər səcdə edə,
bu Aya, bu
ulduza,
İgid
oğlanlarımız, sevdiyi
gözəl qıza,
Atsın
zərif çiyninə,
versin nişan
bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Azadlığın yanğısı alışar,
sönməz dedi,
Millətim haqq yolundan,
heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha
enməz dedi,
Endirmərik bir daha işıq
saçan bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Könlümdə göyərəni Qarabağda
bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Hayqırır azad ölkəm
tiranlara, şahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Gözəldi qarlı qışı,
həm də yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu
Vətənin,
Uğrunda şəhid olaq,
ya da qazi
Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Nizami
Nizami Gəncəvi-880
Tanrı
bəxşiş kimi verib Gəncəyə,
Adı bir çəkilir Gəncə,
Nizami.
Dünyada nə qədər
söz ustadı var,
Başda dayanıbdı öncə
Nizami.
Hikmət
dəryasıdı, getsən
dərinə,
Misrası qoxuyar çiçək
yerinə,
Elə doğmadı ki, biri-birinə,
Nizami Gəncədi, Gəncə
Nizami.
Yeddi gözəlindən biridi Göygöl,
Bu yurdun ən gözəl yeridi Göygöl,
Gəncənin gül-çiçək zəridi Göygöl,
Elə bil dəribdi qönçə,
Nizami.
İlhamı qaynayıb bulaqlar
kimi,
Vüqarlı dayanıb şah
dağlar kimi,
Dərsini bilməyən uşaqlar
kimi
Atıb çox şairi küncə Nizami.
Səkkiz
yüz səksən il keçib
yaşayır,
Dahilik meyini içib yaşayır,
İllərdi dünyadan köçüb
yaşayır,
Örnəkdi cavana, gəncə Nizami.
Bilib qiymətini hər ötən anın,
Sözünü yeməyib xaqanın,
xanın,
Bakı
paytaxtıdı Azərbaycanın,
Könüllər paytaxtı Gəncə-Nizami.
Min bir sınaq eylə, yüz çək şairi,
Əyməz hər imtahan, hər yük şairi,
Sevgin, bu dünyanın böyük şairi,
Məncə, Nizamidi, məncə,
Nizami.
Qələbə qismət elə...
Hələ ölməmişəmsə ürəyimin tabıdı,
Vulkan kimi püskürür, hələ
göylərdə ahım.
Onu görmədən ölmək
cəhənnəm əzabıdı,
Məni belə əzaba tuş eləmə, Allahım.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
Dəllalların əlində siyasətin
bazarı,
Qəlbimizi şam kimi yandırıb
tutaq sənə.
Yeriyən pilləkəndi hər
şəhidin məzarı,
Gəlirik səcdənə biz, az qalıb
çataq sənə.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
Yağı gərək boğula
özü murdar qanında,
Yolunu gözləyirik
nə vaxtdı belə anın.
Düşmənə qahmar duran dövlətlərin yanında,
Sözün kəsərli elə Ali Baş Komandanın.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
Uşaqları öldürür insafsızdı
bu yağı,
Quruyubdu göz yaşı içimizdə qəhərdən.
Biz xəbər gözləyirik,
ey təklərin pənahı,
Hər qaranlıq
gecədən, hər
işıqlı səhərdən.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
20 avqust 2020
Ali Baş Komandanım
Mənim
doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan utanım?
Dönüm sənin başına,
dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, Komandanım.
Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan
ruhumuz.
İndi-indi düzəlir belimizin
əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.
Könlüm toxdu özgənin
torpağında gözüm
yox,
Tanrıdan gələn payım beş-üç səslə
dəyişməz.
Belə
bir atəşkəsə
vallah indi lüzum yox,
Donuzun donuzluğu
atəşkəslə dəyişməz.
Otuz ildi ah-vayla keçib
dəqiqəm, anım,
Düşünmüşəm hər kəsin Tanrıdan qisməti var.
Bu tayfaya inanma, Ali Baş Komandanım,
İçində gəzdirdiyi erməni xisləti var.
Səs salıbdı dünyaya yazıq-yazıq səsi ilə
Türkiyədi yağdırır başıma
dron deyir.
Əl açır liderlərə,
həminki hiyləsilə,
Gah Trampa yalvarır, gahda ki, Makron deyir.
Bir dağın zirvəsində
dönüm, vətən
daşına,
Torpağımı bəzəsin mənim də şəhid qanım.
Dayandırma atəşi, dönüm
sənin başına,
Qələbə müjdəsi ver, Ali Baş Komandanım.
7 oktyabr 2020
Deyir
Otuz ildi çəkirik görünməmiş zilləti,
Üstümüzdən götürdü
Ali insan töhməti,
Milləti bilinməyən erməniyə
nifrəti,
Səngərdəki əsgərin gözlərində
qan deyir.
Üstümüzə gəlsə də dörd tərəfdən yağılar,
Silah ilə yanaşı yollar cızır ağıllar,
Yetişib neçə-neçə Polad kimi oğullar,
Qurban olsun Vətənə ürək deyir, can deyir.
Çıxar ey köynəyindən,
aşıq köklə
sazını,
Toya, şənliyə döndər
bu millətin yasını,
Vətən yolunda gedən şəhidin laylasını,
Çiçək üstə şəbnəmə
qızaranda dan deyir.
İndi
qaçan görürük
meydan sulayanları,
Yağış kimi süzülür
Qarabağda qanları,
Qovduq iti qovantək, daban yalayanları,
Azərbaycan xalqına Ali Komandan deyir.
***
Qəlbin
öyrəşsə aha,
Sevinc gəlməz bir daha,
Ölümdən gələn xofa,
Gülməkdən qorxur adam.
Seçməz yaxşı-yamanı,
Gözə çəkər dumanı,
Ölüm gələn zamanı
Bilməkdən qorxur adam.
Yoldu, haqq yolu deyil,
Qədimdi ulu deyil,
Ölüm qorxulu deyil,
Ölməkdən qorxur adam.
Vədə, vaxtdı deyənlər,
Yatdı
bəxti deyənlər,
Ölüm haqdı deyənlər,
Ölümdən qorxar adam?
Bircə, gəl
İsmi
pünhan, hardasan,
Günəşdən al nurca gəl.
Gecikmə bu görüşə,
Saatını qurca gəl.
Küləklə gəl yelə dön,
Mizraba dön, telə dön,
Dağdan
gələn selə dön,
Xan Araz ol, Kürcə gəl.
Gözəl, gözəl deyirsən,
Poeziyasan,
şeirsən,
Başdan-başa sehrsən,
Gizli-gizli sircə gəl.
Söz çıxarma sözümdən,
Nə danışma dözümdən,
Yolları yığ gözümdən,
Bircə, gəl ey Bircə,
gəl.
Məni sevəcəksən
öləndən sonra
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən
sonra.
Gəncliyim həsrətin odunda
yanıb,
Hicranın dadını çəkənlər
bilər.
Gündüzlər başının üstə
dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən
sonra.
Tellərin siləcək alın
tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın
gözündə çiçək
açacaq.
Məni sevəcəksən öləndən
sonra.
İllər gətirəcək yaş
üstə yaşı,
Bu sirri qəlbində
saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni
sevəcəksən öləndən
sonra
Yandırdın hicranın odunda
məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq
səni,
Öpəcək şeh düşmüş
yanaqlarından
Məni sevəcəksən öləndən
sonra.
Hələ ki ömr elə sən gülə-gülə,
Hələ yetişməyib sənə
bəd xəbər.
Əzizim,
taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü
bəxtəvər.
Məni sevəcəksən öləndən
sonra.
***
Mən dəvəsi ölmüş
ərəbəm, gözəl,
İnan ki, dözərəm nə cəza versən.
Rəssam deyiləm rəsmini çəkəm,
Nazını çəkərəm icazə versən.
Ağarıb saçlarım olubdur dən-dən,
Başımın üstünü alıb duman, çən,
Dünyanın xoşbəxti mən olaram, mən,
Vüsal vədəsini bu yaza versən.
Köməyə çağırıb şahlar-şahını,
Xeyirə
açaram hər sabahını,
Allah bağışlamaz, bax, günahını,
Dayandur Sevgini güdaza versən.
Dayandur Sevgim
Ədəbiyyat qəzeti.- 2022.- 13
avqust.- S.28.