Ey həyat qınına

girməyən qılınc

 

Belə bir söz var ki, bütün ömrü boyu, hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, hər bir kəs öz avtoportretini çəkir. Bu portret sözlə, söhbətlə, musiqiylə, foto, tablo ya da cizgilərlə çəkilib yadda qalır. Mikayıl Müşfiqin (05.06.1908 – 06.01.1938) “Ey həyat qınına girməyən qılıncmisrası onun bütün xarakterini, həyat yolunu, məramını əks etdirən avtoportret cizgisidir. Bu misraŞair vətəndaşadlı dramatik səhnəciyindəndir. Çox təəssüf ki, kitablarının hamısında bu əsər  yersiz ixtisarlar ehtiyac duyulmayan düzəlişlərlə nəşr olunub.

Sovet quruluşunun məddahlarına cani-dildən inanan 12 yaşlı Mikayıl az sonra, özü V.İ.Leninin təbirilə desək, “çarizmdən alınıb üzərinə bir az sosializm boyası çəkilmişyeni quruluşun üst görünüşünü təriflədi.

Sovet yazıçıları cərgəsində böyük bədii dəyərli sözü mərdanə şəxsiyyətilə öz obrazını yarada bilən şair, başqa həmkarları kimi, quruluşun verdiyi imtiyazlardan bəhrələnib. O dövrdə hər bir yazar öz əsərini bədii dərgilərdə çap edib (qələmiyyə) qonorar alır, bundan əlavə, kitabının nəşrindən yaxşı maliyyə vəsaiti əldə edirdi. Hər bir yazar, mütləq mənada tərcümə fəaliyyəti göstərməli, tərcümələrini nəşr edib qonorar almalıydı. Şairin hər misrası 5 qəpik dəyəri ilə ödənirdisə, tərcümənin hər misrasına 1 manat qonorar  verilirdi. Bundan əlavə, Yazıçılar İttifaqının hər bir üzvü, istedadı var, ya yoxdur, fərq eləməz, teatr səhnəsi üçün mütləq bir əsər yazmalıydı. Müşfiqin 1937/1938-ci il mövsümündə səhnəyə qoyulmaq üçün teatrla yaradıcılıq müqaviləsi olub.

Şairin atası, Azərbaycan ədəbiyyatında opera librettosu janrının banisi Mirzə Əbdülqadir Molla İsmayıl oğlu İsmayılzadə Visaqi hicri-qəməri tarixlə 14 zilhiccə 1281-ci ildə  (05.06.1865), bazar günü Xızıda dünyaya gəlib, 15 zilhiccə 1332-ci ildə (22.10.1914), çəharşənbə günü  Bakıda vəfat edib. (Doğum gününə diqqət edilirsə, oğlu Mikayıl Müşfiqlə (05.06.1908) bir gündə dünyaya gəldiyi aydınlaşır. Bəlkə bu mistik uyarlıq, Ümumdünya Poeziya Gününə müvafiq olaraq, Azərbaycan öz şairlər gününü 5 iyunda sabitləşdirdi.) Atasında olmuş teatr səhnəsi üçün mənzum pyes yazmaq vərdişini özündə formalaşdırmaq üçün Mikayıl Müşfiq dramatik poemalarından başqa, poetik səhnə eskizləri yaratdı. Bu baxımdan, şairin  İnqilab Mədəniyyətjurnalının 1935-ci ilin iyun-iyul aylarını əhatə edən birləşik  ¹ 6-7 (124-125) nömrəsinin 6-7-ci səhifələrində çap olunmuş dramatik səhnəciyi böyük maraq kəsb edir.

Sovet dövrü yazıçılarının yaradıcılıq kredosu Nikolay Alekseyeviç Nekrasovun (1821 – 1877) 1855-ci ildə yazdığıŞair Vətəndaş  (Ïîýò è Ãðàæäàíèí”) adlı dialoq formalı xırda  poemasında Şairə Vətəndaşın dili ilə söylənənŞair olmaya bilərsən, Amma vətəndaş olmağa borclusan!” (“Ïîýòîì ìîæåøü òû íå áûòü, Íî ãðàæäàíèíîì áûòü îáÿçàí”.) misraları əsasında formalaşdı.

Poeziya teatrlarının repertuarı üçün maraq yaradacağını nəzərə alaraq,  Mikayıl MüşfiqinŞair və Vətəndaş” dramatik səhnəciyini olduğu kimi, dəyişdirmədən təqdim edirəm:

Kursivlə göstərdiyim misralarda şairimizin avtoportreti daha aydın görünür.

 

Hacı Firudin Qurbansoy

 

Ədəbiyyat qəzeti.- 2022.- 31 dekabr.- S.30.