Ağ adam
Rəşad Məcidin doğum gününə
Tanrı
mayasını tutubdu
"ağ"la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya
ağla,
Bu adamın əyrisi ağ, düzü
ağ.
Ağoğlanda göz açıbdı
dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and içibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
Ağdam
adlı məmləkətin
uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox
dinləyib "dastan"
deyən "aşığı";
Hekayətin mini qara, yüzü
ağ.
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə
olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb
bu adam,
Yarananda,
ağ yaranıb
bu adam,
Ağ adamdı; "dirsəyi ağ", "dizi ağ".
Zaur USTAC
Ədəbiyyat qəzeti.- 2022.-
20 avqust.- S.10.