Türk yazıçısı Aykut

Ərtoğrulun kitabı nəşr edildi

 

MütərcimNəşriyyat Kitab Evi müasir türk yazıçısı Aykut ƏrtoğrulunDağın içində var?” adlı hekayələr toplusunu çapdan buraxmışdır. Kitab Azərbaycan Yazıçılar Birliyi Tərcümə seksiyasının rəhbəri Kamran NəzirlininMüasir Türk NəsriLayihəsi çərçivəsində nəşr edilib. Layihənin məsləhətçiləri Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlı Azərbaycan Yazıçılar Birliyinin İstanbul təmsilçisi, yazıçı, tərcüməçi İmdat Avşardır. Kitaba toplanmış hekayələri Azərbaycan dilinə Ruslan Abdullayev uyğunlaşdırıb. Nəşriyyat müdiri Rita Müslümovadır.

Dağın içində var?”  müəllifin Azərbaycanda çıxan ilk kitabıdır; bura Aykut Ərtoğrulun son illər yazdığı 15 hekayəsi daxil edilib. Kitabda müəllifin ən populyar hekayələri, o cümlədən, “Başlanğıcdakı sonsuz xoşbəxtlik”, “Atiyyənin ölüləri”, “Qəhrəmanın sonsuz səyahəti”, “Zəhranın min ikinci gecə nağılı”, “Ay”, “İki dünyanın ustası”, “Əsrin son çıxışıəsərləri yer alıb. Qeyd edək ki, Aykut Ərtoğrul müasir türk nəsrinin postmodern yazıçılarından hesab olunur. O 2008-ci ildən buyana çeşidli yayınlarda hekayə məqalələri ilə çap olunur. Keyfekader Kahvesiadlı ilk hekayələr kitabı 2011-ci ildə Ömer Seyfettin Öykü Ödülü’nü alıb. Mümkün Öykülerin En İyisiadlı toplusu Türkiyə Yazarlar Birliyi tərəfindən 2013-cü ilin ən yaxşı hekayə kitabı seçilib.  Aykut bəyKorkut Ata Ne Söyledi,  Acaib’ül Mahlûkat”,  Seyyahlar ve Kaşifleradlı kollektiv hekayə kitablarının da müəlliflərindən biridir. O 2018-ci ildə Necip Fazıl Hikaye-Roman Ödülü’nü qazanıb. Hazırda İstanbulda “Post Öyküdərgisinin yayın yönətmənliyini edir; Zeytunburnu Kültür Sanat Mərkəzi tərəfindən  düzənlənən Türk Dünyası Öykü Festivali’nin kordinatorluğunu TRT 2’də yayınlananKelimeler ve Şeyleradlı ədəbiyyat proqramını aparır. 

Kitabın tərtibçisi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli müxbirimizə demişdir:

Mətbuatdan məlumdur ki, bu ilin yayında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim başda olmaqla yazıçılarımızdan bir qrupu İstanbulda düzənlənən Zeytunburnu Türk Dünyası Beynəlxalq Öykü Festivalinda iştirak etmişdir. Festivalda Azərbaycan yazıçılarıyla yanaşı, Türkiyə, İran,  Özbəkistan, Qazaxıstan, Qırğızıstan Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş hekayə ustaları tərcüməçilər vardı; Festivalın əsas hədəfi qardaşlıq bağlarının güçləndirilməsi, ədəbi əlaqələrimizin əsərlərimizin daha da inkişaf etdirilməsi, daha geniş auditoriyalara tanıdılmasıydı. Festival günlərində müxtəlif görüşlər keçirdik, müzakirələr apardıq, “Çağdaş Azərbaycan Hekayəsi, “Çağdaş Ədəbi Əlaqələr s. mövzularda prezentasiyalar etdik. Məhz həmin günlərdə keçirilən bir sıra görüşlərdə ümumi fikir bu oldu ki, ədəbi əlaqələrimizi daha da gücləndirək, türk dünyası yazıçılarını daha geniş auditoriyaya tanıdaq, bu məqsədlə sistemli addımlar ataq. İndi Azərbaycan oxucusuna təqdim edilən kitab da bu addımlardan biridir. Məqsəd Azərbaycan oxucusunu müasir türk nəsri ilə tanış etmək, yeni nəsil postmodern yazıçıları tanıtmaqdır. Belə layihələr qarşılıqlı olacaq daha geniş coğrafiyanı əhatə edəcək.

Bizim xalqlarımız yeni nəsil ortaq türk ədəbi nümunələri ilə daha yaxından tanış olmalıdırlar; bu sahədə çox böyük addımlar atılır; bu gün ədəbi nümunələrimiz dünyaya Türk Birliyi qapısından daha sürətlə çıxa bilər. Burada məhdudiyyətlər yoxdur, mərkəzləşdirilmiş “rus senzoruda yoxdur, məsələ yalnız sanballı əsərlərin ortaya qoyulmasında, təşkilati baxımdan bu işlərin yüksək peşəkarlıqla həyata keçirilməsindədir,- deyə Layihə rəhbəri bildirib. 

 

Ədəbiyyat qəzeti.- 2022.- 17 dekabr.- S.10.