Ulu öndərin yolu
Əziz oxucu! Yeniyetmələr və gənclər
üçün nəzərdə
tutulan "Bu yol - Heydər yoludu" adlı kitabımı tamamladım. Bu, 2021-ci ildə TEAS PRESS nəşriyyatının
çap etdiyi "Dəmir yumruq dastanı" kitabının
ikinci hissəsidir.
Burada Şuşanın
işğaldan azad edilməsində göstərilən
şücaətdən, Qarabağ
bölgəsində gedən
quruculuq işlərindən
bəhs olunur. Müəllifin fikrincə,
həm 44 günlük
müharibənin zəfərlə
sona çatmasında,
həm də indiki möhtəşəm
quruculuq işlərində
ulu öndərimiz Heydər Əliyevin idealları, tutduğu mənəviyyat yolu xüsusi rol oynamışdır.
Bu yolun nüvəsində
Bir peyğəmbər
ruhu var.
Ona görə canında
Nə hədə,
nə qorxu var.
Bu yol ulu dünyanın
Haqq səsində yaşayır!
"Qarabağ azad
oldu!"
Müjdəsində yaşayır.
Bu yol - uçaq yoludu,
bu yol - dəmir yoludu!
Bu yol xoşbəxt sabaha
Gedən
ömür yoludu!
Pöhrələyən meşənin
Nəğməsində yaşayır.
Bildirçinin, turacın
Şən səsində yaşayır.
İgidlər cəbhələrdə
Sarılanda silaha,
Bizimlə addımladı
O, uğurlu sabaha.
Azərbaycan yaşadır
Bu yolu yaddaşında.
Əbədi məskən salıb
Vətənin hər daşında.
Qalib gələn millətin
Sədasında yaşayır.
"Qarabağ Azərbaycandır!"
Nidasında yaşayır.
O getdikcə böyüyür.
Şaxələnir, qollanır.
Günəşdən gələn bu yol
Al sabaha yollanır.
Dövlət başçısının müdrikliyi, xalqın mobilliyi, qəhrəman əsgərlərimizin şücaəti,
ağsaqqal və ağbirçəklərimizin xeyir-duası
öz nəticəsini
verdi. Qarabağ azad
oldu. O, insan qanına susayan, saxta əqidəsi yolunda minlərlə ailəni gözüyaşlı
qoyan erməni qəsbkarlarından azad oldu. Şəhər dünya genişliyinə
çıxdı.
Ora ürəyi işıq saçan insanlar gəlməyə başladı...
Əvvəlcə Qarabağa bir cüt işıq gəldi. Günəşin al şəfəqlərini
xatırladan bu işıqlar Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
cənab İlham Əliyev və Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva idi. Onların qədəmləri təkcə Şuşaya yox, bütün Qarabağa nur gətirdi. Bu nur qəsbkarların qara kölgələrini bir anda əridib
külə döndərdi.
Bu nur başında
min illik qar saxlayan uca dağları,
"Qu" desən qulaq batıran dərin dərələri,
yaşıl düzənlikləri,
sərt qayalıqları,
meşələri, ucsuz-bucaqsız
alp çəmənliklərini, həsrət nəğməsi
oxuyan çayları,
Qartalların güzgüsü
olan çayları və gölləri işıqlandırdı. Bu
işıq ürəklərə
nüfuz etdi. Qarabağın yenidən qurulması
prosesi belə başladı.
Dərələrə, sıldırım qayalara dəmir dirəklər basdırıldı. Qoca şairin fikrincə,
işıq təkcə ermənilərin viran etdiyi
Qarabağın şəhər və kəndlərinə
çəkilmirdi, yurd həsrətinə dözüb, bu
günlərə inamını itirməyən ürəklərə
cəkilirdi. İnsanların üzündən
tökülən nur bunu təsdiq edirdi.
İşıq
- Allahın nuru
Bulaq kimi təmizdi.
İşıq var ki, ürəkdə
Çağlayan bir dənizdi.
Ətrafına
yaxşı bax!
Gül qönçəsi
işıqdı.
Dünyaya ilk göz açan
Körpə səsi işıqdı.
Çoxdu
işıqlarımız
Qartal: -
Uçan işıqdı.
Ceyran: -
Qaçan işıqdı.
Günəş: - Qucan işıqdı.
Ağ
bulud şölə saçır
Şəfəq qalağı kimi.
Cərgələnir durnalar
İşıq zolağı kimi.
İşıq
var ildırımdı
Təlatümlər qoparır.
İşıq var ki, milləti
Arxasınca aparır.
Gəl
işıqdan danışaq
Könlüm işıq soraqlar.
Baş Komandan işıqdı -
Ətrafında çıraqlar.
Yaxşı
saxla yadında
Bu ürək sözlərimi.
O işıq kor elədi
Düşmənin gözlərini.
44
günlük döyüşün
Zəfər səsi işıqdı!
Ali Baş Komandanın
Qələbəsi işıqdı.
Əzəmətli
yerişi,
Yürüşü də işıqdı.
Millətin qarşısında
Duruşu da işıqdı.
O
parlayır günəştək
Vətənin qucağında.
Bərəkətə çevrilib
Hər kəsin
ocağında.
Müqəddəs
məscidlərdə
Şükr etməsi - işıqdı.
Düşmənin qarşısında
Kükrəməsi işıqdı.
Bu şərəfə
yazılan
Şeirlər də işıqdı.
İlhamı vəcdə gələn
Şairlər də işıqdı.
"Dəmir
yumruq" düşünürdü ki, ölkəsi
varlıdı - bu torpaqlarda hər cür firavanlıq yaradacaq:
Möhtəşəm evlər tikəcək, hava limanları
quracaq, yollar, su, qaz kəmərləri çəkdirəcək,
amma bu yerlərin əvvəlki ruhunu, özünəməxsus
ritmini, həyat eşqini yalnız bu torpaqların doğma
sakinləri ilə birlikdə qaytara biləcəkdi. İnsanları dədə-baba torpaqlarına qaytarmaq
üçün çox işlər görmək
lazımdır.
Qarabağ torpağında müasir
dünyanı heyrətə gətirən
şəhərlər, kəndlər, istehsalat müəssisələri,
yaraşıqlı idman meydançaları, mədəniyyət
sarayları, məktəblər, kitabxanalar, otellər,
insanların ruhunu oxşayan parklar, istirahət mərkəzləri,
uşaq bağçaları tikmək, iş yerləri yaratmaq
qarşıda dururdu.
"Dəmir yumruq"
ideallarını həyata
keçirməkdə tam qətiyyətli idi.
Qoca şair "Dəmir yumruq"un fəaliyyətini
diqqətlə izləyir, bütün
çıxışlarını dinləyir, mətbuatdakı
məruzələrini su kimi içirdi. Və əlbəttə
ki, gecəni gündüzə qatır, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin xalqına, qəhrəman
döyüşçülərinə, şücaətli
komandasına olan sevgisini ilhamla qələmə alırdı.
"Dəmir yumruq"un sevgisi İsa bulağının suyu kimi duru,
Şuşa dağlarının zirvəsinə qədər
uzanıb gedən işıqlar kimi təmiz idi.
Bir
müqəddəs sevgi yatır
Milyonların ürəyində.
Tək sənin yox, tək mənim yox
Yer üzünün
gərəyində gərəyində.
O, adicə
sevgi deyil
Açılan səhər kimidi,
Çəkilən yollar kimidi
Salınan şəhər kimidi.
Bir
şirin nəğməyə dönüb
Bülbüllərin dodağında.
Şəfəq kimi şölələnir
Yurdumuzun çırağında.
"Dəmir
yumruq"un sevgisi
Doğan günəş, açan
səhər.
Onun təmiz səmasında
Qanad çalır
göyərçinlər.
O sevgi
bütün ölkəni
Nurlu sabaha daşıyır.
O sevgidə hərbə nifrət
Sülhə məhəbbət yaşayır.
O
çevrilib liman olub
Füzulidə uçaqlara
O sevgidən ilhamlanıb
Uç yaxına, uzaqlara.
Bu sevgidən
qüvvət alıb,
Çiçəkləyir torpağımız
Səmalara uçmaq üçün
Qanadlanır bayrağımız.
Ağıllı
kəndlər salınır
Kənd ağılı hardan alır?!
Onlar da öz qüdrətini
Bu tükənməz nurdan alır!
Bu sevgi
ulu Tanrının
Yer üzünə töhfəsidir
Haqqın
ruhundan doğulub
O, kamillik zirvəsidi.
Otuz illik Şuşa həsrətinə son qoyuldu. Yamacların yaşıl donu, təravət dolu
sevgisi geri qayıtdı. Kirs yenə
başını duman laylarının içindən
çıxarıb məğrur-məğrur dünyaya
boylandı. Cıdır düzündə
duruşundan mərdlik tökülən Qarabağ
atlarının kişnərtisi eşidildi.
"Çahargah"ın, "Segah"ın, "Zabul"un yanıqlı zəngulələri nəhəng
qayalara cırpılıb əks-səda verdi. İnsanlar
doğma şəhərin görüşünə tələsdilər.
Otuz ildi
bulaqlar,
Dərd, kədər çağlayırdı.
Yolları ot basmışdı,
Dərələr ağlayırdı.
Manqalların
başında,
Araq vururdu yağı!
Ürəyimdə yanırdı
Yüz bayatı,
min ağı.
Həsrətlə inləyirdi,
Şuşanın dağı, daşı.
Süzülüb qurumuşdu,
Qaçqınların göz yaşı.
Birdən
dünya diksindi,
Haqqın qəfil səsindən.
"Dəmir yumruq" yarandı,
Allahın sevgisindən.
Durub bir nərə
cəkdi,
Hay verdi xalq
səsinə.
Sanki dünya oyandı,
Qəfləti haqq səsinə.
Komandanın
səsindən,
Qalxdı dağ-daş oyandı.
Yataqda xallı pələng,
Budaqda quş oyandı!
İgidlər
güc aldılar,
Komandanın səsindən.
Daha qorxu qalmadı,
Düşmənin hiyləsindən.
Qalxdı,
ayağa qalxdı,
Boz qayalar yerindən!
Elə bil Yer kürəsi,
Ayrıldı məhvərindən!
Titrətdi
bu dağları,
İgidlər - ildırımlar!
Kirs kükrədi yerində,
Hayqırdı sıldırımlar.
Qopub
öz kamanından,
Hər igid bir ox oldu.
Ürəkdə qorxu hissi,
Bircə anda yox oldu.
Qan
qaynadı damarda,
Dağdan-daşdan aşdılar,
Lap hörümçək sayağı,
Qayaya dırmaşdılar.
Sonra gəlib
düşmənin,
Tutdular boğazından.
Aldılar göyərçini,
Şahin-şonqar ağzından.
Qayıtdı,
sarı bülbül,
Sevincindən ağladı.
Yenə
İsa bulağı
Həzin-həzin çağladı.
Yenə də
Həkərinin,
Tərtərin səsi gəldi.
Şeirimə təbiətin,
Bahar nəfəsi
gəldi.
Bakıdan bərli-bəzəkli avtobuslar Şuşaya
üz tutdu. "Xarıbülbül" festivalı, Vaqif Poeziya
Günləri başladı. Hamı məhz
bu günlər Şuşada olmaq istəyirdi. Gedənlər sevinir, gedə bilməyənlər
ümidlərini üzmürdülər.
Əziz
dost, əgər Şuşaya
birinci dəfə gedirsənsə...
...Onda şəhərə daxil olanda diqqət elə.
Burda təkcə axan sular, çağlayan
bulaqlar zümzümə etmir, bülbüllər,
torağaylar cəh-cəh vurmur, burda daşlar da, qayalar da
oxuyur. Cıdır düzündən daim
kamança zümzüməsinə oxşayan nazik bir səs
gəlir. Burda təkcə müğənnilərin
deyil, hamının səsi var. Buna görə də
Qarabağı musiqiçilər diyarı adlandırırlar.
Bu torpaq Üzeyir Hacıbəyov kimi dahi bəstəkarı,
Bülbül, Xan Şuşinski, Sürəyya Qacar, Keçəçioğlu
Məhəmməd, Hacı Hüsü, Məşədi Məhəmməd,
Bülbülcan, Əbülfət Əliyev, Məcid Behbudov,
Əli Zülalov, Qəmbər Zülalov, Rəşid Behbudov
və sair kimi müğənniləri yeti?dirmi?dir.
Şuşada demək olar ki, hamının iki adı var. Bir
doğulanda ata-ananın verdiyi ad, bir də sonra qazanılan təxəllüs.
Musiqi dünyasında bu ənənə daha
güclüdü. Məsələn,
"Zabul" muğamını xüsusi məharətlə
oxuyan Qasım Abdullayevi "Zabul Qasım",
"Segah"ı yaxşı oxuyan İslam Abdullayevi
"Segah İslam" adı ilə
çağırırdılar. Burda qəribə
bir adət də var. Sənəti ilə ümumxalq məhəbbətini
qazanan müğənnilərdən biri hər hansı bir məclisdə
oxuyurdusa, ona hörmət əlaməti olaraq həmin gün
Şuşada heç bir müğənni oxumurdu. Bu, milli aristokratiyanın göstəricisi,
şuşalıların musiqiyə xüsusi hörmətinin
nümunəsidir.
Şuşanın oğlanları da, qızları da gözəl olur. Bunun da çox sadə bir səbəbi
var: Şuşanın suyu da, havası da, təbiəti də,
insanların bir-birinə münasibəti də gözəldir.
Bu gün hələ Şuşa tam tikilməyib.
Orada həyata keçiriləcək layihələr
təzəcə başlayıb. Amma
hamı bu şəhəri təzə gəlinə bənzədir,
gözəlliyini vəsf edir.
Təzə gəlin sayağı,
Geyinmisən darçını!
Yavaş
tərpən, əzilər,
Paltarının qırçını.
Yenə
nazlı qız kimi,
Nə özünü
dartmısan?!
Bu ədayla çoxunun,
Gözünü çıxartmısan.
Gözlərdən
yuxu qaçıb,
Sən mürgüdə,
xumarda.
Səndən ötrü çoxunun,
Qanı coşur damarda.
Kimsədən
bir qorxun yox,
Səni ərlər qoruyur.
Yumruğu dağ oynadan,
Sərkərdələr qoruyur.
Günəşin
şöləsində,
Parılda şüşə kimi.
Qoy desinlər dünyada,
Gözəl yox, Şuşa
kimi!
Şəhərin təbii gözəlliyini,
daşlarının, qayalarının qeyri-adiliyini tərənnüm
etmək üçün adi sözlər kifayət etmir,
poeziyanın obrazlı dilinə ehtiyac duyursan. Şəhəri
əhatə edən poetik elementləri - başı dumanlı
dağları, Gümüş kəməri xatırladan Qarqar
çayını, oxuyan, bəzən həyəcanla
zarıyan bülbülləri köməyə
çağırırsan. Həyatda hər gün rast gəldiyimiz
adi əşyalar Şuşa mühitində
qeyri-adiyə çevrilir, müğənnini oxumağa,
şairi yazmağa təhrik edir.
Nə
gözəldi bu şəhər,
Yaşıl paltar, ağ
örpək.
Çətir tutub dumandan,
Ayaqları gül-çiçək.
Bilmirəm
hansı sözlə
Vəsf edim bu şəhəri?!
Kirs başının tacıdı
Qarqar gümüş
kəməri.
Azadlığa
çıxıbdı
Şuşa yenə nazlanır,
Hər gülün budağında
Bülbüllər pərvazlanır.
Onun
küçələrində
Gəzir dahi xilaskar.
Şəhər təzədən qurulur
Şuşa dirçəlir aşkar.
Yəqin
ki, işıqdan danışan bu parçaları oxuyan qara
niyyətli bir oxucu yumruğunu hiddətlə stola çırpıb
deyəcək:
- Vallah bu lap ağ
oldu!
Mən isə belələrinə
Qoca şairin bir şeiri ilə cavab vermək
istəyirəm:
İşıq
olan məkanda
Kölgələr də yaşayır.
Bir işıqdan sallanan
Ölkələr də yaşayır.
Adam var
ki, bilinmir
Nə yurdu, nə bölgəsi.
Üzü qar kimi ağdı
Qapqaradı kölgəsi.
Düşünmə
bu bəladan
Qurtarmaq olmaz, qəti.
Kölgədən qurtarmağa
Yolu var hər millətin.
Ürəyinə
bir damla
İşıq düşən hər
kəsin,
Güc gələcək qoluna,
Ağaracaq kölgəsi.
Sən özünü unudub
"Vətən" deyə hayqırsan,
Dərhal
şölə saçacaq
Ürəyində nə varsa.
O zaman
görəcəksən
Kölgələr də ağarır,
Özünə dərd etdiyin
"Bəlkələr" də ağarır.
Dünya
dolu işıqdı
Yığ bir az
ürəyinə.
Çətinə düşən zaman.
Çatacaq köməyinə!
Əslində, bu kölgə niyyətli insanların
varlığı bütün tariximiz boyu bizi izləyib. Yaxşılara
ürəkdən "Yaxşıdırrr!" deməkdən
çəkinmişik. Bu kölgələr
qara niyyətli adamların ölkəmizdə at oynatmasına
səbəb olub. Cəmiyyətdə
baş verən qarşıdurmalardan məharətlə bəhrələnən
qonşularımız bu qara düşüncəli
insanların yardımından dərhal bəhrələniblər.
Elə Stepan Şaumyan kimi...
İgid
İbrahim xanın
Gur nərəsi
Xankəndi.
Qarabağ atlarının
Kişnərtisi Xankəndi.
Görən
hansı adamlar,
Kimdən
nəmər aldılar
Ayqırların yerinə
Ulaqları saldılar.
Cavab ver,
ulu babam,
Soruşum yana-yana!
Xankəndi necə çöndü
Stepan Şaumyana.
Bu Stepan
Şaumyan
Özü boyda bir iblis!
Onu
başa düşmədi
Nə bu rus, nə ingilis.
Çox-çox
işlər qaynatdı
Nə çaşdı,
nə mat oldu.
Əvvəlcə Rusiyada
Sosial-demokrat oldu.
Lenindən
ünvan aldı
Kiçik Qafqaza çatdı
Kəsdirdi nə qədər
baş,
Daşnaksütun yaratdı.
Başqa
şey düşünmürdü
Vardı
bir idealı:
Qafqaz boyda bir ölkə
Ermənistan olmalı!
Bir də
Anadoluda
Ermənistan yaratmaq!
Çox
şeylər keçirirdi
Ürəyindən bu axmaq.
Diriydi,
civə kimi,
Atsan tonqalda yanmaz.
Lap dənizə tullasan
Batmazdı bu yaramaz.
Gah
Ağcaqum cölündə
Öldü komissar kimi.
Heykəli də qoyuldu
Bakıda simsar kimi.
Gözlərində
eynəyi,
Çənəsində saqqalı
Başımıza çıxartdıq
Hər tülkünü,
çaqqalı.
Özü
başqa diyarda
Gəzirdi buğa kimi
Heykəli də Bakıda
Qalmışdı sovxa kimi.
Deyirlər
hərdən-birdən
Özgə adla gəlirmiş.
Heykəlinin önündə
Maymaqlara gülürmüş.
Bəs
niyə tanımadıq
Bu boyda hiyləgəri?!
Onun adına yazdıq
Xankənditək şəhəri?!
Tarix qan
yaddaşımız
Üstündə əsmək gərək.
Stepanakert
deyənin,
Dilini kəsmək
gərək.
Qarabağlılar hündür dağların
başına, təpəliklərə "Şiş"
deyirlər. Bəlkə
şəhər təzə salınanda - hələ adı
olmayanda belə söhbətlər olurmuş:
- Hara gedirsın?
- Şişə! - Yəni dağın
başında tikilən kəndə.
Böyük şairimiz Qasım bəy Zakir də şəhərin
adını "Şişə" kimi qeyd edir.
Fisqi
fücur həddən aşıb Şişədə
Erkəyi, dişisi yaman peşədə.
"Şiş" və "Şüşə"
sözlərində bir məzmun yaxınlığı da var.
Sis - hündür, əlçatmaz, gözəl, qeyri-adi. Şüşə
- parlaq, təmiz, qeyri-adi. Dilçilərdən
üzr istəyib belə bir fikir söyləməyə cəsarət
edirəm ki, bu şəhərin adı əvvəl
"Şişə" olub və dilin inkişafı ilə
bağlı "Şuşa"ya çevrilib. Şişədən Şuşaya qədər gələn
bu şəhər indi sinəsində aparılan böyük
quruculuğu duyur, lap yaxınlarda gözəl bir diyara
çevriləcəyini hiss edir. Hiss edir,
nazlanır və səbirsizliklə bu işlərin sonunu gözləyir.
Zahid XƏLİL
Ədəbiyyat qəzeti.- 2022.- 10 dekabr.- S.4-5.