Rus poeziyasından yeni
tərcümələr
Marina ÇVETAYEVA (1892-1941) - Görkəmli rus şairəsi, nasiri və tərcüməçisi,
rus poeziyasında
"Gümüş dövr"
adlandırılan cərəyanın
əsas təmsilçilərindən
biri
Qeyd: Ana dilimizdəki bir
çox ədəbi mənbələrdə bu
şairənin soyadı,
nədənsə, yanlışlıqla
Svetayeva şəklində
yazılır. Qeyd etmək lazımdır ki, rusca "Svet" sözü "işıq" mənasına
gəlir. Şairənin
soyadı isə "Çvet" və ya "Tsvet" (rəng) sözündən
törəyibdir – (Tərcüməçi)
Axı neyləmişdim sənə, əzizim?!
Göz-gözə baxardıq dünənə
qədər,
İndi
gözlərini tutursan
yana.
Quşlarla açardıq sübhü...
baş-başa,
İndi
torağay da qarğadır sana.
Sən həm ağıllıydın,
həm də diribaş,
Bəyənməzdin məntək kütü, fərsizi.
Qadının əbədi bir
sualı var:
"Axı neyləmişdim sənə, əzizim?!".
Tökdüyüm göz yaşı,
qanlar hədərmiş,
Eləcə mənmişəm qədər
məhkumu.
Sevgi - doğma deyil, ögey anasa,
Ondan nə ədalət, nə şəfqət umun!
Gəmilər aparar yarı-aşnanı,
Ağaran
yollarda qeyb olar izi...
Bütün yer üzünə
bir fəryad çökər:
"Axı neyləmişdim sənə, əzizim?!".
Bir Çin dövlətiydim sənin gözündə,
Mənə diz çökürdün
dünənə qədər.
Ovcum açılınca, o şirin
günlər
Düşüb-dığırlanan pula döndülər.
Suçlanıb çıxınca hakim önünə,
Uşaq qatilitək titrədi dizim.
Bunu soracağam cəhənnəmdə
də:
"Axı neyləmişdim sənə, əzizim?!".
Kətilə, yatağa sual edirəm:
"Niyə buna dözüm, qatlaşım
yenə?!".
"Səni öpüb, doydu, getdi dolaşıb,
Başqa bir yar tapsın",
- deyirlər mənə.
Əvvəl məni odun içinə atdın,
Sonra rəva
gördün buz kimi düzü.
Sən mənə, əzizim, bunları etdin:
Bəs mən neyləmişdim sənə,
əzizim?!
Hər şeydən agaham, gəl, dəbbələmə!
Gözü açıldısa, sevməz
bu qafa.
Məhəbbətin qaçaq düşdüyü yerdə
Ölüm öz toxumun səpər ətrafa.
Niyə silkələyək axı
ağacı?!
Alma dəyibdirsə, düşəcək
özü...
- Sən məni əfv eylə hər şeyə görə,
Etdiyim hər şeyə görə, əzizim!
Qanadlı bir ruhsa
Tanrıdan payın...
Qanadlı bir ruhsa Tanrıdan payın -
Neylərsən daxmanı, büllur sarayı?!
Vecinə gələrmi Çingizxan,
Orda?!
Bir cüt düşmənim var mənim dünyada:
Siam əkizlərtək ayrılmaz
axı
Toxun toxluğuyla... acın aclığı!
Marina ÇVETAYEVA
Dilimizə çevirdi:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.32.