Sumqayıtda Sayman
Aruzla görüş keçirildi
Qışın soyuğunda küləyin tüğyan elədiyi bir vaxtda Sumqayıtda-Heydər
Əliyev Mərkəzində
çox isti bir ab-hava hökm
sürüb.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Heydər Əliyev Mərkəzi və Sumqayıtlı
"Dostlar" klubunun
birgə təşkilatçılığı
ilə AYB-nin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri
və müşaviri,
tanınmış şair,
yazıçı Şayman
Aruzla görüş
keçirilib.
Öncə Azərbaycan torpaqlarının
bütövlüyü uğrunda
şəhid olan vətən oğullarının
ruhu bir dəqiqəlik sükutla yad edilib.
AYB Sumqayıt bölməsinin
sədri Gülnarə
Cəmaləddin tədbir
iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim edib.
Tədbirdə Azərbcan Yazıçılar
Birliyinin Baş müşaviri Rauf Aslanov, şair Daməd Salmanoğlu, tənqidçi Əsəd
Cahangir və güneyli ozan Araz Elsəs iştirak edib.
Çağdaş Azərbaycan tənqidinin sayılıb-seçilən nümayəndəsi
Əsəd Cahangir Sayman Aruz şəxsiyyətindən
və yaradıcılığının
məziyyətlərindən geniş və əhatəli danışıb.
Qonaqlar və sumqayıtlı qələm adamları-Ofelya
Babayeva, Əşrəf
Veysəlli, Rafiq Yusifoğlu, Əli Ələmi, Xəqani Abbasəli Öztürk, Fazil Abbasquluzadə, Hümbət Həsənoğlu,
Xatirə Fərəcli
çıxış edərək
indiki vaxtda belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən
danışdılar.
Sayman Aruzun şair Nazir Rüstəm, AYB-nin gənc üzvü Gülnar Hüseynova və şairə Lilpar Cəmşidqızının
ifasında səslənən
qəzəlləri məclisə
başqa bir rəng qatdı. İsveçrədə yaşayan Güneyli ozan Araz Elsəsin
saz üstə oxuduğu türkülər
hər kəsi kövrəldib.
Burda Azərbaycan
ruhu bütövləşmişdi,
birləşmişdi. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi
günü ərəfəsində
keçirilən bu görüş vətən
üçün qəlbi
döyünən hər
kəsə qürurverici
anlar bəxş edb.
Tədbir boyu Sayman Aruz
iştirakçıların suallarını cavablandıraraq,
yeni şeirlərini oxuyub.
Sonda AYB Sumqayır
bölməsinin sədri
Gülnarə Cəmaləddin
Sumqayıtda şəhər
rəhbərliyi tərəfindən
sözə sənətə
yüksək dəyər
verildiyini söyləyib,
qonaqlara və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü
bildirib.
Ədəbiyyat qəzeti.- 2022.-
31 dekabr.- S.11.