Atam Cənnətdə işləyir  

 

Bilirsiniz bu deməkdir

 

Bürkülü avqust gecəsində Xan bağında gəzişirəm. Qəfil sərin bir meh əsir. İçdən gülümsəyir deyirəm: Deyəsən, quyruq donur. Saata baxıram. 22:17. Çox yorğun olsam da, gəzmək keçir könlümdən. Çünki axşam yeməyini təzəcə yemişəm. Gün boyu yolda olmuşam. Ağsudan Şəkiyə getmişəm, oradan da Gəncəyə gəlib çıxmışam. Telefonuma zəng gəlir. Açıram: "Müəllim, nömrənizi Elşən müəllim verib, 5 dəqiqə vaxtınızı alacam. Amma səmimi cavab verin, İqtisadiyyat ixtisası yaxşıdır, yoxsa Maliyyə? Üzr istəyirəm, oğlum 575,5 bal toplayıb. Bilirsiniz , bu deməkdir, bilirsiz? Mən: Bəli, bilirəm, yaxşı nəticədir. O: Yaxşı nədir, müəllim. Çox yüksək baldır, əla nəticədir...

Guya vaxtımı 5 dəqiqə alacaqdı, 1 saat 22 dəqiqə danışır. Axırda birtəhər canımı qurtarıb Gəncə Hotelə gəlirəm. Duş alıb özümü yatağa yıxıram. Yenə zəng gəlir. Açıram, həmin adamdır. Bu dəfə başqa nömrədən zəng edib: Müəllim, bağışlayın, gecə vaxtı yenə narahat edirəm. Deyin görüm, Maliyyə İqtisadiyyatın imkanları necədir? Bayaq da dedim, müəllim, balı 575,5-dir, bilirsiniz bu deməkdir...

Bu adam Mirzə Cəlilin "Zırrama" hekayəsini xatırlatdı. O hekayəni "qəmişliyin" manifesti saymaq olar. Sağollaşanda saat 00:39 idi. Yatağa uzanıb gözlərimi yumurdum ki, telefonuma "Youtube"dan bildiriş gəldi. Türk rok starı Teomanın kanalından. Ki, 01:00-da Teomanın yeni albomundan "Bir Kış Sabahı" mahnısının klipinin premyerası olacaq. Yeni klipi gözləməmək mümkün deyildi. Nədənsə, vaxt hoteldə olsam, Teomanın "Renkli Rüyülar Oteli" mahnısına qulaq asıram. O vaxta qədər bir neçə Teoman nəğməsi dinləyirəm. Öz-özümə düşünürəm ki, sənət necə şouya çevrilib. yaxşı ki, Teoman kimi sənət yaradan "şoudan" uzaq bir ovuc insan qalıb.

 

Mədəniyyət intellektuallıq bir şou kimi

 

Rifah səviyyəsinə birbaşa təsir edən əyləncə mədəniyyəti şou məzmunludur. bütün çağlarda belə olub. Sənətin şou xarakterli olması hər zaman kütləvi bayağı deyil. Elitar sənətə maraq göstərən adamlar məsələyə heç intellektual, mədəni akt, mənəvi, estetik hadisə gözəllik duyumu kimi baxmayıblar.

Çağdaş mədəniyyət bir şou kimi analiz edilir. Bütün dövrlərdə mədəniyyət əyləncə şouya xidmət edib. Hətta orta əsrlərdə fəlsəfə hüquq sahəsində müzakirələr şouya çevrilib. Orta əsrlərdə Parisdə insanlar filosofların müzakirəsində iştirak edirdilər. Dinləmək yox ha, baxmaq üçün. Onlar bir yarışda, polemikada olmaq həmin prosesə tamaşa etmək istəyirdilər. Daha qədim dövrə getsək, Yunan amfiteatrları Esxilin, Evripidin ya Sofoklun ağır tragediyalarını daha yaxından dərk etmək üçün dolub-daşırdı? Nəinki faciə, heç Aristofanın komediyaları da onları dərindən maraqlandırmırdı. Onlar hadisəni yaşamaq oradakı insanların mədəni, sosial vəziyyətlərini, geyim-kecimlərini izləmək üçün sosial bir mühit, əyləncə axtarırdılar tapırdılar da.

Filip Qlassın "Eynşteyn çimərlikdə" operasını xatırlayırsızmı? Xatırlamağa gərək yoxdur. "Youtube"da baxmaqla həmin operanın vizual virtual bir şou üzvü ola bilərik. Opera-şou 5 saat çəkir. Tamaşaçılar istədikləri kimi davranmaqda sərbəstdirlər. Performans sənətinin elitar kütləvi cəhətlərini birləşdirir "Eynşteyn çimərlikdə" opera-şousu.

Hippilərin lideri Ceri Rubin 1978-ci ildə "Tədbir" adlı şou proqram təşkil etmişdi. Şouda sərgilər, panellər, debatlar diqqət cəlb edirdi. Həmçinin zen, buddizm konfransları, makrobiotik, transsendental meditasiyalar, cinsi əlaqə texnikaları, sənət, siyasət müzakirələri müxtəlif cür özünükəşf metodları təklif olunurdu. Hər bir sahə üzrə məşhur olan mütəxəssislərin cəlb edilməsi "Tədbir"də iştirakın olduqca bahalı olması marağı daha da artırırdı. Şou proqram insanları inandırırdı ki, burada iştirak etməklə daxili aləminizi kəşf edəcək xoşbəxtliyin açarını əldə edəcəksiniz. Mahiyyətində faydalı estetik dəyərlər olan bu cür mədəniyyət şoularında təhlükəli cəhət nədir? Sənət, elm mədəniyyət əyləncəli şəkildə təqdim edilərkən öz əqli estetik dəyərlərindən uzaqlaşa bilir. Daha çox iqtisadi, karyerist, manipulyativ maraqlarını qoruyur.

 

Edmund Uaytın karnavalı

 

Edmund Uaytın "Bir oğlanın öz hekayəsi" romanında Cerom Devid Selinceronun qəhrəmanı Holden Koldfildin etiraz etdikləri həyatı bir karnaval, şou kimi təqdim edir. Romanın qəhrəmanı olan oğlan transseksual bir mühitdünyada Edip kompleksinin daşıyıcısıdır. Romana Holden Koldfildin kölgəsinin düşdüyünü hiss edirik. Ata hegemoniyası yalnız Şərqdə deyil, Qərbdə, Amerikada da özünü büruzə verir. Uayta görə, gənc nəsil bir şounun içindədir. Və nə olur-olsun, həmin şounun bir fərdi, üzvü olmağa can atırlar. Gözəllik və çirkinlik, tanrı və tanrısızlıq anlayışları onlar üçün incə sərhədlərlə ayrılır bir-birlərindən. Bəlkə də, heç ayrılmır, bir-birinə qarışıb, eyniləşib. Gənclər yadlaşmasürgün olunmaq hissindən xilas olmaq üçün hər şeylərini, hətta özlərini də qurban verərlər, verirlər də.

Nəhayət, klip yayımlanır. "Cennetinin kapısında duran bir çocuktum ama Ay büyüyor büyüyor siniyordu günahlara da... Sana da kıyamam kıyamam ama anla

Bir kış sabahında aşk hatırasıyla kaderi silemem maziyi silemem". Yenə Teomanı dinlədikdən sonra Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanının qəhrəmanı Holden Koldfildonun balaca bacısı Fibi düşür yadıma. Xüsusilə də Holden riyakar insanlardan yaxa qurtarıb qaçmaq istərkən balaca Fibininonunla getmək arzusu. Teomanın məşhur "Gönülçelen" mahnısı məhz "Çovdarlıqda uçurumdan qoruyan" romanına həsr edilib.

Elə Selincerriyakarşou xarakterli dünya, mədəniyyət və sivilizasiyadan qaçıb canını xilas etmək istəyirdi. Koldfild və Teomanın həyatı bənzərdir. Xarakterləri də. Ancaq Koldfild varlı idi, Teoman kasıb. Koldfildin atası var idi, Teoman atasız idi. Uşaqlar ondan soruşurdular: Sənin atan kimdir? Harada işləyir? O: Atam... atam Cənnətdə işləyir!

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2022.- 27 avqust.- S.11.