AMEA-da
Xalq rəssamı, akademik Ömər Eldarovun 95 illik
yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
Dekabrın 26-da AMEA-nın Əsas
binasında görkəmli
heykəltaraş, Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının (ADRA) rektoru,
Xalq rəssamı, “Heydər Əliyev” ordeni laureatı, akademik Ömər Eldarovun 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçılar Xalq
rəssamının əsərlərindən
ibarət sərgi ilə tanış
olublar.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq
ömrünün 70 ildən
çoxunu heykəltaraşlıq
sənətinə həsr
etmiş ustad sənətkar Ömər
Eldarovun zəngin yaradıcılıq yolundan
danışıb. O, ölkəmizdə
heykəltaraşlıq məktəbi
yaratmış akademik
Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltaraşlıq
məktəbinin ən
mükəmməl elementlərinin
öz əksini tapdığını diqqətə
çatdırıb. Əlavə edib
ki, ustad sənətkar əsərlərində
bir rəssam dəqiqliyi ilə yaratdığı obrazın
cizgilərini, psixologiyasını
əks etdirməyi bacarır, lirika ilə fikrin vəhdətinə nail olmağa
müvəffəq olur.
“Ömər Eldarovun hər bir əsəri
azərbaycançılıq abidəsidir”, - deyən İsa Həbibbəyli bildirib ki, görkəmli
heykəltaraşın əsərlərində
Azərbaycanın mövqeyi,
yeri və ruhu yaşayır. AMEA rəhbəri dahi sənətkarın Azərbaycan
heykəltaraşlıq sənətində
dövlətçilik təfəkkürünü
ön mövqeyə çəkməyi ilə
seçildiyini qeyd edib.
Akademik qeyd edib ki,
heykəltaraşın ərsəyə
gətirdiyi möhtəşəm
sənət əsərləri
hər zaman Azərbaycan dövləti
tərəfindən yüksək
qiymətləndirilib, onun
sənətinə dövlət
səviyyəsində böyük
qiymət verilib və o, ən ali mükafatlara
layiq görülüb.
Prezident İlham Əliyevin bu yaxınlarda Ömər Eldarovu 1-ci dərəcəli “Əmək”
ordeni ilə təltif etməsi müstəqillik dövründə
Azərbaycan Respublikasında
sənətkarlara göstərilən
qayğının bariz
nümunəsidir.
AMEA prezidenti ustad
sənətkar Ömər
Eldarovu 95 illik yubileyi münasibətilə
təbrik edib, görkəmli heykəltaraşa
AMEA-nın fəxri fərmanını və xüsusi hədiyyə təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin
sədri Xalq yazıçısı Anar
görkəmli sənətkarın
yaradıcılığında yazıçıların heykəllərinin
sayca çox olması ilə seçildiyini bildirib. O, bütün
mənalı ömrü
boyu məhsuldar yaradıcılıqla məşğul
olmuş Ömər Eldarovun heykəltəraşlıq
sahəsində yaratdığı
sənət nümunələrinin
dünyanın bir çox muzeylərində
layiqli yerini tutduğunu qeyd edib. O, Ömər Eldarovun Azərbaycan Yazıçılar Birliyinin
fəxri üzvü seçildiyini deyərək,
Birliyin fəxri üzvlük vəsiqəsini
ona təqdim edib.
Memarlıq və İncəsənət
İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Görkəmli heykəltaraş,
akademik Ömər Eldarov” mövzusunda məruzə ilə çıxış edib. Ömər Eldarovun
müstəqillik illərindəki
fəaliyyətinə nəzər
salan məruzəçi
ustad sənətkarın
milli mədəniyyətimizin
inkişafındakı müstəsna
xidmətlərindən danışıb,
onun obrazları tamaşaçıya böyük
müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir heykəltaraş
olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin ADRA-nın prorektoru Fuad Salayevin “Ömər Eldarovun həyat və yaradıcılığı”, Memarlıq
və İncəsənət
İnstitutunun Təsviri,
dekortaiv-tətbiqi sənətlər
və heraldika şöbəsinin aparıcı
elmi işçisi, dosent Gülrəna Mirzənin “Ömər Eldarovun yaradıcılığında
memorial abidələr” mövzusunda
məruzələri dinlənilib.
Elmi sessiyada Azərbaycan Rəssamlar İttifaqının
sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və digər çıxış edənlər
Azərbaycan mədəniyyətinin
və incəsənətinin
inkişafında böyük
xidmətləri olan Ömər Eldarovun çoxşaxəli fəaliyyətindən,
yüksək insani keyfiyyətlərindən danışıb,
sənətkarı təbrik
ediblər.
Sonda yubilyar Azərbaycanda incəsənətin
dərin köklərə
malik olduğunu söyləyib. O, tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
Ədəbiyyat qəzeti.- 2022.-
31 dekabr.- S.11.