Əvvəl qəlbim, sonra qələmim susacaq  

 

Hərdən yaxın-uzaq adamlar müxtəlif niyyət fərqli tərzlə soruşurlar: - Yazmaqdan yorulmadın?

Həmişə cavabım eyni olub:

- Əvvəl qəlbim, sonra qələmim dayanacaq.

Sözümün bu yerində bir haşiyə çıxmaq istəyirəm. Etiraf etməliyəm ki, publisistik yazılarımda oxucuları təsirləndirmək, təəccübləndirmək üçün bəzən bədii publisistik sözün gücündən lazım olduğundan artıq istifadə etmişəm. Bununla yanaşı, onu da deməliyəm ki, 50 ilə yaxın yaradıcılıq həyatımda:

- düzü düz, əyrini əyri yazmışam, doğru əvəzinə yalan yazmamışam, “yalnız həqiqəti, doğrunu yazmaq” - ən ciddi yaradıcılıq meyarlarımdan olmuşdur;

- tənqid etmişəm, təhqirə yol verməmişəm;

- məhəbbətimi, sevgimi büruzə vermiş, lakin ifrata varmamışam;

- heç kimdən heç nədən çəkinmədən cəsarətlə yazmışam, amma böhtan, şər atmaqdan, ləkələmək fikrindən, kin ədavətdən uzaq olmuşam;

- fakt hadisələri təhrif etməmiş, daim mötəbər mənbələrə, tarixi sənədlərə, arxiv materiallarına istinad edərək yazmışam;

- elmdə plagiatlığı, oğurluğu çıxış yolu yox, şərəfsizlik hesab etmişəm;

- elmi yeniliyi olmayan tədqiqatları bəhərsiz, meyvəsiz ağac kimi dəyərləndirmişəm;

- bir qayda olaraq dissertasiyalara rəyləri özüm yazmışam heç vaxt sona qədər oxumadığım əsərə rəy verməmişəm;

- gördüyümə, müşahidə etdiklərimə, inandıqlarıma əsaslanmış, dedi-qodulara, şayiələrə əhəmiyyət verməmişəm;

- təmənnasız, heç bir mükafat, qonorar gözləmədən, ürəyimin səsi ilə, vicdanla, səmimi duyğularla yazmışam;

- qələmimlə haqlının ədalətlinin yanında olmuş, zülmlə zalımla heç vaxt barışmamışam;

- ətalət, biveclik, biganəlik kimi naqis cəhətlər ən kəskin tənqid hədəflərimdən olmuşdur;

- tərəqqinin, elmin, təhsilin, mədəniyyətin tərəfdarı, təbliğatçısı olmuş, bu sahənin qabaqcıllarının fəaliyyətini təqdir etmişəm;

- erməni təcavüzündən sonsuz nifrət hiddətlə, taleyüklü problemlərdən milli məsələlərdən məhəbbət qayğı ilə yazmışam, lakin qərəzə, saxtakarlığa yol verməmişəm;

- obyektivlik operativlik jurnalistika sahəsində fəaliyyətimin başlıca prinsiplərindən olmuşdur: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet

Ordusunun Bakıda qırğın törətdiyi zaman ondan sonrakı günlərdə hadisə yerlərindən, Dağlıq Qarabağda erməni təcavüzü vəhşiliyinin tüğyan etdiyi vaxtlarda Ağdamın, Şuşanın, eləcə Qazaxın ən qaynar nöqtələrindən, od-alovun içindən reportaj, oçerk xəbərlər hazırlayanda da bu kriteriyaları əsas götürmüşəm;

- qələmimdən heç vaxt şəxsi mənafeyim üçün istifadə etməmişəm;

- milli təəssübkeşlik, milli dövlətə sədaqət, mənəvi dəyərlərə, adət-ənənələrə ehtiram yaradıcılığımda başlıca kredo olmuşdur.

       Onu da vurğulamağı lazım bilirəm ki, təvazökarlıqdan uzaq görünən bu qənaətlər yalnız subyektiv fikrimin, düşüncəmin məhsulu yox, həm çoxsaylı görkəmli alimlərin - akademiklər, elmlər doktorları, professorlar, elmlər namizədləri dosentlərin, Xalq yazıçılarının, mədəniyyət xadimlərinin, həmkarlarımın elmi-publisistik yaradıcılığımla, həyat fəaliyyətimlə bağlı qələmə aldıqları 200-dən çox məqalədən hasil olan nəticələrdir bütün bunları xatırlatmağım təsadüfi deyildir...

Bu yaxınlarda - yeni kitabımı çapa hazırlayarkən bir nadanınMəktəb: tariximiz, taleyimiz” (Bakı. Nağıl evi”, 2013, 451 səh.) adlı əsərimlə bağlı: - Kitabda təhsil tariximizi şişirtməyə, arzularınızı həqiqət kimi verməyə çalışmısınız - dedi. Mən ona fakta istinadla danışmağın vacibliyini xatırlatdım, əlavə etdim ki, kitabda bütün fikirlər konkret mənbələrə əsasən irəli sürülmüşdür, hətta kitabın ikinci bölməsində həmin məxəzlərin fotosu da dərc edilmişdir. Bu zaman opponent qızardı, narazı görkəm aldı: - Demək istəyirsiniz ki, sizin yazdıqlarınızı ehkam kimi qəbul etməliyik? Bu da, mənim mövqeyimdir - dedi. Təbii ki, mən onunmövqeyininyanlış, qərəzli olduğunu izah etdim. Yuxarıdakı qeydləri bu qəbildən olan opponentlərin diqqətli olması üçün yazmağı da lazım bildim.

 

Abid Tahirli

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 dekabr.- S.10.