Azərbaycandan Turana
Mən Azərbaycançılıq, Türkçülük
və Turançılıqla
bağlı düşüncələrimi
"Azərbaycançılıq"
(2006), "İdrakın üfüqləri"
(2019), "Estetik meyar
və bədii mahiyyət" (2022) kitablarında,
"Türkə yiyə
Türkiyə", "Türk
- güclü deməkdir",
"Turan birliyi: idealdan həqiqətə",
"Etnik şüur və etnopsixologiya" kimi məqalələrdə
şərh və bəyan etmişəm. "Turan birliyi:
idealdan həqiqətə"
yazısı "Bütün
dünya türkləri,
birləşin!" şüar-epiqrafı
ilə başlayır.
Milli ideologiyamızın əsasını
qoyan "Azərbaycançılıq"
(ilk nəşri "Azərbaycan
ideologiyası" 1996) kitabım
"Türk millətindənəm,
İslam ümmətindənəm,
Azərbaycan məmləkətindənəm"
şüarı ilə
bitir. Bu kitab 10 il əvvəl
İranda Azərbaycan
dilində ərəb
əlifbası ilə
1000 nüsxə çap
olunub. 500 nüsxəsi
tədbir zamanı bir gündə yayılıb.
Tarixi, ictimai-siyasi
və ideoloji fikir cərəyanı olaraq Türkçülük
xüsusən XIX-XX əsrlərdə
qüvvətlənmişdir. Bu məfkurənin
iderləri M.F.Axundzadə,
Ə.Hüseynzadə, Ziya
Göyalp, Ə.Ağaoğlu,
Yusif Akçura, Cəmaləddin Əfqani,
ədəbi-tarixi fikir
sahəsində Əbdülhəqq
Hamid, Namiq Kamal, Tofiq Fikrət,
Hüseyn Cavid, Məhəmməd Hadi,
Abdulla Şaiq, Rza Tofiq idi. Məhəmməd
Əmin Rəsulzadə,
Ənvər Paşa,
Mustafa Kamal Atatürk,
Axund Ziya, Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Oljas Süleymenov, Rəcəb Tayyub Ərdoğan, İlham Əliyev XX və XIX əsrlərdə Türkçülük,
Turançılıq və
Azərbaycançılığın liderləri oldu. Ulu öndər Heydər Əliyev Azərbaycançılığı
dövlət ideologiyasına
çevirərək dünya
azərbaycanlılarını bu ideologiya sayəsində
ortaq məxrəcə
gətirə bildi.
Yeri gəlmişkən
qeyd edək ki, o, "Kitabi-Dədə
Qorqud", "Manas"
eposlarının, Məhəmməd
Füzulinin müvafiq
olaraq 1300, 1000, 500 illik
yubileyləri kontekstində
dünya türklərini
bir araya gətirməyə nail oldu.
44 günlük Vətən müharibəsi
- həm silahımızın
gücü - şəhidlərimizin
qanı - qazilərimizin
canı hesabına, həm də azərbaycançılığın və türkçülüyün
vəhdəti - milli ideologiyamız sayəsinə
böyük Zəfərlə
başa çatdı.
Məhz əsasında vətənçilik,
gendaşlıq, dindaşlıq,
qandaşlıq dayanan
milli ideologiyamız Prezident, Xalq və Ordu birliyini
təmin etdi. Bu Zəfər təkcə silahımızın yox, həm də azərbaycançılıq, türkçülük
birliyinə əsaslanan
Turan idealından əbədi güc alan şüurumuzun
qələbəsi idi.
Bu gün bu
şüurun əzəmətini
bütün dünya Müzəffər Ali Baş
Komandan İlham Əliyevin xarici siyasətində - diplomatiyasında
görür.
Biz dəfələrlə yazmış
və demişik:
"Azərbaycançılıq Türkçülüyün "vətən əxlaqı"
müstəvisində dərkidir".
Bu sözlər bizim
"Azərbaycançılıq" monoqrafiyamızın qara cildinə ağ
hərflərlə həkk
olunub. Azərbaycan kimi dünyaya
tolerantlığın nümunəsini
verən ölkə polietnik cəmiyyət üçün bu ən düzgün yoldur.
Biz bir Millət olaraq Türkük, fəqət ölkəmizdə
yaşayan bütün
xalqlarla birlikdə biz
də azərbaycanlıyıq. Azərbaycan bu
ölkədə yaşayan
bütün xalqların
və etnik azlıqların Vətənidir.
Onlar vətənçilik bağlantısı
ilə bir xalq kimi mövcuddurlar.
Aborigen millət olan türklər burada hansı səlahiyyətlərə
və imtiyazlara malikdilərsə, onlar da həmin hüquqlara
malikdir. Ölkəmizdə yaşayan milli azlıqlar "Torpaq uğrunda ölən varsa - Vətəndir!"
həqiqətinə tapınaraq
44 günlük Vətən
savaşında könüllü
olaraq şəhidlik zirvəsinə ucaldılar.
Belə fədakarlıq azərbaycançılığın
əsas şərtidir.
Burada heç bir milli-etnik fərq yoxdur. Ümumiyyətlə, millətlər heç
bir şeydə günahkar deyil, hamısı bir Allah tanıyır və ona tapınır. "Hamımız bir günəşin zərrəsiyik" (Abdulla Şaiq).
Mən bütün
millətlərə, monoteist
dinlərə, dörd
Səma kitabına səmimi-qəlbdən hörmət
edirəm. Lakin mənim üçün iki müqəddəs varlıq var: Allah və İnsan! Qalanlar siyasətçilərin, mövhumatçıların
uydurmasıdır. Peyğəmbərlər bəşəriyyəti idarə
etmək üçün
yaradılıb. Sonuncu
Peyğəmbər Hz.Muhəmməd
deyib: "Unutmayın
ki, mən də adi insanam".
Peyğəmbərimiz insanların ən
qüdrətlisi, səbirlisi,
mərhəmətlisi, ədalətlisi
və nəcib sifətlisi idi. O, tarixdə Cahilliyə dövrü yaşayan bədəvi ərəbdən
- səhra ərəbindən
Millət yaratdı və ona dünyada
yaşamaq üçün
Müqəddəs bir
kitab - "Quran" verdi.
...Mənə belə gəlir ki, xüsusilə pandemiyadan sonra bizdə "soyuq qan" artıb, ünsiyyət (istilik!) mədəniyyəti
azalıb. 44 günlük
Vətən müharibəsinə
şəhidlərimizin canı,
qazilərimizin qanı
bahasına, silahımızın
və şüurumuzun
(diplomatiyamızın!) gücü
sayəsində bu amansız prosesin qarşısı bir qədər alınıb.
"Bizdə bu soyuq qanları
neylərdin, ilahi"
- M.Ə.Sabirin bu sözləri milli taleyimizin fəryadıdır.
"Rəqsi təlim
ediyor, axsaqlar" bu da Turan
şairi, romantik filosof Hüseyn Cavidin kədəridir:
"Cühəla elm fəzilət
satıyor" - da deyib Cavid Əfəndi.
Bu "qayda" Azərbaycançılığı,
türkçülüyü zəiflədir, bu "yolla" Turana çətin ki, gedib çataq. İndi öz
qapısından içərini
millət, mənsub olduğu regionu xalq, Vətən bilənlər çoxalıb.
Hər gün rüşvət, korrupsiya, vətənə
xəyanət, ən amansız cinayətlərlə
bağlı acı xəbərlər eşidirik.
Əksəriyyəti də müəyyən
vəzifə, səlahiyyət
sahibləridir. Yenə
əsrin sualları dilə
gəlir: "Kimdir müqəssir, nədədir
nicat?". Əsr bu suala cavab verməlidir.
Biz Turan ideallı
Türk milləti olaraq, yerüstü və yeraltı sərvətlərimizdən səmərəli
istifadə edərək
daha qlobal prioritet problemlərin həllinə - strateji məqsədlə - Turana doğru getməliyik.
Biz hələ ötən əsrin sonlarında yazmışıq: türkçülüyün
son ülgüsü - strategiyası
turançılıqdır.
Geciksək dünya bizi qəbul etməyəcək. Bunun üçün
mənəviyyatımızı, tariximizi, ədəbiyyatımızı
bolşevizmdən miras
qalmış sosioloji çamurluqdan xilas etməliyik.
Biz dünyaya sivill millət olduğumuzu bir daha sübut
etdik: 44 günlük Vətən müharibəsi
hər kəsə - dostlarımıza da, düşmənlərimizə də
bildirdi ki, biz bir millət olaraq özümüzü
tanıyırıq, daxilimizdəki
gücü ortaya qoya bilirik. Qədim
türklər - əcdadlarımız
məşhur Orxon-Yenisey
daş kitabələrinə
bizə belə bir vəsiyyət həkk edib: "Ey türk oğuz
bəyləri! Türk
xalqı, eşidin! Üstdən
göy çökmədikcə,
altdan yer dəlinməkcə, bil ki, türk ulusu,
türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına,
dağlar kimi yığdığın sümüyünə
layiq ol! Ey ölməz türk ulusu, özünə dön". Bilgə
Kaqan (673-732).
Misli görünməmiş
44 günlük Vətən
müharibəsi özümüzə
dönməyimizin tarixi
nümunəsi idi. Türk özünə
dönəndə güclü
olur. Bütün
dünya türkləri
bir an da
olsun bunu unutmamalıdır.
Biz Turandan gəlib,
Turana gedirik, daha doğrusu, Turana qayıdırıq. Bizim tarixi yolumuz belədir!
Sorma mana oymağımı, boyumu
Beş
min ildir millət kimi yaşaram
Demə
mənə Oğuz, Qayi, Osmanlı
Türkəm, bu ad hər ünvandan üstündür
Yoxdur özbək, noğay, qırğız, kazanlı
Türk milləti bir bölünməz bütündür.
Türkçülüyün atası Ziya Gökalpın bu misraları bizim üçün tarixdə
yol xəritəsi olmalıdır.
Türkçülüyün Baş Qərargahı İstanbuldur, XIX əsrdə
Macarıstan idi, XX əsrdə ən çətin dövrdə
- bolşevik-daşnak zorakılığı
(kommunist ideologiyası
basqısı ilə Azərbaycan türkləri
ya sürgün olundu, ya da
mühacirət etdi!) zamanında Türkçülüyün
mərkəzi - baş
ştabı Azərbaycana
keçdi. 1926-cı ildə Bakıda keçirilən böyük
türkçülük forumu
I Türkoloji Qurultay bunun ifadəsi idi. Dünya türkoloqları Bakıda bir araya gəlmişdi.
And içərək "Quran"a
Biz gedirik Turana
Türkün ulu yurduna
Salam verək Qurduna.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
24 dekabr.- S.12.