Dəmir yumruğum
Nə qədər fəxr eləsəm azdı yenə, yurdum ilə,
Qəhrəman xalqım ilə,
şanlı, cəsur
ordum ilə,
Yanaşı cəng elədik
cəbhədə boz qurdum ilə,
Birləşən əllərimiz döndü
dəmir yumruğuma.
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Aslana tülkü
açıb cəng,
bu nə haqsız davadır?
Otuz ildir dilənir, atdığı
boş-boş havadır.
Sığınıb qoltuğa, zənn eylədiyi boş çabadır,
Hikkəmiz, hiddətimız çöndü
dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Hər qarış torpağa həkk oldu zəfər tariximiz,
Vətənə sevgi çələngiydi
hünər tariximiz,
Dirçəliş mənliyimizdir bu təpər tariximiz,
Yurda eşqim, vüqarım sindi dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Ordumuz bəxş elədi xalqımıza şanlı
şərəf,
Aldıq
öz haqqımızı,
çünki bizik haqlı tərəf,
Gücümüz, qeyrətimizlə elədik
düşməni dəf
Dünya
heyrətlə baxır
indi dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma.
Qoyarmı?
Murdarları heç dalğalar ümmanə qoyarmı?
Namərdləri mərdlər ulu meydanə qoyarmı?
Sərvətləri, nemətləri
bitməz Vətənim
var,
Oğru donuzu kimsə bu bostanə qoyarmı?
Hardan Qarabağ oldu sənin, erməni dəyyus,
Öz yurdunu insan belə viranə qoyarmı?
Yurdu-yuvası olmayana xalq demək olmaz,
Heç bayquşu qartal belə sahmana qoyarmı?
Qovduq bu xəbis iblisi
öz cənnətimizdən,
Gül qədri
bilən xarı gülüstanə qoyarmı?
Murdar nəfəsin gör necə soldurdu həyatı,
Heç gül-çiçək olmazsa
arı şanə qoyarmı?
Xalq birləşərək oldu
müzəffər Qarabağda,
Qəddar yağını bir də bu ünvanə
qoyarmı?
Bu gün
Bu gün otuz ilin
cəsarət günü,
Böyük qələbəyə inam
günüdür.
Bu gün tariximə şərəf gətirən,
Şanlı şəhidlərin anım
günüdür.
Bu gün əsarətdən
qurtuluş günü,
Müqəddəs anıdır səfərbər
xalqın.
Bu gün parçalandı Qordi düyünü,
İti qılıncıyla
hünərvər xalqın.
Bu gün mərd-mərdanə,
inam, əzmlə,
Təməli qoyuldu zəfərimizin.
Şanlı qələbədə haqqı, payı var,
Hər bir fərdimizin, nəfərimizin.
Təkbətək, dişə-diş hərb
meydanında
Göstərdi xainə gücünü xalqım.
Dünyanın ən iyrənc,
bəd şeytanından,
Aldı şəhidlərin öcünü
xalqım.
Hansı
bəd üz desən bu haylarda
var,
Zinakar, xətakar,
yaramaz, xain.
Yaxında, uzaqda gəzər
havadar,
İçində yurd salıb küdurət və kin.
Çaqqallar susayıb cumsa da qana,
Çürümüş dişləri boz qurda batmaz!
Hərb
ilə göstərdik
bütün cahana,
Müzəffər millətim sığala
yatmaz!
Görünür
Şair Elşən Əzimin
Kəlbəcərdə şair
Məhəbbət Kəlbəcərlinin
doğulduğu
evi göstərərək "Görünür" rədifli
şeir söyləməsini
dinləyərkən
Elşən Əzim, qədəmlərin
mübarək,
Yurda dönüş,
- o xoş zaman görünür.
Otuz illik həsrət sona yetişdi,
Gözlərində sevinc ümman görünür.
Xalqımızın bu birliyi, qüdrəti,
Kəlbəcərə yaz gətirdi əbədi.
Məhəbbətin doğulduğu məbədin,
Hər kərpici
yurda həyan görünür.
Dayanmısan zirvələrin qaşında,
Vüsal
dəmli yurd havası başında...
Bu yerlərin torpağında,
daşında,
Şəhid ruhu, - müqəddəs qan görünür.
Ətri
gəlir yenə o xoş çağların,
Qayıdacaq bar-bəhəri bağların.
Ətəyində yaz oynayan dağların,
Zirvəsində bəyaz duman görünür.
Əsli
safdır dağı bulud əmənin,
İlmələri güllənibdir çəmənin,
Bu yerlərdə Sücaətin,
Bəhmənin,
Sıranızda yeri yaman görünür.
İnam
etdi xalımızı
müzəffər,
Oyandırdı ruhumuzu bu zəfər,
Hər birimiz gələcəyə
səfərbər, -
Üfüqlərdə ağaran dan görünür.
Əleyküm Salam, əleyküm
"Salam, Vətən"
- deyə son sözlərini
yazan qəhrəman şəhidimiz İsa Rəhim oğlu Kəlbiyevin
əziz xatirəsinə
Vətən aldı Salamını,
Əleyküm Salam, əleyküm.
İnandı, güvəndi sənə,
İgidim, balam, əleyküm.
Sözlərin şirindir baldan,
Cəsarət aldın macaldan,
Səni
yanına ucaldan,
Allaha qulam, əleyküm.
Şəhidliyi nəmər bildin,
Taleyinə bəhər bildin,
Məğlub ömrü hədər
bildin,
Yenilməz qalam, əleyküm.
Zamanın səbrini qıran,
Ruhuna bələdçi duran,
Səni
cənnətə aparan,
Müqəddəs yolam, əleyküm.
Yüzdə biri
Hələ nakamdı vüsal,
həsrət ola yüzdə biri,
Yenə
məqsədlidi eşq
şəhvət ola yüzdə biri.
Bəlkə xoşbəxt ola bu dünyada
hər kəs əbədi,
Şipşirin arzuların qismət
ola yüzdə
biri.
Ucalar daima, düşməz yerə əlbəttə,
müdam,
Hər sözün, hər kəlamın hikmət ola yüzdə
biri.
Naxələf işlərə yer
qalmaz, əgər hər əməlin,
Hər işin biz bəşərə
ibrət ola
yüzdə biri.
Arif ol sən də
Müzəffər, hələ
düşməz savaba,
Etdiyin yaxşılığın töhmət
ola yüzdə
biri.
Müzəffər Məzahim
Ədəbiyyat qəzeti.- 2022.-
24 dekabr.- S.15.