Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev! Prezidentin fərdi təqaüdünün  verilməsi barədə 30 noyabr 2022-ci il tarixli Sərəncamda öz adımı da gördüm. Sağ olun.

Siz haqqın, ədalətin keşiyində möhkəm dayandığınıza görə xalq öz prezidentini bu qədər çox sevir! 44 günlük müharibədə kiçikdən-böyüyə bütün ölkə sizin ətrafınızda idi. Bu gün belədi, sabah da belə olacaq. Cünki qəlbinizdə xalqa, vətənə, döyüşçülərə, şəhid qazilərə, onların valideynlərinə, yaradıcı qurucu insanlara qayğı ilə yoğrulmuş dərin bir məhəbbətiniz var. Xalqın da öz rəhbərinə tükənməz müqəddəs sevgisi göz qabağındadır.

Sizə  xalqın qəlbindəki müqəddəs sevgini tərənnüm edən şeirimlə minnətdarlığımı bildirmək istəyirəm.

 

Müqəddəs sevgi

 

Bir müqəddəs sevgi yatır

Milyonların ürəyində.

Tək sənin yox, tək mənim yox

Yer üzünün gərəyində.

 

O, adicə sevgi deyil,

Açılan səhər kimidi,

Çəkilən yollar kimidi,

Salınan şəhər kimidi.

 

Bir şirin nəğməyə dönüb

Bülbüllərin dodağında.

Şəfəq kimi şölələnir

Yurdumuzun çırağında.

 

"Dəmir yumruğ"un sevgisi

Doğan günəş, açan səhər.

Onun təmiz səmasında

Qanad çalır göyərçinlər.

 

O sevgi bütün ölkəni

Nurlu sabaha daşıyır.

O sevgidə hərbə nifrət

Sülhə məhəbbət yaşayır.

 

O çevrilib liman olub

Füzulidə uçaqlara.

O sevgidən ilhamlanıb

yaxına, uzaqlara.

 

Bu sevgidən qüvvət alıb

Çiçəkləyir torpağımız

Səmalara uçmaq üçün

Qanadlanır bayrağımız.

 

Ağıllı kəndlər salınır

Kənd ağılı hardan alır?!

Onlar da öz qüdrətini

Bu tükənməz nurdan alır!

 

Bu sevgi ulu Tanrının

Yer üzünə töhfəsidir.

Haqqın ruhundan doğulub

O, kamillik zirvəsidi.

 

Ali Baş Komandan

 

Cənab ali komandan,

Siz nərə çəkən zaman,

Dağ oynadı yerindən!

Yer çıxdı məhvərindən!

 

Elə ki, "Dəmir yumruq"

Səmalara dikəldi,

Çalxalandı Dəli Kür

Araz lərzəyə gəldi!

 

Sən cəsarət timsalı,

Sən şücaət timsalı,

Sən ədalət timsalı,

Sən əzəmət  timsalı!

 

Qurtardın bir milləti

Ağır dərdi-sərindən.

Dərələrim, dağlarım

Nəfəs aldı dərindən.

 

Sənin təbəssümündə

Qızıl günəşin nuru.

Sənin şax duruşunda

Xan çinarın qüruru.

 

Vüqarın dağ vüqarı

Səsin qəhrəman səsi.

Düşmənləri titrədir

İgidlərin nərəsi.

 

Əyilib su içirsən

Çeşmələrin gözündən.

Elə bil ki, öpürsən

Ana yurdun üzündən!

 

Vətən dağ mehiylə

Sığallayır saçını.

Qarşında süfrə olur

Çəmənlərin qırçını.

 

Xəyalın ulu yurda

Xoş güzəran arayır.

Vətənin küləkləri

Saçlarını darayır.

 

Zahid XƏLİL

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 dekabr.- S.10.