Mənim Zəngəzurum
Zaman çevrilibdir bir qara yelə,
Elin arzuları
yaralanıbdır.
Namərdin xəyanət qayçısı
ilə
Mənim
Zəngəzurum paralanıbdır...
Tikanlar
boy atıb, çiçəklər
solub,
Qartallar
yurdunu qarğa, sar alıb.
Kolların dibində gül
şehlə dolub,
Yolların gözünün kökü
saralıb...
Bir vaxt Zəngəzurun
kefi çağ idi,
Gör kimə
inandıq, kimə güvəndik?
Xəyanət qurbanı oldu Ağudi,
Dəstəyird, Sofulu, Urut, Nüvədi...
Nə qədər
doğma kənd döndü yad elə. -
Çayların, göllərin gözləri
doldu...
Düşdü Qafan, Gorus, Sisyan yad ələ,
Mehri kaftarkoslar diyarı oldu...
Oldu başımıza
dünya niyə dar? -
Haqsızlıq səbrimi yaman daşdırır.
Bir yanda Ağbulaq, Şamsız, Niyədar
Bir yanda Qaragöl, Qızıldaş durur...
Üzü də qaradır
əhdi qaranın,
Üstümə ağrılar alayı gəlir.
Qafandan yüzbaşı Mehdiqaranın,
Gorusdan Nəbinin harayı gəlir...
Dönüb sahibinə Topağac,
Səngər, -
Zəngilan, Kəlbəcər qeyrət
hasarı...
Özgə kölgəsində yatan
köpəklər
Hürür Qubadlıya, Laçına
sarı...
Namərd
xəyallara saplanıb
xəncər,
Düşmənlər bükülüb, yumağa
dönüb.
Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər,
Çəbrayıl bir dəmir yumruğa dönüb.
Ulu yurd yerləri halalca paydı,
Sonuncu fərmana
zaman qol çəkir. -
Şərqi Zəngəzurun gözləri
aydın,
Qərbi
Zəngəzurun gözü
yol çəkir...
Zəfər bayrağına dönüb lalələr
Yurdu azad edib müzəffər
ordu,
Qələbə arzusu dönüb gerçəyə.
Bu il yaz tələsir, xaraba yurdu
Bələmək istəyir gülə,
çiçəyə...
İçimə od salır qızıl lalələr,
Yerin də köksündə həsrət közərmiş...
Şehlə silələnib nur
piyalələr,
İlahi,
bu yerlər necə gözəlmiş...
Nisgil var bu sevgi
macərasında,
Az qalır ayrıla huşum başımdan.
Yox imiş dünyanın heç harasında
Mənim
torpağımdan, mənim
daşımdan...
Yaxşı ki, xalqımın
başı üstündən
Əskik
olmayıbmış Tanrı
nəzəri...
Çiçəyi boylanır daşı üstündən,
-
İlahi,
bu yurdun yoxmuş bənzəri...
Gördük yurd yazını
ömrün qışında,
Səbrli
olanlar murada çatır,
Ancaq ulu yurdun hər
qarışında
Təhlükə uyuyur, qan-qada yatır...
Ev qədri
bilərmi səfil olanlar? -
Xəyalən tikilən saraylar
uçub...
Yurdumdan
qovulan əfi ilanlar
Mina yumurtalar basdırıb qaçıb...
Düşmənlər düşməyib
qisas atından,
Bizi izləyən
var durub qıraqda.
Təhlükə boylanır yerin
altından,
Mürgülü minalar durub marıqda...
Ancaq işə keçmir hərzə-mərzələr,
Daha kül üfürə bilmirlər
gözə.
Qıvrıla-qıvrıla qalan gürzələr
İndi
dil çıxarıb
yalmanır bizə...
Gülür çəmənimiz, gülür çölümüz,
Min lənət yağının
zati-pakına.
Hələ göz görürsə
də, çatmır
əlimiz,
Qovuşa
bilmirik doğma məkana...
Yığmışıq yağının
əl-ayağını,
Çarəmi tapılar sağalmaz dərdə?
Arzusu gözündə qalan yağının,
İzi qalmayacaq bu doğma
yerdə...
Quş quşu səsləyir, böcək böcəyi,
Ətirli
küləklər dərdə
məlhəmdi,
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Bülbülün nəğməsi ayrı
aləmdi...
Qəlbi
qovrulursa həsrət
közündə
Bir igid qisası qoşundan alır.
Yaz bir tablo çəkib
Yazı düzündə
Görənin huşunu başından alır.
Gədiklər, yamaclar bələnib
zərə,
Çiçəklı dağların köksü qabarmış...
Alın
yazımızda bu doğma yerə
Yenidən qayıtmaq qisməti
varmış...
Doğma
Qubadlıda, doğma Laçında,
Ümid çırağına dönüb
lalələr.
İndi
Qarabağın hər
yamacında
Zəfər bayrağına dönüb
lalələr...
Elə bilməyin ki, yanğınlar sönüb
Xəyanət görəndə ürəyim
donar,
Yandırmaq asandı, söndürmək
çətin.
Oğru
maskalanıb, girər
min dona,
Doğrunu yolundan döndərmək
çətin.
Kədər dənizində ağrılar
üzür,
Dəryalar qoynunda insan dağ imiş.
Sönənin kömürtək qaradır
üzü,
Yanmağın axırı kül
olmaq imiş...
Mərdin
uğuruna həsədlə
baxar,
Ümidi qalmayıb aydın sabaha. -
Kol-kosu yandırıb aradan çıxar,
Namərdin əlindən nə gəlir daha?
Göyə bülənd olan
odlar içində
Günahsız oğlaqlar, quzular yanar.
Ürəyimə düşən çatlar
içində
Yanır,
çırtaçırtla arzular yanar...
Atəşböcəkləri boz külə dönüb,
Körpə quşcığazlar qara kömürə...
Elə bilməyin ki, yanğınlar sönüb,
Düyünlü yumruqlar dönüb
dəmirə...
Haqqın
bir sözünü etmədik iki,
Verdik könlümüzü imana,
dinə...
Bu namərd yanğınlar qəlbimizdəki
İntiqam odunu qoyarmı sönə?
Bu gündən güc alır nurlu səhərlər,
Sanma türk
döyüşdən yan
duracaqdır.
Zəfərlər dalınca gələn
zəfərlər
Hələ düşməni çox
yandıracaqdır...
Mənim xəritəm
Çiçək arzulara kəfən
biçibdir
Üstümüzə düşən
qara kölgələr...
Bütöv xəritəmi qayçılayanlar
Yanımda yaradıb yamaq ölkələr...
Dolarmı quyuya su tökmək
ilə?
Gərək öz köksündən
bulaq çağlaya...
Mərdin
ömür yolu mərdanəlikdi,
O, çətin namərdə
könül bağlaya...
Sədəqə dilənib ömrü
uzunu,
Kimsə sümük atdı ağzına bəlkə?
Bizə
nə ağılla meydan oxuyur
Cırıq cındırından cin hürkən ölkə?!
Uzaq əsrlərdən ləngərlə
gələn
Ömür karvanıma hürmək
əbəsdi...
Onu cəhənnəmə vasil
etməyə
Qayamızdan qopan çınqıl
da bəsdi...
Arxalı
köpəklər hürsə
də bizə,
Xalqımın qolunda haqqın
gücü var...
Namərddi nahaqqa havadar olan
Onun da məhvinin tezi-geci var...
Gözüm xəcalətdən kölgələnməyib,
Xətir-hörmətim var el arasında.
Xəritəm aynatək çiliklənsə
də,
Xalq bütöv görünür
hər parasında...
Bir dəqiqəlik sükut
Vətən müharibəsində şəhid olan
bütün əsgərlərimizin
ruhuna
Qəlbimiz parçalandı, gözlərimiz
nəm oldu,
Ruhlarınız qoşuldu ölməzlər
sırasına...
Sizin axan qanınız müqəddəs məlhəm
oldu,
Vətənin illər boyu sızlayan yarasına...
Öz şirin canınızı
Vətənə qurban
dediz,
Müqəddəs bir diyarda kamala dolmusunuz.
Bir vaxt üç minə yaxın anaya oğul idiz,
İndi
siz milyonların övladı olmusunuz...
Öz qısa ömrünüzdə
şərəfli yol seçdiniz,
Pillələr saldınız ki, zirvəyə qalxa bilək.
Siz vətənin yolunda canınızdan keçdiniz,
Biz sizin borcunuzdan çətin ki, çıxa bilək...
Hamımız səs veririk qəlbimizin səsinə,
Nakam taleyinizə
göynəyirik, yanırıq.
Siz qorxmadan qalxdınız şəhadət zirvəsinə,
Bir dəqiqə sükutla indi sizi anırıq...
Günah
qara yeldədi, vicdanlar sakit deyil,
Solan körpə
güllərin axı
nə günahı var?
Minalanmış sahədi, bu adi sükut deyil,
Bu sükutun içində anaların ahı var...
Bu sükut gərək bizim ruhumuzu dəyişə,
Qanınız milyonlara sədəqədir,
fitrədir...
Bu sükut min il
qabaq el yolunda döyüşən
Nigaran şəhidlərin məzarını
titrədir...
Qarşınızda şax duran, ruhunuzdan güc alan
Bir ölkənin yenilməz, müzəffər alayıdı...
Bu adi sükut deyil, bizsiz viranə
qalan
Ulu yurd yerlərinin ehtiram harayıdı...
Çardaxlı suyu
İnci
axtarmışam hər
an dərində,
Gözüm uzaqlara baxıb
həmişə...
Mənim
Çardaxlımın həndəvərində
Bulaqlar çağlayıb, axıb
həmişə...
Bir cam su içmədim Cam bulağından,
Ucqar Quş bulağı quşlara qalıb...
Qarağac bulağı Səngər
dağından
Süzülüb, durulub, daşlara
qalıb...
Həsrət yağışları üzümü yuyur,
Nisgil ürəyimi dəlib həmişə...
Mənim
Qubadlımın içməli
suyu,
Mənim
Çardaxlımdan gəlib
həmişə...
Baxıb
uzaqlara köks ötürmüşük,
Ov bircə
addımlıq bərədə
qalıb.
Pəyhan
bulağından su gətirmişik,
Qısraq boynubükük dərədə
qalıb.
Lalə dənizimi Çardaxlı
düzü?
Ona gözəlliyi yaradan verib...
Hər an təşnə qalıb Çardaxlı özü,
Suyu Qubadlıya həyat, can verib...
Bu kənddə gəlmişəm
imana, dinə,
Bu kənddən gözəl
yer qonaq tapmayıb.
Heç
kəs susuz yerdə salmayıb binə,
Eli öz başına bulaq toplayıb...
Rafiq YUSİFOĞLU
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 22.